I mövzu plan Əsas anlayışlar və təriflər


§ 1.5. Nominal gərginliyin seçilməsi



Yüklə 1,41 Mb.
səhifə6/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   2   3   4   5   6   7   8   9   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§ 1.5. Nominal gərginliyin seçilməsi
Elektrik şəbəkəsinin nominal gərginiliyi, onun texniki-iqtisadi göstəricilərinə və eləcədə texniki xarakteristikalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, məsələn, nominal gərginliyin artırılması zamanı güc və elektrik enerjisi itkiləri azalır. Yəni, istismar xərcləri aşağı düşür, naqillərin en kəsiyinə və xəttin tikilməsinə sərf olunan metal sərfiyyatı azalır, xətlə ötürülən buraxılabilən güc artır, şəbəkənin gələcəkdə inkişaf etdirilməsi yüngülləşir. Lakin bu zaman şəbəkənin qurulmasına sərf olunan kapital qoyuluşu artır.

Aşağı nominal gərginliyə malik şəbəkə isə əksinə, az kapital qoyuluşu tələb edir. Lakin şəbəkə gərginliyinin aşağı olması güc və elektrik enerjisi itkilərinin artması hesabına böyük istismar xərclərinin yaranmasına gətirib çıxarır və bundan əlavə şəbəkənin ötürmə qabiliyyəti aşağı düşür. Yüxarıda qeyd olunanlardan belə bir nəticə çıxır ki, elektrik şəbəkəsinin layihələndirilməsi zamanı nominal gərginliyin düzgün seçilməsi vacib məsələlərdən biridir.

İqtisadi cəhətdən məqsədəuyğun nominal gərginliyin seçilməsi aşağıdakı bir çox faktorlardan asılıdır:


  • elektrik yüklərinin gücündən;

  • həmin yüklərlə qidalanma mənbələri arasındakı məsafədən;

  • onların bir-birinə nəzərən yerləşdirilməsindən;

  • elektrik şəbəkəsinin seçilmiş konfiqurasiyasından;

  • gərginliyin tənzim olunması qaydalarından və s.

Ötürülən gücdən və ötürmə məsafəsindən istifadə etməklə nominal gərginliyin qiymətinin təxmini olaraq təyin etmək olar. Xətt ilə ötürülən güc və məsafə nə qədər çox olarsa, texniki və iqtisadi normalara görə xəttin nominal gərginliyi bir o qədər yüksək olmalıdır.

Nominal gərginliyi aşağıdakı qaydalardan birinə əsasən təqribi qiymətləndirmək olar:



  • Şək. 1.9-da göstərilmiş a) və b) əyrilərinə görə;

  • Empirik ifadələrə görə;

  • Xəttin ötürmə qabiliyyətinə və uzunluğuna görə.

Şək. 1.9-da kı əyrilər müxtəlif gərginlikli elektrik şəbəkələrinin iqtisadi cəhətdən əlverişli tətbiq sahələrini xarakterizə edir. Bu əyrilərə əsasən xətlə ötürülən aktiv güc (P, MVt) və xəttin uzunluğu (L, km) məlum olduqda xəttin nominalgərginliyini təyin etmək olar.

Şək. 1.9. Müxtəlif nominal gərginlikli elektrik şəbə-kələrinin tətbiq sahələri. a, b-gərginliyin iqtisadi əyriləri:

1-(1150 ÷500) kV; 2-(500÷220) kV; 3-(220÷110) kV;

4-(110÷35) kV; 5-(750÷330) kV;6-(330÷150) kV;

7-(150÷35) kV.
Nominal gərginliyi, aktiv güc (P, MVt) və xəttin uzunluğu (L, km) məlum olduqda aşağıdakı empirik düturlara əsasən də təyin etmək olar.

Əgər xətlə ötürülən güc 60 MVt-a və xəttin uzunluğu 250 km-ə qədər olarsa, onda nominal gərginliyi, Still düsturundan istifadə etməklə hesablamaq daha əlverişlidir:



Əgər ötürülən güc daha böyük və ötürmə uzunluğu 1000 km-ə qədər olarsa, onda A.M.Zalessko düsturundan istifadə edilir:

.(1.5.2)

Nominal gərginliyi əvvəlcədən təyin etmək üçün Q.A.İllarionovun təklif etdiyi (1.5.3) ifadəsi, (1.5.1) və (1.5.2) empirik ifadələrindən fərqli olaraq 35 kV-dan 1150 kV-a qədər olan bütün nominal gərginliklər şkalası üçün daha qənaətbəxş nəticələr əldə etməyə imkan verir:



. (1.5.3)

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin