1.Geneoloji bölgü-qohum dillər.
2.Tipoloji bölgü-Morfoloji xüsusiyyətlərinə görə.
Geneoloji bölgü qohumluq əlaqələrinə əsaslanır.Türk dillər ailəsində geneoloji bölgü belədir:
a)Oğuz qrupu - Türk,Türkmən, Qaqauz, Azərbaycan dili
b)Qıpçaq qrupu-Qazax, Qırğız, Qumuq,Tatar, Başqırd
c)Qarluq qrupu-Özbək, Uyğur, Salar
d)Bulqar qrupu-Çuvaş dili
Tipoloji,yəni morfoloji cəhətdən isə dillər bele təsnif olunur:
a)Kök dillər-başqa cür desək “amorf”dillər adlanır.Kök dillər yalnız kökdən ibarətdir.Çin-Vyetnam dilləri bu dil qupuna aiddir.
b)Flektiv dillər-bəzi dillər vardır ki,onlar içdən dəyişirlər.Bu dil qrupuna daxil olan dillər üçün həm ön,həm iç,həm də son şəkilçilər xarakterikdir.Ön şəkilçi “prefiks”,iç şəkilçi “infiks”,son şəkilçi isə “suffiks”adlanır.Bu dillərdə fleksiya mühüm rol oynayır.Avropa-Ərəb dilləri bu dil qrupuna aiddir.
c)İltisaqi dillər-bu dil qrupuna ən birinci Azərbaycan dili daxildir.Bu qrup sabit qaydaları ilə seçilir.Yalnız suffiks-son şəkilçi bu dil üçün xarakterikdir.İltisaqi termini”aqqültinativ”termini ilə sinonimdir.Söz sırası,şəkilçilərin yeri,ahəng qanunu,vurğu bu dil qrupu üçün hakimdir.Əlbəttə,bəzi istisnalar da vardır.Bunlarla dilin morfoloji quruluşu haqqında danışdıqda məlumat əldə edəcəksiz.
Dostları ilə paylaş: |