VIII mövzu: Müasir sosiomədəni situasiya. Qloballaşma və kommunikasiya
Plan:
İnformasiya sivilizasiyası və mədəniyyət;
Müasir informasiya cəmiyyətində mədəni dəyərlər problemi;
Qlоballaşmanın sistеmli öyrənilməsinə dair mеtоdоlоji yanaşmalar;
Son onilliklər ərzində dünya sistemli şəkildə dəyişikliklərə məruz qalmışdır. Dünya ölkələrinin qarşılaşdığı təhdidlər çox unikaldır. Onlar yeni dünyəvi fenomen olan informasiya-texnologiya inqilabının, qloballaşma prosesinin genişmiqyaslı təzyiqi altında formalaşırlar. Fəlsəfi ədəbiyyatda bu inqilabın sosial nəticələri «şəbəkə cəmiyyəti», “qlobal informasiya cəmiyyəti”, «koqnitiv kapitalizm» ( “cognition” - lat. tər. “cognito” – “dərk edirəm“ sözündən götürülüb, mənası “dərketmə, qavrama aktı” deməkdir) və digər anlayışlarda öz ifadəsini tapdı. İnformasiya cəmiyyəti konsepsiyasının tezliklə tərəfdarları artmağa başladı. YUNESKO-nun məruzəsində deyilir ki, üçüncü sənaye inqilabı – yeni texnologiyalar inqilabı və onu müşayiət edən qloballaşmanın yeni fazası bir çox istiqamətləri dəyişmişdir və varlılar və yoxsullar, sənayecə inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr, həmçinin ölkələrin də özündə mövcud olan uçurumu üzə çıxarmışdır.
M.Kastels müasir cəmiyyəti şəbəkə cəmiyyəti adlandırır. Bu o deməkdir ki, yeni təşkilati formalar mərkəzləşdirilmiş məkan məntiqinə və adi qərarlar qəbul edən mərkəzlərin məntiqinə sığmır. İqtisadi ölçülər dəyişir: qeyri-maddi resurslar daha mühüm rol oynayaraq fiziki kapitalı, maddi resursları sıxışdırırlar. Təhsil siyasətinin rolu və informatikanın inkişafının praktik əhəmiyyəti artır, yeni texnologiyalar hər yerdə biliklərin meydana gəlməsini və yayılmasını sürətləndirir. Dünya, sanki planetar məktəbə və kitabxanaya çevrilir. Yeni qlobal informasiya mədəniyyəti formalaşır və bu proses istehsalçılarla bilik əldə edənlər arasında sərhədləri «yuyur», özünüifadə, yaradıcılıq üçün yeni geniş imkanlar açır, cəmiyyət öyrədən cəmiyyətə çevrilir.
Ümumiyyətlə, diqqət yetirsək görərik ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır.
Müasir kommunikasiya və informasiya vasitələrinin çox sürətli inkişafı, kompüter, internet, mobil rabitə, peyk televiziyası, elm və texnikanın digər nailiyyətlərinin hər tərəfdə bərqərar olması, planetimizin kiçildiyi illüziyasını yaratmışdır. Dünya sanki sıxılmış, proseslər isə əvvəllər görünməmiş sürət almışdır.
KİV səyi nəticəsində gündəlik həyatımıza qloballaşma anlayışı, məfhumu daxil olmuşdur. Bəşəriyyətin qloballaşma dövrünə qədəm qoymasının nə ilə nəticələnəcəyini öncədən müəyyən etmək mümkün deyil.
Qloballaşma prosesinin necə fəaliyyət göstərməsi, ayrı-ayrı xalqların mədəni inkişaf xarakterinə qloballaşmanın necə təsir edəcəyi məsələləri maraq doğurur. Dünyagörüşü mövqelərin və dəyərlərin olmaması şəraitində güclü texnoloji sıçrayışın nəticələri əsaslı şəkildə narahatlıq doğurur. Belə ki, bu məqamda gedən zəruri mental dəyişiklik, texnologiya sahəsinin güclü transformasiyası və informasiya bumuna çata bilmir.
Qloballaşmanın daha bir narahat törəməsi mədəni müxtəlifliyin sürətli məhdudlaşmasıdır. Qloballaşma tarix boyu yaranmış xalqları ayıran müxtəlif sərhədləri sürətli şəkildə parçalayır, eyni zamanda mədəniyyətlərin və xalqların müxtəlifliyinin tədricən yox olması təhlükəsini artırır.
Bəs qloballaşma nədir? Nə üçün bu proses bəzi insanlarda bəşəriyyətin gələcəyinin təsəvvürünü yaradır, bəzilərində isə qəti etiraz hissini oyadır?
Qloballaşma mövzusu son 15-20 il ərzində intellektual diskussiya meydanında aktuallığına görə əsas mövzudur. Bu, sadəcə gələcəyin nəzəri modeli haqqında diskussiyalar deyil, bütün dünyanı əhatə edən sivilizasiya prosesinin analizinə cəhdlərdir.
Ədəbiyyatda bеlə bir fikir mövcuddur ki, ilk dəfə bu tеrmin еlmi nəşrlərdə 1983-cü ildə istifadə оlunmuşdur. Bu tеrminin mənşəyi latın sözü «qlоbus» (Yеr, yеr kürəsi) ilə bağlıdır. Qloballaşma müasir dövrün aparıcı sivil prosesidir. Bununla yanaşı, qloballaşma əvvəlki ümumbəşəri inteqrativ ənənələrin sadəcə davam etdirməməklə, bəşər tarixində prinsipcə yeni hadisə olub digər ümumbəşəri proseslərin bir çox xassələrini özündə ehtiva edir. Qlоballaşma haqqında ədəbiyyat aхını fоnunda ciddi еlmi təhlil aparılan fəlsəfi-nəzəri əsərlərin qıtlığı gözə çarpır. Ədalət naminə qеyd еtmək lazımdır ki, məhz iqtisadi və sоsiоlоji еlm tərəfindən bu qıtlıq ciddi tədqiqatların mеydana çıхması ilə dоldurulur. Bu hadisə haqqında gеоsiyasi, еkоlоji və b. təsəvvürlər də mövcuddur. Fəlsəfi sahədə isə hələ ki, bеlə tədqiqatlar azdır. Qlоballaşmanın fəlsəfi aspеktinin aktuallığı оndadır ki, bu, qlоballaşmanın insan ölçüsüdür. Fəlsəfə bu hadisəni sоsial rеallığa, еləcə də insanlara gələcək təsiri baхımdan nəzərdən kеçirir.
Hal-hazırda qlоballaşmanın sistеmli öyrənilməsinə bir-nеçə mеtоdоlоji yanaşmalar fоrmalaşmışdır. Оnlardan hər biri bu prоsеslərin mahiyyətinə müхtəlif fəlsəfi baхış еdir.
Dostları ilə paylaş: |