İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


Birinci siniflərdə musiqi məşğələsinin əsas mərhələləri



Yüklə 0,81 Mb.
səhifə56/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   52   53   54   55   56   57   58   59   ...   70
1. Birinci siniflərdə musiqi məşğələsinin əsas mərhələləri

2.Birinci sinif şagirdlərinin bilik və bacarıqlarına verilən əsas tələblər. Birinci sinifdə musiqi savadının alınması məqsəd kimi deyil, musiqinin ifası və mənimsəməsinin keyfiyyətini yüksəldən vasitədir, yoldur. Uşaqların musiqi səsinin xassələrilə tanışlığının ilkin mərhələsinə dair iki fikir, iki nəzər nöqtə mövcuddur. Metodist –müəllimlərin bir qismi belə hesab edirlər ki, əvvəl uşaqlara həyat təcrübəsindən daha yaxın olan vəznlər barəsində anlayış vermək lazımdır. Bu anlayış da “addım” və “qaçış” hərəkətilə əlaqəli şəkildə, habelə metro-ritm bölməsini dəqiqliklə nəzərdən keçirəndən sonra səs yüksəkliyinə yiyələnmək lazımdır.

Digərləri isə belə hesab edirlər ki, əvvəl səs yüksəkliyi bölməsi üzərində çalışmaq lazımdır. Lakin faktiki olaraq səsin yüksəkliyi, vəzni də biri-birindən ayrılmaz olduğundan, onlarla tanışlığı da eyni vaxtdan başlamaq lazımdır.

Uşaqlara fortepiano alətində səslərin müxtəlif cür səslənməsini göstərərək zil səslərin yüngül, zərif, sanki yuxarı, zilə uçacağını, digərlərin isə ağır, qatı, sanki, aşağı endiklərini, bəm olduqlarını nümayiş etdirmək olar.

Oxuma və musiqi dinləmə zamanı səslərin uzadılması və uzadılmaması, musiqidə daha uzun və daha qısa səslərin mövcudluğuna diqqəti cəlb etmək lazımdır.

Birinci sinif şagirdlərinin diqqətini musiqi səslərinin yüksəkliyi və uzunliğu olan hər iki xassəyə daima cəlb etmək lazımdır. Təcrübə göstərir ki, bəzən uşaqlar yuxarı səsləri “ mötəbər “ , “ağır” , “kök”, “böyük”, yaşlı adamlar kimi, aşağı səsləri isə “ balaca”,”yüngül”, dovşan balası, kiçik quşlar kimi təsəvvür edirlər. Bu zaman uşaqlar obraz və onun anlayışını tamamilə səhv təsəvvür edir.

Yuxarı – aşağı anlayışının düzgün təsəvvür edilməsində sonradan səs yüksəkliyinin ən vacib məfhumu, melodiya hərəkəti istiqamətlərinin düzgün dərk edilməsi də asılıdır. Bunlar oyun formalarında daha asanlıqla möhkəmlənir. Məsələn, müəllim uşaqlara yüksək səsləri eşidərkən əllərini başlarının üstündə oynatmaq, bəm səsləri eşitdikdə isə aşağı salınan əllərin barmaqlarını tez-tez hərəkətə gətirmək.

Mahnı öyrənərkən, musiqi dinləyərkən birinci siniflər böyük həvəslə əl hərəkətilə səslərin yüksəkliyini, melodiya istiqamətinin hərəkətini, müxtəlif registrlərin səslənməsini göstərir. Məktəblilərin “yuxarı–aşağı”, “pillə-pillə”, yuxarı və aşağı, “pilləaşırı” anlayışlarına sərbəst şəkildə bələd olmaları böyük əhəmiyyət kəsb edir. Burada “pilləkən“lə oxumaq, oyun priyomundan istifadə etmək olar. Birinci sinif şagirdləri böyük maraq hissi ilə” sehrli, oxuyan pilləkənlə rəvan şəkildə və ya pilləaşırı sıçrayışla hərəkət edir.

Çox vaxt müəllimlər “pilləkən” anlayışını “səs düzümü”, yuxarı –aşağı istiqamətdə pilləvari hərərkətlə əlaqələndirir. Bu zaman müəllim səslərin adını da, onların cəmi yeddi, lakin hər birinin yuxarıda və aşağıda oxşar səsləri olduğunu da deyir.Həmin oxşar səslər birlikdə götürülərsə, bir-birilə qovuşuq səslənir.

Metro-ritmik anlayışlar paralel olaraq formalaşır, lakin əvvəllər onları yalnız iki uzunluqda olan səslərlə-çərək və səkkizliklə məhdudlaşdırmaq məqsədəuyğundur.

Çərək və səkkizliyin işarələndirilməsi üçün “addım” və “qaçış”anlayışlarının tətbiqi gərəkdir. Bu zaman çərək vəzni addımla, səkkizlik isə qaçışla əlaqələndirilir.

Birinci siniflərin təsəvvürlərinin daha aydın və dəqiq olması üçün “ta“ və “ti“ hecalarından istifadə etmək olar. Belə ki çərək səslər “ta “ hecası ilə, səkkizliklər isə “ti” hecasının köməyi ilə işarələnir.

Həmin məqsədlə, yəni kifayət qədər aydın və dəqiq qrafik şəkildə təsəvvürlərin əldə olunması üçün – uzun və qısa xətlərlə təsvirlərdən istifadə etmək tövsiyə edilir. Musiqi proqramında bir daha güclü və zəif payların tarazlığı haqqında anlayış, habelə bir xanə daxilində onların sayı və melodiya səslərinin uzunluq, vəzn nisbətinin tarazlığı barəsində məlumatlar verilir. Həmin məlumatlar musiqi proqramının repertuarına əsaslanır.

Birinci sinif şagirdləri ölçü və ritm terminlərini çətinliklə təsəvvür edir və çətinliklədə onu qavrayır. Məktəblilərin həmin mövzulara sonrakı mərhələdə, digər siniflərdə qayıdacaqlarını nəzərə alaraq onların mənimsəməsinə səy göstərməməli olur.

Not savadı sahəsində proqram siniflərdə not yazısı, habelə melodiyanın not sətri üzərində yazılışı ilə tanış edilməsini nəzərdə tutub. Uşaqlar pillə-pillə və pilləaşırı yuxarı və aşağı melodiya hərəkətini mənimsədikdən sonra, not sətri anlayışını vermək olar.Bu zaman not işarəsini hər hansı bir pilləyə uyğun olan bir növ pilləkən kimi göstərmək olar.

Not sətrində notların yazılışına gəldikdə,uşaqların diqqətini xətlərin üzərində və arasında yazılan notlara yönəltmək lazımdır. Adətən uşaqlar notları xətlərin üzərində uzanan yerdə təsəvvür edir.Onlara izah edilməlidir ki, xəttin üzərində yazılan not sanki keçirilmlş kimi, xəttlərin arasındakı notlar isə, elə bil xətlərlə sığışdırılmışdır. Əgər not yazılışı texnikası əvvəldən düzgün izah edilsə, məktəblilər asanlıqla onu yaddaşlarında saxlayar. Mahnı melediyasının not sətrində yazılışı uşaqlar solfegio etmədən, yalnız melodiyanın hərəkətini oxuma zamanı qrafik şəklində izləyərkən yaxşı qavraya bilərlər.

Musiqi səslərinin qeyd olunan hər iki mühüm xassəsi ilə birinci sinif şagirdlərini bilavasitə əlaqəli şəkildə tanış etdikdə onların qavranılması üçün müəyyən qədər məntiqliardıcıllıq tələb edən qaydalar düşünülməlidir. Şübhəsiz ki, həmin işdə müəllimin peşəkarlıq səviyyəsi və iş təcrübəsi ona bu yardımı göstərməlidir.

1.Birinci siniflərdə musiqi məşğələsinin əsas mərhələləri. Musiqi proqramında məşğələ zamanı nəzərdə tutulan müxtəlif fəaliyyət növləri, mərhələlər üzrə təlbələrdə birinci sinif şagirdlərinin fiziki və psixi inkişafına uyğun, müvafiq şərtlərə riayət olunmalıdır.

İmprovizasiya musiqi dərsləri mərhələlərinin arasında ən maraqlısıdır. Burada yaradıcı təxəyyülün inkişaf edilməsi üçün geniş imkanlar açılır. Birinci siniflərdə yaradıcı təxəyyülün inkişafı məhz improvizasiyanın ritmik və melodik şəkildə, habelə təsviri və ifadəli xarakter daşımış hərəkətlərin xəyalı olaraq yaranması və icrasından ibarət olur. Ritmik və melodik improvizasiyalar hər hansı ritmik şəklin və kiçik musiqili motivlərinin uşaqlar tərəfindən yaradılmasına yönəlir.İmprovizasiya sahəsində musiqili didaktik oyunların tətbiqinə, rəqs hərəkətlərinin göstərilməsinə, mahnı, marş və rəqs mövzuları əsasında musiqili improvizasiyaların yaranmasına proqramda xüsusilə yer verilmlşdir.

Musiqi ritmik hərəkətlər məktəblilərin böyük marağına səbəb olan və həvəs göstərdikləri fəaliyyət növüdür. Musiqili ritmik hərəkətlərin icrası şagirdlərin musiqiyə emosional münasibətini formalaşdırır. Musiqi əsərində əks olunan əhval – ruhiyyə, hisslər, həyəcan əl və ayaqların ritmik hərəkətlə uşaqlar tərəfindən təsvir olunur.

Birinci siniflərdə məktəblilərin oyun formalarına meyl göstərmələrini nəzərə alaraq proqramda musiqili-didaktik oyunlara yenə də üstünlük verilir. Burada təlimedici və eyni zamanda inkişafedici musiqili didaktik oyunlarda musiqi dinləmə, mahnı oxuma, habelə ibtidai musiqi nəzəriyyəsinə istinadən məktəblilərin musiqi duyumu, musiqiyə emosional münasibəti formalaşır.

Uşaq musiqi alətlərində çalğı digər yaradıcı xarakter daşıyan fəaliyyət növlərində olduğu kimi məktəblilərin musiqi məşğələsinə marağını artırmağa qadirdir.

Şagirdlərin musiqi inkişafına təkan verə biləcək bu fəaliyyət növü üzrə birinci siniflərdə üçbucaq, baraban, metallofon və bu kimi alətlərdən istifadə edilir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin