I mövzu plan Əsas anlayışlar və təriflər



Yüklə 1,41 Mb.
səhifə2/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   2   3   4   5   6   7   8   9   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

    Bu səhifədəki naviqasiya:
  • Küllü
BQ

HTT

İT


İŞ

Tr


Tr

EVX

ET

EY


Elektrik şəbəkəsi

Elektrik təchizatı sistemi

Şək. 1.1. Enerji sisteminin obyektləri arasındakı qarşılıqlı əlaqə və asılılıq
Enerji sistemin, elektrik enerjisinin istehsalı, çevrilməsi, ötürülməsi, paylanması və təlabatı prosesində iştirak edən generatorlardan, transformatorlardan, müxtəlif gərginlikli EVX-dən, paylayıcı quruluşlardan və təlabatçılardan ibarət olan hissəsi elektrik sistemi adlanır.

Qeyd: Başqa növ enerjiləri (kimyəvi, mexaniki, istilik, işıq və külək enerjilərini və s.) elektrik enerjisinə çevirən bütün qurğular generator adlanır.

Generatorları hərəkətə gətirən ilkin mexanizmlər və istilik şəbəkələri, qida mənbələri ilə birlikdə elektrik sisteminə aid deyillər.

Ayrı-ayrı elektrik sistemləri öz aralarında yüksək gərginlikli elektrik veriliş xətləri (sistemlərarası əlaqə xətləri) vasitəsi ilə birləşərək ölkənin nəhəng bir rayonunun vahid yüksək gərginlikli şəbəkəsini yaradır.

Elektrik sisteminin, generatorlardan və yüksəldici güc transformatorlarından ibarət olan hissəsi, avtomatik tənzimləmə, rele mühafizəsi və qəza əleyhinə olan avtomatika sistemləri və s. ilə birlikdə elektrikstansiyası adlanır.

Elektrik sisteminin, istehsal olunan elektrik enerjisinin müəyyən olunmuş ərazilərə ötürülməsi, paylanması və təlabatı prosesində iştirak edən, generatorların qoşulduğu şinlərdən, transformator yarımstansiyalarından, paylayıcı quruluşlardan, müxtəlif gərginlikli kabel və hava xətlərindən, birləşdirici, mühafizə və idarəetmə aparatlarından ibarət olan hissəsi elektrik şəbəkəsi adlanır.

Elektrik şəbəkəsi elektrik enerjisinin istehsal yerindən, tələb olunma yerlərinə və təlabatçılar arasında paylanmasına qədər ötürülməsinə xidmət edir.



Küllü miqdarda elektrik enerjisinin uzaq məsafələrə iqtisadi cəhətdən əlverişli ötürməsi, ancaq yüksək gərginlikli elektrik veriliş xətləri vasitəsi ilə mümkündür. Bu məqsədlə generatorlar tərəfindən istehsal olunan elektrik enerjisi, elektrik stansiyalarında quraşdırılmış yüksəldici transformatorlar vasitəsilə yüksək gərginlikli enerjiyə transformasiya olunur. Belə yarımstansiyalaryüksəldici transformator yarımstansiyalarıadlanır.

Qeyd:Tezliyi və gücü dəyişmədən dəyişən cərəyan gərginliyini bir qiymətdən digər bir qiymətə çevirmək üçün istifadə olunan elektromaqnit, elektrostatik aparat transformatoradlanır.

Yüksək gərginlikli elektrik enerjisini qəbul edib, onu, ona qoşulan paylayıcı şəbəkənin gərginliyinə qədər azaldan yarımstansiyaya isə alçaldıcı transformator yarımstansiyasıdeyilir.

Elektrik enerjisini qəbul edib onu çevirmədən və transformasiya etmədən paylamaq üçün nəzərdə tutulmuş yarımstansiya paylayıcı məntəqə(PM)adlanır.

Elektrik stansiyasında generatorların qoşulduğu paylayıcı şəbəkələr və həmçinində hər hansı bir rayonun ikinci tərəf gərginliyi yük altında tənzim oluna bilən alçaldıcı transformator yarımstansiyanın qoşulduğu paylayıcı şəbəkələr qidalandırma mərkəzləri(QM) adlanır.

Elektrik sisteminə daxil olan avadanlıqların zədələnmə yerlərinin müəyyən edilməsi və onların aradan qaldırılması üçün uyğun mühafizə və qəza əleyhinə avtomatika sisteminə siqnal verilməsini təmin edən xüsusi avtomatik vasitə rele mühafizəsi və avtomatika sistemi adlanır.

Elektrik enerjisini başqa növ enerjilərə (kimyavi, mexaniki, istilik, işıq və külək enerjilərinə və s.) çevirən bütün qurğular elektrik enerjisi təlabatçıları adlanır.

Elektrik sisteminin ümumi prinsipial sxeminə əsasən (şək.1.2) elektrik şəbəkələrini təyinatına uyğun olaraq aşağıdakı iki qrupa bölmək olar:


  1. Yerli şəbəkələr;

  2. Rayon şəbəkələri.

Gərginliyi 35 kV-a qədər və əhatə dairəsi 15-30 km olan, nisbətən az yükə malik, çoxda böyük olmayan rayonlara xidmət edən şəbəkələrə yerli şəbəkələr deyilir.

Gərginliyi 110 kV və ondan artıq olan və elektrik sisteminin elektrik stansiyalarını öz aralarında və yüklər mərkəzi ilə əlaqələndirən, eyni zamanda böyük rayonları əhatə edən şəbəkələr rayon şəbəkələri adlanır.

Şək.1.2-də hər iki qrup arasındakı əlaqəni əks etdirən sistemin elektrik şəbəkəsinin sadələşdirilmiş sxemi göstərilmişdir.

Şək. 1.2. Elektrik sisteminin prinsipial sxemi


Sxemdə elektrik enerjisi, elektrik stansiyasından yüklər mərkəzinə, ya rayon şəbəkəsinə birbaşa daxil olan 1 xətləri, və ya yüksəldici və alçaldıcı transformatorlardan ibarət olan və onları birləşdirən 2 xətti vasitəsi ilə verilir. Qaydaya görə, rayon şəbəkələri qapalı konturlar formasında olur. Həmin qapalı konturlara qidalanma mərkəzlərinin alçaldıcı transformatorları birləşdirilir. Yerli şəbəkələrin açıq və ya çoxda böyük olmayan qapalı şəbəkələrini əmələ gətirən xətləri, qidalandırma mərkəzlərinin gərginliyi ya 6 kV ya da 35 kV olan paylayıcı quruluşlarına birləşdirilir. Elektrik enerjisi, qidalandırma mərkəzlərindən ya birbaşa elektrik şəbəkələrinin paylayıcı məntəqələrinə verilir və oradan da həmin gərginlikdə elektrik enerjisi təlabatçıları arasında paylanır, ya da alçaldıcı transformator yarımstansiyasına daxil olaraq alçaq gərginliyə transformasiya olunmaqla ayrı-ayrı elektrik enerjisi təlabatçıları arasında paylanır.

Qidalandırma mərkəzlərindən və ya transformator yarımstansiyasından paylayıcı məntəqələrə elektrik enerjisini paylamadan birbaşa ötürən 3 elektrik veriliş xətləri bəsləyici xətlər adlanır.



Uzunluğu boyu bir neçə transformator yarımstansiyası və ya təlabatçıların elektrik qurğularının sıxacları birləşən 4 xətləri paylayıcı xətlər adlanır.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin