Əməli yaddaş qurğusu – Əməli yaddaş qurğusu (operativ yaddaş, RAM (Random
Ajjess Memory) kompüterin əsas elementidir. Ana plata üzərində yerləşən əməli yaddaş
qurğusunun məlumat tutumunun həjmi hal-hazırda 3 Qbayt və daha çoxdur. Əməli yaddaş
qurğusu dinamik və statik tiplərdə olur. Statik tipli yaddaşın qiymətinin bahalı olmasına
baxmayaraq işləmə sürəti daha yüksək olur. Əməli yaddaşdan ədədin oxunması təqribən
50
60 nonasaniyə müddətində olur. Bu isə yüksəksürətli mikroprosessorun (CPU) işini
ləngidir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün Keş-yaddaşdan istifadə edirlər
Keş-yaddaş - ana plata üzərində mikroprosessorla (CPU) əməli yaddaş arasında
yerləşir. Keş-yaddaşa mürajiət vaxtı 5
6 nonasaniyə müddətində olur. Keş-yaddaşın
qiyməti çox baha olduğundan onun məlumat tutumu hal-hazırda 3 Mbayt və daha çoxdur.
Keş-yaddaşın özü əsasən iki səviyyəli olur. I səviyyəli keş-yaddaş Level 1 adlanır və
mikroprosessorun içərisində olur. II səviyyəli keş-yaddaş Level 2 adlanır və
mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir.
Daimi yaddaş qurğusu (DYQ)- İnformasiyanı uzun müddət saxlamaq üçün istifadə
olunan mikrosxemdir. Buna ROM (Read Only Memory –yaddaşdan ancaq oxumaq)
deyilir. Buradan informasiya anjaq oxunur, oraya heç bir informasiya yazmaq olmaz.
ROM-un üstün jəhəti ondan ibarətdir ki qida mənbəyi açıldıqdan sonra oradakı
informasiya pozulmaz qalır. Daimi yaddaş mikrosxemləri 2 jür olur: istifadəçi tərəfindən
bir dəfə (ROM) istifadəçi tərəfindən çox dəfə (PROM) proqramlaşdırıla bilən
mikrosxemlər.
Daimi yaddaş qurğusu ( Vinçestr və ya HDD- Hard Disk)- yaddaş qurğusu kimi
sərt maqnit disklərindən istifadə edilir. Belə disklərə informasiya xüsusi texnologiya ilə
yazılır.Sərt maqnit disklərin digərilərindən informasiyanın diskə yüksək sürətlə yazılması
və oxunması ilə seçilir. Bundan başqa tutumu, tezliyi, interfeysinə görə fərqlənir.Müasir
FK-in vinçestrləri 800 Qbayt və daha çox olur.
CMOS - Ana plata üzərində yerləşən CMOS (Complimentary Metal Oxide
Semiconductor – metal - oksid - yarımkeçiriji) mikrosxemi fərdi kompüterin
konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.
BIOS - (Basic Input/Ouput System – giriş /çıxış baza sistemi) proqram olub sabit
yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resuslarının diaqnostikasını təmin
edərək, fərdi kompüteri işə saldıqda əməliyyatçı sistemin yüklənmə hissəsini çağırır. BİOS
ayrıja mikrosxem şəklində hazırlanır.
Portlar – Mikroprosessorun xariji qurğular (Printir, Mouse və s.) ilə informasiya
mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa
panelində yerləşir. Portların paralel (LPT1, LPT2 və s. ilə işarə olunur) və ardıjıl (JOM1,
20
20
JOM2 və s. ilə işarə olunurlar) növündən istifadə edilir. Paralel portlarda məlumatların
fərdi kompüterə daxil və xarij edilmə sürəti ardıjıl portlara nəzərən çoxdur.