1.Fonetik norma - Dilimizdə olan sözlərin bir və ya bir neçə cürə yazılışı vardır. Eynilə bu fikri tələffüzə də aid etmək olar.Beləliklə,fonetik norma 2yerə bölünür:
a) orfoqrafik norma-burada düzgün yazılış qaydaları öyrənilir.Eyni zamanda buraya xüsusi və ümumi isimlərin,mürəkkəb sözlər arasındakı defis işarələrinin,durğu işarələrinin öyrənilmə qaydalarını da aid edirik.
b)orfoepik norma-ədəbi dilə uyğun düzgün tələffüz qaydalarını öyrənir.
Fonetik normanın pozulması kimi aşağıdakı hallar dəyərləndirilir:
Xüsusi isimlərin böyük hərflə yazılmaması-leyli və məcnun deyil,”Leyli və Məcnun”;
Dırnaq işarələrinin qoyulmaması-Söz qəzəli deyil,”Söz” qəzəli;
Defis işarəsinin qoyulmaması-tez tez deyil,tez-tez;
Rum rəqəmlərindən sonra sıra sayının şəkilçilərinin yazılışı-X-cu yazıla biməz,sadəcə X;
Sıra say şəkilçilərinin səhv yazılması-5-nci deyil,5-ci;
Sətirdən sətirə keçirilmə qaydaları to-rpaq deyil,tor-paq;
Tələffüzün düzgün formada olmaması-sayə deyil,sahə;
Dostları ilə paylaş: |