53
53
Turbo Pascal sistemi İBM fərdi kompüterlərin Pascal dilinin genişlənmiş
proqramlaşdırma dilindən, proqramların yazılması, sazlanması və işə salınması
üçün mühitdən ibarətdir.
Proqramlaşdırma dili əməliyyat sisteminin imkanlarından
istifadə etməyə,
overley struktur yaratmağa, daxiletmə - xaricetmənin təşkilinə,
qrafiki təsvirlərin
tərtibinə və s. imkan verən geniş modullar kitabxanasına malikdir.
Proqramlaşdırma mühiti proqram mətnlərinin yaradılmasına, onların
kompilyasiyasına, səhvlərin tapılmasına və onların operativ düzəldilməsinə, ayrı-
ayrı proqram hissələrindən proqramın yığılmasına, sazlanmasına və sazlanmış
proqramı yerinə yetirməyə imkan verir. Paket həmçinin istifadəçiyə kömək üçün
böyük həcmli arayış təqdim edir.
Qeyd edək ki, Turbo Pascal7.0 ilə eyni
zamanda WINDOWS mühitində
istifadə etmək üçün nəzərdə tutulun Borland Pascal 7.0 sistemi yaradılmışdır.
Amma WINDOWS mühitində bilavasitə Pascal dilinin istifadəsində çətinliklər
olduğundan bu sistem az yayılıb. Bu səbəbdən Borland İnternational firması
Borland Pascal-ın sonrakı təkmilləşdirilməsindən imtina edərək,
Pascal dilinin
bütün üstün cəhətlərini nəzərə almağa imkan verən DELPHİ sisteminin
hazırlanmasına keçdi. Sistem WINDOWS mühiti üçün yaradılan tətbiqi
proqramlarla əlaqədar yaranan bir çox çətinlikləri aradan qaldırmağa imkan verən
vizual proqramlaşdırmaya əsaslanıb. Bu sistemdən effektiv
istifadə etmək üçün
Pascal dilinin xüsusiyyətləri dərindən öyrənilməlidir.
İstənilən dil (azərbaycan, rus, ingilis və s.) simvollar, söz, söz birləşmələri və
cümlələrdən ibarətdir. Proqramlaşdırma dillərində də buna analoji elementlər
var. Bunlar simvollar, sözlər, ifadələr (söz birləşmələri) və operatorlardır (
cümlələr).
Dilin simvollarından ixtiyari mətnin tərkibində istifadə olunur. Hər hansı
dilin əlifbası sonlu sayda simvollar çoxluğudur. Dilin əlifbası aşağıdakı
qruplara bölünür:
-
A=dan Z-ə kimi böyük və kiçik latın hərfləri və “_” aşağıdan xətt simvolu;
54
54
-
0-dan 9-a kimi onluq rəqəmlər;
-
xüsusi simvollar:
#
)
-
;
@
{
$
*
/
<
[
]
‘
+
/
=
]
(
,
:
>
^
-
xüsusi simvollar cütü (mürəkkəb simvollar):
:=
//
<=
>=
(*
*)
(.
.)
-
böşluq simvolu “ “
-
idarəedici simvollar (ASCII kodu 0-dan 31-ə kimi)
Dostları ilə paylaş: