Mövzu 2: Yazı haqqında ümumi məlumat.
İnsanlar səsli dillə ancaq eşidilən məsafələrdə ünsiyyət qura bilirlər.Məsafə uzandıqda isə əlaqə çətinləşir.Eyni zamanda,bəzən bir nəsil hər hansı informasiyanı özündən sonrakı nəslə qoyub getməyi ehtiyac duyur.Uzun zaman məsafənin uzaqlığı əlaqəni çətinləşdirmişdir.Yazı insanoğlunun ən böyük mədəni nailiyyətidir.Yazı-səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.Yazı hamar lövhə,sümük,daş,böyük qaya,heyvan dərisi,ən nəhayət ağ kağız üzərində yazılmışdır.İlkin zamanlarda yazı indiki kimi hərflərdən ibarət olmamışdır. İnkişaf mərhələsinə görə yazının aşağıdakı növləri vardır:
1.Əşyavi yazı-insanlar əşyalar vasitəsilə fikirlərini ifadə edirdilər.”Daşdəmirin nağılı”,”Bir qalanın sirri”bədii filmi buna misal ola bilər.
2.Şəkli yazı(Piktoqrafik yazı)-ikinci mərhələ şəkli yazıdır.Burada elaqə şəkillər vasitəsilə olmuşdur.İnsanlar fikirlərini şəkil vasitəsilə ifadə etmişdir.Çörək,ət mağazasının qarşısındakı şəkillər buna misal ola bilər.
3.Fikri yazı(İdeoqrafik yazı)-əgər şəkili yazıda verilən şəkil yalnız şəklin özünü ifadə edirdisə,ideoqrafik yazıda isə rəmz mənasını ifadə edir.Məsələn,it şəkli sədaqəti,günəş-işığı,baş-düşüncəni bildirir.Yol qırağındakı çəngəl-bıçaq şəkli qarşıda yekxananın olmasından xəbər verir.
4.Yazının ən mükəmməl və çevik forması-Fonoqrafik yazıdır.Fonoqrafik yazı hərfi yazını ifadə edir.Bu yazı növündə hər bir mücərrəd işarə bir hərfi,səsi ifadə edir.İlkin mərhələdə sillabik(hecavi yazı növü) yazı kimi özünü göstərsədə zamanla formalaşaraq fonkqrafik yazı formasına düşmüşdür.Hərfi yazıya ən gözəl nümunə türk millətinə məxsus “Orxan-Yenisey”abidələridir.
Dostları ilə paylaş: |