58
funksiyasının köməyilə almaq mümkündür. Əks əməliyyat isə CHR funksiyası ilə yerinə yetirilir.
-Sətir tipləri. Sətirlərdən proqramlaşdırmada çox geniş istifadə olunur. Turbo Pascal-a Strig və PChar standart tipləri daxil edilmişdir. String tipli sətirlər Turbo Pascal dilinin bütün versiyalarında reallaşdırılıb.
-Göstərici tipi. Standart göstərici tipinin identifikatoru Pointer-dir. Pointer tipinin elementləri, istifadəçi tərəfindən təyin edilən göstərici tiplərindən fərqli olaraq, ixtiyari tipli dəyişənin ünvanını özündə saxlayır.
-Mətn tipi. Mətn fayllarını təsvir etmək üçün Text standart mətn tipindən istifadə edilir.
59
MÜHAZİRƏ VII:TURBO PASKAL DİLİNDƏ PROQRAM TƏRTİBİNİN ÜMUMİ QAYDALARI. TURBO PASKAL DİLİNİN OPERATORLARI.
Plan:
-
Turbo Pascal alqoritmik dilinin standart funksiyaları
-
Turbo Pascal dilində proqramın quruluşu
-
Alqoritmik dilin operatoları: sadə operatorlar
-
Giriş - çıxış operatorları
Turbo Pascal alqoritmik dilinin standart funksiyaları
Standart funksiyalar Turbo Pascalda ifadələrdə hazır element kimi istifadə olunan əvvəlcədən hazırlanmış alt proqram- funksiyalar mövcuddur. bunların sayı artırılmış və standart bir modulda yerləşdirilmişdir. Turbo Pascal proqramlarında sabit, tip, dəyişən, prosedur və funksiyalardan istifadə edərkən, onlarən təyin olunduğu modullar təsvir olunmalıdır İstifadəçi tərəfindən yaradılan modulların və System modulıunun təsviri vacib deyil. Digər modullar hökmən təsvir olunmalıdır
Hesabi funksiyalar Aşağıdakı cədvəldə System modulunun tərkibinə daxil olan və sadə riyazi hesablamaları yerinə yetirən funksiyalar göstərilmişdir:
Funksiya
|
Vəzifəsi
|
Nəticənin tipi
|
Abs(x)
|
Arqumentin mütləq qiyməti
|
x-in tipi ilə üst-üstə düşür
|
Sqr(x)
|
Arqumentin kvadratı
|
x-in tipi ilə üst-üstə düşür
|
Sqrt(x)
|
Arqumentin kvadrat kökü
|
Həqiqi
|
Arctan(x)
|
Arqumentin arktangensi
|
Həqiqi
|
Cos(x)
|
Arqumentin kosinusu
|
Həqiqi
|
Sin(x)
|
Arqumentin sinusu
|
Həqiqi
|
Exp(x)
|
Ex
|
Həqiqi
|
Ln(x)
|
Natural loqarifma
|
Həqiqi
|
Frac(x)
|
Ədədin kəsr hissəsi
|
Həqiqi
|
60
İnt(x)
|
Ədədin tam hissəsi
|
Həqiqi
|
Pi
|
3,141592.... kəmiyyətinin
qiyməti
|
Həqiqi
|
Tipin çevrilmə funksiyaları. Bu funksiyalar tipin çevrilməsi üçün nəzərdə tutulub. Məs., simvolun ədədə, həqiqi ədədin tama və s. Bunlar aşağıdakı funksiyalardır:
Chr(x) –ASCII kodunun simvola çevrilməsi
Funksiyanın arqumenti 0..255 intervalında olmaqla tam olmalıdır. Nətic bu koda uyğun simvoldur. Məs., chr(97)-ni nəticəsi ‘a’-dır.
High(x)-kəmiyyətin maksimal qiymətinin tapılması.
Funksiyanın arqumenti sıra, sətir və massiv tipli parametr və ya identifikator ola bilər. Nəticə sıra tipi üçün bu kəmiyyətin maksimal qiyməti, massiv tipi üçün indeksin maksimal qiyməti və sətir tipi üçün sətrin təsvir olunmuş ölçüsü.
Low(x) – kəmiyyətin minimal qiymətinin tapılması.
Funksiyanın arqumenti sıra, sətir və massiv tipli parametr və ya identifikator ola bilər. Nəticə sıra tipi üçün bu kəmiyyətin minimal qiyməti, massiv tipi üçün indeksin minimal qiyməti və sətir tipi üçün isə 0-dır.
Ord(x) –istənilən sıra tipinin tam tipə çevrilməsi.
Funksiyanın arqumenti ixtiyari nizamlı ( məntiqi, simvol və sadalanan ) tip ola bilər. Nəticə Longint tipinin kəmiyyətidir. Məs., ord(‘a’) nəticəsi 97-dir.
Round(x)- həqiqi ədədin qiymətinin, bu ədədə yaxın olan tamadək yuvarlaqlaşdırılması.
Funksiyanın arqumenti həqiqi, nəticə isə Longint tipində olur.
Trunc(x) – həqiqi ədədin tam hissəsinin tapılması. Funksiyanın arqumenti həqiqi, nəticə isə Longint tipində olur.
Sıra tipinin kəmiyyətləri üçün funksiyalar. Bu funksiyalar əvvəlki və ya sonrakı elementlərin tapılması, ədədin təkliyinin yoxlanması üçündür. Bu tipə aşağıdakı funksiyalar aiddir:
Odd(x) –x-in təkliyinin yoxlanması
61
Funksiyanın arqumenti Longint tipində, nəticə isə arqument tək olduqda True, cüt olduqda False olur.
Pred(x) – X-in əvvəlki qiymətinin təyini.
Funksiyanın arqumenti sıra tipin ixtiyari kəmiyyəti, nəticə isə həmin tipin əvvlki qiymətidir. Məs., Pred(2)-nin nəticəsi 1-dir.
Succ(x)-X-in sonrakı qiymətinin təyini.
Funksiyanın arqumenti sıra tipin ixtiyari kəmiyyəti, nəticə isə həmin tipin sonrakı qiymətidir. Məs., Succ(2)-nin nəticəsi 3-dir.
Pascal dilində proqramın strukturunu aşağıdakı şəkildə göstərmək olar:
{Proqram başlığı} Program proqramın adı;
{İstifadə olunan proqram modullarının təsviri bölməsi} Uses Istifadə olunan proqram modullarının siyahısı;
{Təsvirlər bölməsi} Label Nişanların təsviri; const Sabitlərin təsviri ; Type tiplərin təsviri;
var dəyişənlərin təsviri;
Procedure Function
Dostları ilə paylaş: |