İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


Birinci sinifdə musiqi qavramanın inkişafı



Yüklə 0,81 Mb.
səhifə53/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   49   50   51   52   53   54   55   56   ...   70
3.Birinci sinifdə musiqi qavramanın inkişafı. Musiqinin qavranması və dinlənilməsi musiqi məşğələsinin əsasını təşkil edir.Məktəbliləri musiqiyə qulaq asmaq, onu dinləməyi öyrətmək zəruri məsələlərdən biridir.

Musiqini dinləmə vərdişinin inkişafı təlimin ilkin mərhələlərində olduqca mürəkkəbdir.Birinci sinifdə uşaqlar musiqini ümumi xarakter, bir əhval-ruhiyə kimi, bitişik, qovuşuq halda qavrayırlar. Onlar asanlıqla təzadlı obrazları fərqləndirə bilir. Həmin obrazlar şən-qəmli, tez-yavaş, bərk-sakit kimi təzadları duyurlar, lakin onlar musiqi əsərini axıracan diqqətlə dinləmirlər. Çox vaxt ilk xanələrdən əsəri tanıyıb, artıq onu dinləmir və nəticə etibarilə, dəfələrlə qulaq asdıqları əsərləri qarışıq salırlar.

Əsəri əvvəldən axıra kimi dinləmək və onu eşitmək bacarığı formalaşdırmaq birinci sinifdə əsas məsələ olaraq müəllimin qarşısına vəzifə kimi qoyulur.Uşaqlar anlamalıdırlar ki, musiqini təsviri sənət əsərlərindən, şəkillərdən fərqləndirən cəhət odur ki, onun səslənməsi zamanı, hər bir anında nə isə baş verir, səslər ya təkrar olunur, ya da dəyişilir,bir-biriylə oxşar və ya müxtəlif təzadlı melodiyalarda birləşir və i.a. Bütün bunları görmək və duymaq üçün musiqini dinləməyi öyrənmək lazımdır.

Ümumiyyətlə musiqinin dinlənilməsi şərti olaraq dörd mərhələyə ayrılır:

1) giriş söhbəti;

2) əsərin ifası;

3) əsərin ifası haqqında söhbət;

4) əsərin təkrar ifası.

Bütün göstərilən mərhələlər, qeyd olunduğu kimi şərtidir.

1.Giriş söhbəti. Giriş söhbətinin əsas məqsədi –uşaqların diqqətini təşkil etmək, onlarda əsərin səslənməsinə maraq oyatmaqdan ibarətdir. Giriş söhbətində müəllim qısa şəkildə bəstəkar,şair haqqinda, əsərin adlandırılması, ifaçıları (hansı alətlər, səs, xor, orkestr) və.s. haqqında məlumat verə biliər. Uşaqlarda diqqətin fasiləsizliyini və əsəri axıra qədər dinləmək qabiliyyətini tərbiyə etmək çox önəmlidir.

1.Əsərin ifası. Uşaqlar üçün ən maraqlı və əlverişli ifa “canlı “ ifadır. Əsərin ifası zamanı müəllim sinifdə sakitliyi təmin etməlidir. Bunun üçün uşaqların təsəvvürlərini istəmək gərəkdir. Müəllim onların konsertdə oturduqlarını gözlərinin qabağına gətirmələrini və ya onun üslubundan istifadə edərək onlara öz xəyallarında rəqs etmək, addımlamaq, hoppanmaq, oxumaq kimin təklifləri edə bilər. Musiqi təcrübəsinin toplanması üçün əsas əsərlərin dəfələrlə təkrarlanması zəruridir.

3.Əsərin ifası haqqında söhbət. Birinci sinif sagirdlərinin söz ehtiyatları az olduğundan, onlar musiqi əsərinin qavranılması barəsində öz fikirlərini ifadə etmək üçün lazımı sözləri tapmaqda çətinlik çəkirlər, buna görə də dinlənilən əsər haqqında söhbət uzun olmamalıdır. İlkin mərhələdə müəllim uşaqların qarşısına daha çox köməkçi suallar qoymaqla onları düzgün cavab tapmağa sövq edərək, lazımı nəticələrin əldə edilməsinə nail olur. Eyin zamanda müəllim məktəblilərə bəzi lüzumlu olan musiqi terminlərindən də məlumat verir – forte, piano, tenp, regstir. Uşaqların özləri də həmin musiqi terminlərindən istifadə etməyə başlayır. Muəllim və şagirdlər arasında gedən söhbət əsəmimi olmalıdır, onun gedişində müəllim uşaqları düzgün cavab vermədikdə danlamamalı, təhlil söhbəti nəticəsində bütün uşaqlarda, ümumiyyətlə, əsər haqda, onun müəllifi, adı, xarakteri və ifadə vastələri haqqında düzgün təsəvvür yaratmalıdır.

4.Əsərin təkrar ifası.Təkrar dinləmə böyük əhəmiyyət kəsb edir. Çünki bu əsərin uşaqların yaddaşında möhkəmləndirilməsi ilə yanaşı zövq almaları üçün də zəmin yaradır. Uşaqlar yaxşı tanıdıqları əsərlərisevir, hətta onun melodiyasını oxumağa cəht göstərir və oxuyurlar. Birinci sinifdə dinləmə vərdişinin formalaşması üçün təkrar dinləmədən əvvəl müəllim uşaqlara əsərin xarakteri haqqında sual verməlidir. Uşaqlar sətbəst olaraq, əsərin səslənməsini xatırlayaraq, ixtiyari şəkildə musiqini eşitmə təsəvvürləriniyaddaşa gətirərək cavab tapmalıdırlar. Əgər uşaqlar bu tapşırığın öhdəsindən gələ bilmirlərsə deməli həmin əsər onların yaddaşında özünə yer tapmayıb, mütəssir olmayıb.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin