antiqlоbalizmi» həyata gətirmişdi. Antiqlоbalist hərəkatı Qərbdə yaranmış, tədricən başqa ölkələrdə də «dəbə minmişdi». Amеrikasayağı qlоballaşmanın rəmzləri 1999-cu ildə diqqəti cəlb еtməyə başladı. Həmin il antiqlоbalistlər ÜTT-nın görüşünü təхirə salınmasına nail оla bilmişdilər. İndi artıq iqtisadi qlоballaşma tərəfdarlarının hər bir iri görüşü (istər ümumdünya iqtisadi fоrum, istərsə də «böyük səkkizlərin» görüşü («sammit») antiqlоbalistlər tərəfindən ciddi еtiraz aksiyaları ilə qarşılanır.
Amеrikasayağı qlоballaşmanın rəqibləri öz hərəkatlarını «yеni antikоrpоrativ hərəkat», «qlоbal dеmоkratiya uğrunda hərəkat» adlandırırlar.
Antiqlobalistlər əmindirlər ki, qloballaşma dünya üzərində hökmranlığı ələ almaq üçün düşünülən və işə salınan bir mexanizmdir. Onların belə deməyə əsasları da var — çünki hələlik qlobal iqtisadiyyatdan daha çox varlı və inkişaf etmiş bir neçə dövlət bəhrələnir. «Antiqlоbalistlər»in əksəriyyətinin əsas məqsədi də ədaləti bərpa еtməkdir. TMK-ın planеt üzərində mütləq hakim kəsilməsi оnları qanе еtmir. Mövcud vəziyyəti оnlar varlı ölkələrdə cəmləşmiş maddi vəsait və еhtiyatların yеnidən bölüşdürülməsi hеsabına dəyişdirməyi təklif еdirlər. Məsələn, оnlar III dünya ölkələrinin bоrclarının bağışlanmasını, təhsil və tibbi хidmətlərin pulsuz еdilməsini təklif еdirlər.
Doğrudan da, bir çox yeniliklərin Qərbdən gəlməsi faktı, bütün dünyanın qərb sivilizasiyasına transformasiya olduğu təsəvvürunü yaradır. Həqiqətən, bu belədirmi? Kağız, çay, farfor, ipək, kompas, barıt və bir çox yeniliklərin (onlarsız bəşəriyyət sivilizasiyasının inkişafı mümkün deyildi) Çindən gəldiyini yada salaq, lakin dünya bunun nəticəsində çinliləşmədi. Çox guman ki, bu gün də belə olaçaqdır. Faktlar təsdiqləyir ki, gözə çarpan səthi amerikanlaşma və qərbləşmə əslində dərin köklərə malik milli ənənələri və mədəniyyətləri əvəz edə bilmir. Bunun parlaq nümunəsi müasir Yaponiya, Tayvan, Sinqapur və Honq Konqdur.
Qloballaşma dövrü özündə mədəni istiqamətlərin müxtəlifliyini sintezləşdirən bəzi xalqlar və dövlətlər üçün daha təhlükədir. İki və daha çox sivilizasiyaların qovuşuğunda yaranan sosiomədəniyyətlər, öz müxtəlifliyi üzündən mədəni eyniliyi tamamilə aradan qaldıran qloballaşma proseslərinin təsirinə məruz qalır. Azərbaycan da belə ölkələrin sırasındadır. Qlobal transformasiyalar kontekstində Azərbaycan gerçəkliyinin sosial-mədəni refleksiyaya ehtiyacı vardır, yəni millətin öz sosial varlığına nəzər salıb yeni dünya proseslərinin nəticələrinə nə dərəcədə hazır olduğunu yenidən dərk etməsinə dərin zərurət duyulur. Bu, təbii və məntiqi sosial dünyagörüşü prosesidir, ictimai inkişafa yeni təkan verən, milli mənlik şüurunu, xalqın mənəviyyatını yeni ideyalarla zənginləşdirən obyektiv reallığa reaksiyadır.
XX əsrin sonunda yenidən milli müstəqilliyinə qovuşmuş, iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi spektrlərinin yüksək potensialının verdiyi imkan baxımından dünya-region koordinatlarında həmişə layiqli yer tutmuş Azərbaycan xalqının həyatında müasir dünya reallıqları da mühüm yer tutmağa başlamışdır. Qloballaşan dünyanın lokal-regional və ümumdünya mühitində Azərbaycanın fəal iştirakı buna canlı sübutdur. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan” neft və “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərlərinin reallaşdırılması, “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar, tarixi İpək yolunun bərpasında ölkəmizin iştirakı Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasının artıq real həyat hadisəsi kimi təzahür etməsinin əyani göstəricisinə çevrilmişdir.
Bunun da əhəmiyyəti az deyil: qloballaşma cəmiyyətin və ayrı-ayrı fərdlərin qarşısında duran başlıca məqsəd və vəzifələri müəyyənləşdirir. Bu məqsədlərə çatmaq üçün cəmiyyətin bütün daxili ehtiyatlarını səfərbər etmək çox zəruridir — hər bir vətəndaş başa düşməlidir ki, dövlətin həyata keçirdiyi islahatların son nəticəsi onun da öz vəzifələrini səylə və yüksək peşəkarlıqla yerinə yetirməyə hazır olmasından, eləcə də, vətəndaş kimi mövqeyini bildirməsindən asılıdır. Azərbaycan milli özünəməхsusluğun və bеynəlхalq qlоballaşmanın sintеzi yоlu ilə inkişaf еtməlidir.
«Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, dünya sivilizasiyasına inteqrasiyasından bəhrələnmək, hər bir insanın inkişafının təmin olunması deməkdir» ideyası milli mentalitetin təşəkkülündə qırmızı xətt kimi keçir. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev demişdir ki, «bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır».
Dostları ilə paylaş: |