I kurs I semestr 36 saat. Müəllimə : Məmmədova Vüsalə Azərbaycan dili



Yüklə 37,9 Kb.
səhifə18/20
tarix01.01.2022
ölçüsü37,9 Kb.
#105690
növüMücərrəd
1   ...   12   13   14   15   16   17   18   19   20
2.Leksik norma - Bu normada əsas şərt dilin lüğət tərkibindəki sözlərin mənasına bələd olmaq və onların yerli yerində işlədilməsinə bələd olmaqdır.Nitq üçün bəyənilməyən kobud ifadələr,təhqiramiz sözlər (vulqarizimlər),ancaq müəyyən kütlənin başa düşdüyü (varvarizimlər) istifadəsi qadağandır.Leksik norma özündə nitq mədəniyyətinin dəqiqıik və ifadəlilik şərtlərini cəmləşdirir.

3.Qrammatik norma-qrammatik norma dedikdə aşağldakılar nəzərdə tutulur:

a) müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə olmalıdır-iki uşaqlar yox,iki uşaq;

b) adlara(isim,sifət,say,əvəzlik və s.) əvvəl cəm,sonra mənsubiyyət,daha sonra hal və xəbərlik şəkilçiləri qoşulmalıdır:bağçalarımızdandır;

c)Feil kökünə təsirlilik+növ+inkar+feil şəkillərinin şəkli+şəxs-xəbərlik artırılmalıdır.

d)İnkar bağlayıcısından sonra gələn feil təstiqdə olmalıdır: nə yazır,nə oxuyur;

e) Mübtəda və xəbər bütün hallarda(şəxs və müəyyən qədər də kəmiyyət)uzalşmalıdır- Mən oxuyuram.

f) cümlə üzvlərinin ardıcıllığı belə olmalıdır: mübtəda+tamamlıq*təyin ifadə etdiyi isimdən əvvəl, zərf isə feildən əvvəl gəlir.

Hallardan hər hansı birinin pozulması qrammatik normanın pozulması deməkdir.




Yüklə 37,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin