Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,56 Mb.
səhifə16/41
tarix20.05.2018
ölçüsü1,56 Mb.
#51057
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

48


olduqca çoxdur, amma hamısı bir qayda olaraq, verilənlərin təsviri, hesabi operatorlar, dövrün təşkili və idarəedici vasitələr, informasiyanın daxil və xaric olunma vasitələri ilə təmin olunub. Dillərin çoxu proqramın tərtibində oxşar prinsiplərdən istifadə etməsinə baxmayaraq, onların sintaksisi müxtəlifdir.


Proqramlaşdırma dillərinin təsnifatının əsas əlamətlərindən biri dilin hansı proqramlaşdırma üslubuna mənsub olmasıdır. Proqramlaşdırma texnologiyasında əsasən aşağıdakı üslublardan istifadə olunur:

  • prosedur proqramlaşdırma;

  • funksional proqramlaşdırma;

  • məntiqi proqramlaşdırma;

  • obyektyönlü proqramlaşdırma.

Prosedur proqramlaşdırma- 40-cı ildə Con Fon Neyman tərəfindən təklif olunan kompüterin arxitekturasına əsaslanır və onun nəzəri modeli kimi “Tyurinq maşını” adlanan alqoritmik sistem götürülmüşdür.

Prosedur proqramlaşdırma dilində proqramlar operatorlar ( təlimatlar) ardıcıllı- ğından ibarətdir. Burada əsas operator, yaddaş sahəsinin məzmununu dəyişən mənsub etmə operatorudur.

Prosedur dil aşağıdakı xüsusiyyətlərə görə xarakterizə olunur:


  • yaddaşın idarə olunmasının vacibliyi, xüsusi dəyişənlərin təsviri;

  • simvolların emalı üçün imkanların məhdudluğu:

  • ciddi riyazi əsasın olmaması:

  • müasir kompüterdə yüksək səmərəliliklə reallaşdırılma.

Prosedur dilin əsas təsnifat əlamətlərindən biri onun səviyyəsidir. Proqram- laşdırma dilinin səviyyəsi onun konstruksiyasının semantik ölçüsü və onun proq- ramçıya yönümü dərəcəsi ilə təyin olunur. Dilin proqramçıya yönümü nə qədər çox olsa, onda bu dilin səviyyəsi bir o qədər yüksək olur. Fərdi kompüterlərdə istifadə olunan proqramlaşdırma dillərini səviyyələri artma ardıcıllığı ilə aşağıdakı kimi xarakterizə olunur.

İkilik dil bilavasitə maşın dilidir. Hazırda istifadə olunmur.



49




Assembler dili – maşın dilinə yaxın olub, maşın əmrlərinin simvolik formada təsvirini təmin edir. Bu dil proqramçıya əməliyyatların mnemonik kodlarından istifadə etməyə, yaddaşın xanalarına və sahələrinə ad verməyə imkan verir.

Makroassembler dili – Assembler dilinə makro vasitələr daxil edilməsi ilə alınan dildir. Dilin köməyi ilə proqramdakı operatorları parametrlərlə təsvir etmək mümkündür. Bu əməliyyatdan sonra proqramçı arqumentlə təmin olunmuş makroəmrlərdən istifadə edə bilər.

Peşəkar sistem proqramçılar kompüterin bütün qurğularından istifadə etmək üçün Assembler və Makroassembler dillərini tətbiq edirlər. Bu dillərdən adətən sistem proqram təminatının tərkibinə daxil olan – drayver, utilit və s. proqramlarının yaradılmasında istifadə olunur.



C proqramlaşdırma dili ilk dəfə 70 –ci ilin əvvəlində UNİX əməliyyat sistemini reallaşdırmaq üçün yaradılmışdır. C dili müasir yüksək səviyyəli dillərin idarəedici konstruksiyalarını və Assembler tipli aşağı səviyyəli dilin köməyi ilə verilənlərin kompüterin aparat vasitələrinə müraciət imkanlarını özündə birləşdirir. Bu dil funksional proqramlaşdırmaya yaxınlaşır. Burada prosedur anlayışından istifadə olunmur.

Basic ( Beginners All- purpose Sumbolic İnstruction Code – başlayanlar üçün çoxməqsədli dil) -1964-cü ildə proqramlaşdırmanı yeni öyrənənlər üçün yaradılmışdır. Bu dil hesablama maşını ilə insanın bilavasitə informasiya mübadiləsi üçün sadə dildir. İlk vaxtlar bu dildə interpretatordan, hal-hazırda isə kompilyatordan istifadə olunur.

Pascal dili prosedur proqramlaşdırma dilləri içərisində ən çox istifadə olunan dildir. Pascal dili hal-hazırda çox geniş yayılıb və onun fərdi kompüterlərdə Borland Pascal və Turbo Pascal kimi müxtəlif versiyaları mövcuddur.

Funksional proqramlaşdırma – dilin mahiyyəti A. P. Yerşov tərəfindən təyin olunmuşdur.

50


Funksional dillərin konstruksiyasında ifadə əsas rol oynayır. İfadələrə skalyar sabitlər, strukturlaşmış obyektlər, funksiyalar, funksiyanın gövdəsi və funksiyaların çağırılması aiddir.

Funksional proqramlaşdırma dilinə aşağıdakı elementlər daxildir:


  • funksiyanın manipulyasiya edə bildiyi sabitlər sinfi;

  • proqramçının əvvəldən təsvir etmədən istifadə etdiyi baza funksiyalar yığını;

  • baza funksiyalardan yeni funksiyaların tərtibi qaydası;

  • çağırılan funksiyalar əsasında ifadələrin yaradılma qaydası.

Funksional proqramlaşdırmada dəyişənlərin qiymətlərinin yaddaşda saxlanılması konsepsiyasından istifadə olunmur. Mənsub etmə operatoru yoxdur, belə ki, nəticədə dəyişənlər yaddaş sahəsi kimi yox, riyaziyyatda dəyişən anlayışına tamamilə uyğun olan proqram obyektləri ilə ifadə olunur.

Funksional proqramlaşdırmanın ilk dili LİSP ( LİST – siyahıların emalı) dilidir.



Məntiqi proqramlaşdırma –Bu proqramlaşdırmanın ən çox inkişaf etmiş və yayılmış dili PROLOG –dur. Məntiqi proqramlaşdırma dilləri, xüsusən PROLOG, süni intellekt sistemlərində geniş tətbiq olunur. Məntiqi proqramlaşdırmanın əsas anlayışı nisbətdir. Proqram obyekt və məqsəd arasındakı nisbətin təyinindən təşkil olunur. Proqramın yerinə yetirilməsi istifadə olunan dilin semantikasına uyğun quraşdırılmış qaydalar əsasında məntiqi düsturların ümumi qiymətləndirilməsi kimi şərh olunur. Məntiqi proqramlaşdırmada yalnız alqoritmə əsaslana faktların spesifik xüsusiyyətlərini göstərmək lazımdır. Burada yerinə yetirilməsi tələb olunan addımlar ardıcıllığını təyin etmək lazım deyil.

Məntiqi proqramlaşdırma aşağıdakılara görə xarakterizə olunur:



  • yüksək səviyyə;

  • simvol hesabatına istiqamətlənmə;

  • tərsinə ( inversiv) hesablama imkanı,



51




  • məntiqi natamamlığın mümkünlüyü, çünki proqramda müəyyən məntiqi münasibətləri əks etdirmək, həmçinin bütün nəticələrin düzgün alınması mümkün deyil.

Məntiqi proqram prinsipcə çox da böyük olmayan sürətə malikdir. Belə ki, hesablama əvvəlki addıma qayıtmaq şərti ilə axtarış, sınaq və səhvlər üsulu ilə həyata keçirilir.

Obyektyönlü proqramlaşdırma – Proqramlaşdırmanın obyektyönlü üslubu obyekt anlayışına əsaslanır, mənası isə “obyekt=verilənlər+prosedurlar” düsturu ilə ifadə olunur. Hər bir obyekt özündə verilənlərin strukturunu birləşdirir və onlara müraciət bu verilənlərin emalı proseduru ilə mümkündür ki, bu da metod adlanır. Verilənlər və prosedurun bir obyektdə birləşməsi inkapsulyasiya adlanır.

Obyektlərin təsvirinə sinif xidmət edir. Sinif bu sinfə aid olan obyektlərin xassə və metodlarını təyin edir. Uyğun olaraq, istənilən obyekt sinfin nüxsəsini təyin edə bilir.

Obyektyönlü proqramlaşdırma dillərinə Smalltalk, C++, Object Pascal, Java və s. aiddir.

Turbo Pascal dilində proqramlaşdırma


Pascal dili proqramlaşdırmanın əsas konsepsiyasını öyrətmə vasitəsi kimi yaransa da, sonralar tətbiqi məsələlərin həllində əlverişli bir vasitəyə çevrildi. Dilin sadəliyi, bütün struktur quruluşların əlverişli təsviri, proqramlaşdırma prosesinin sadələşdirilməsi və səmərəli obyekt modullarının olması bu dilin çox geniş yayılmasına səbəb olmuşdur. Pascal dili həm riyazi, həm də qeyri-riyazi məsələlərin həllində verilənlərin strukturu üçün çox güclü vasitələrə malikdir.

Pascal dilinin geniş yayılması və ona tələbat, bu dil əsasında müasir proqramlaşdırma sistemlərinin yaradılmasına səbəb oldu. Bu vəzifəni Borland İnternational firması yerinə yetirdi. Yaradılan instrumental proqramlaşdırma sistemi dialoq rejimində proqram tərtib etməyə imkan verirdi. Bu sistemlər təkmilləşdirilərək, Turbo Pascal 7.0 və Borland Pascal Objects7.0 proqramlaşdırma sistemləri yaradıldı.





Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin