Ибрәт ајнасы



Yüklə 2,3 Mb.
səhifə16/25
tarix27.04.2018
ölçüsü2,3 Mb.
#49266
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

KƏKLİKLƏRİN ŞƏHADƏTİ


Bir neçə quldur qərb rayonlarından birində yol kəsib, adam soymaqla məşğul idilər. Günlərin birində həmin quldurlar bir nəfərin yolunu kəsib bütün pul-parasını soyurlar. Sonra həmin adamı ağaca bağlayıb öldürmək istəyirlər. Zavallı adam quldurlara yalvarıb deyir:

“Siz ki, mənim bütün olan-qalan pulumu soyub götürmüsünüz. Məni öldürməklə siz nə qazanacaqsınız? Mən gündəlik gəlirlə dolanan birisiyəm. Ona görə də körpə uşaqlarımın mənsiz dolanışığı çox çətin olar. And olsun Allaha, götürdüyünüz bütün pul-paramı da sizə halal edirəm.”

Quldurlar gülüb dedi:

“Əgər biz halal ruzi qazanmaq istəsəydik, o zaman yol kəsib adam soymağı özümüz üçün gəlir mənbəyi seçməzdik.”

Bəs qiyamət günü Allah qarşısında nə cavab verəcəksiniz?–deyə yazıq kişi dilləndi.

Quldurlar dedilər: “Bu vaxta qədər kim qiyamətdən xəbər gətirib? Çünki, qiyamət yoxdur.” Quldurlar onu öldürmək istəyəndə zavallı kişi üzünü daşın üstündə oturub oxuyan iki kəkliyə tutub deyir:

“Ey quşlar, siz şahid olun ki, bu insafsızlar məni amansızcasına öldürdülər.”

Quldurlar kişinin bu sözlərinə gülə-gülə onun başını bədənindən ayırırlar.

Artıq bu əhvalatdan bir-neçə il keçmişdi. Bir gün əmirlərdən biri öz qulluqçuları ilə həmin ərazidə ova çıxmışdı. Təsadüfən əmir burada həmin quldurlarla rastlaşır və onlardan ov haqqında soruşur. Quldurların kimliyindən xəbəri olmayan əmir onlara deyir: “Əgər bizə bələdçilik etsəniz, sizə zəhmət haqqı verəcəyəm.”

Quldurlar axşam çağına qədər əmir və onu müşayiət edənlərə ov ovlamaqda yardımçı olurlar. Ovlardan kabab bişirib əmir üçün gözəl bir süfrə açırlar. Ovlanmış heyvanlar arasında bir-neçə kəkliyi də kabab edib süfrəyə gətirirlər. Kəklikləri quldurlar özləri ovlamışdılar. Əmir onlara öz ovladıqları kəkliklərdən yeməyi təklif etdi. Kabab olmuş kəklikləri görən quldurlar bir-birinə göz vurub güldülər. Onlar getdikcə daha ucadan gülməyə başladılar. Artıq onlar gülməkdən özlərini saxlaya bilmirdilər.

Qudlurların ədəbsizliyini görən əmir bərk əsəbiləşdi. Onları ağaca bağlayıb çoxlu qamçı vurmağı və yersiz gülməklərinin səbəbini soruşmağı əmr etdi.

Quldurlar dedilər: “Ey əmir, bizim gülüşümüzün səbəbi sən deyilsən.”

“Bəs niyə gülürsünüz?”–deyə əmir onlardan soruşdu.

Onlar bir neçə il bundan əvvəl yazıq kişinin başına açdıqları müsibəti əmir üçün nəql etdilər. Quldurlar bunu fəxrlə əmirə danışıb dedilər:

“Əmir sağ olsun! Bizim gülməyimizin səbəbi kabab olmuş kəkliklərin qiyamət günü necə şəhadət verəcəyi idi.”

Əmir onlara dedi: “Kəkliklər sizin dilinizlə şəhadət verdilər. Bu gün isə sizin üçün qiyamət günüdür.” Sonra quldurlara öldürdükləri zavallı kişidən oğurladıqları əşyaların yerini deməyənə qədər qamçı vurmağı əmr etdi.

Əmir quldurlar tərəfindən öldürülmüş kişinin uşaqlarını çağıtdırıb atalarının oğurlanmış əşyalarını və həmçinin quldurlardan aldığı qan bahasını onlara verdi. Sonra uşaqların gözü önündə quldurların başlarını bədənlərindən üzməyi əmr etdi.1

NANƏCİBİN AQİBƏTİ


İbn Abbas deyir: “Mədinə şəhərində yaşayan bir kişinin həyətində xurma ağacı var idi ki, bu ağacın bir neçə budağı kasıb qonşusunun həyətinə sallanırdı. Xurma ağacının sahibi hər gün evinə gələndə ağacın başına çıxıb bir neçə salxım xurma dərərdi. Bəzən qonşu uşaqları öz həyətlərinə tökülən xurmaları yerdən yığıb yeyərdilər. Ağac sahibi utanmadan xurmaları qonşu uşaqlarının əlindən alar, hətta çeynəmiş olsaydılar belə barmağını salıb ağızlarından çıxarardı. Bununla da öz nanəcibliyini onlara göstərərdi.

Kasıb qonşu Peyğəmbərin (s) yanına gedib nanəcib qonşusundan şikayətlənir. Peyğəmbər (s) ona buyurur: “Sən get, mən özüm bir çıxış yolu fikirləşib taparam.”

Bir gün xurma ağacının sahibi ilə Peyğəmbər (s) görüşürlər. Peyğəmbər (s) ona buyurur: “Budaqları filan qonşunun həyətinə sallanan xurma ağacını cənnətdəki xurma ağacıyla dəyişərsənmi?”

“Mənim çoxlu xurma ağacım var. Amma onların içərisində ən yaxşı məhsul verən sizin dediyiniz həmin ağacdır”– bunu deyib oradan uzaqlaşır.

Əbu Dəhdah adlı çox nəcib bir şəxs Peyğəmbərin (s) o şəxslə danışdıqlarını eşidəndə o Həzrətin yanına gəlib deyir: “Əgər mən həmin xurma ağacını o şəxsdən alıb sizə bağışlasam, cənnət bağlarındakı xurma ağacından mənə də qismət olacaqmı?“

Əlbəttə”–deyə Peyğəmbər (s) cavab verdi. Əbu Dəhdah ağac sahibinin yanına gedib dedi: “Bu xurma ağacını mənə neçəyə satarsan?”

“Peyğəmbər (s) bu ağacın əvəzində mənə cənnətdəki xurma ağacını vəd etdi. Amma mən razılaşmadım. Çünki, bu ağacın xurması başqa ağacların meyvəsindən daha lətif və ləzizdir”–deyə ağac sahibi dilləndi. Əbu Dəhdah ondan soruşdu: “Düzünü de görüm, bu ağacı satmaq fikrin varmı?”

Ağac sahibi dedi: Əgər onun əvəzində çoxlu mal verən olsa, sataram.

“Nə qədər istəyirsən?–Deyə Əbu Dəhdah ondan soruşdu.

Həmin şəxs dedi: “Bir xurma ağacının əvəzində 40 xurma ağacı.”

“Çox baha deyirsən”– deyə Əbu Dəhdah narazı halda cavab verdi. Amma sonra nə isə fikirləşib onun şərtilə razılaşdığını bildirdi.

Ağac sahibi ona dedi: “Əgər dediklərin doğrudursa bir-neçə şahid gətir.” Əbu Dəhdah onun dediyi kimi də etdi. Sonra Əbu Dəhdah Peyğəmbərin (s) hüzuruna gedib dedi: “İndi həmin xurma ağacı mənim ixtiyarımdadır. Mən onu sizə bağışlayıram.” Peyğəmbər (s) bunu eşidəndə kasıb kişinin mənzilinə yollandı. “İndi bu xurma ağacı sənə və ailə üzvlərinə məxsusdur”–deyə Peyğəmbər (s) ona müjdə verdi.

Əbu Dəhdah, ağac sahibinin əksinə olaraq comərdlik edib, nəciblik göstərdiyinə görə onun haqqında bu ayələr nazil oldu:

“Kim malını Allah yolunda versə, Allahdan qorxsa və ən gözəl sözü (La ilahə illəllah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü (La ilahə illəllah kəlməsini) yalan saysa, Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik. (Onu Cəhənnəm üçün hazırlayacağıq). (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.”1





Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin