Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары



Yüklə 1,29 Mb.
səhifə101/118
tarix10.01.2022
ölçüsü1,29 Mb.
#107804
1   ...   97   98   99   100   101   102   103   104   ...   118

FӘLӘSTİNİN QISA TARİXİ


Deyilənlərə görə, b.e. 3500 iləvvəl, sam tayfaları Әrəbistandan şimala, Iraq, Misir, Suriya və Livan torpaqlarına doğru mühacirət etməyə başladılar və onlardan «Kən᾽anilər» adı ilə tanınanlar, indiki Fələstində yaşamağa başladılar. Bu qövm, e.ə. II minillikdə (4000 min il bundan əvvəl), Kən᾽aniyə adlı dövlət qurdular. E.ə. 1225-ci ildə, Həzrət Musa (ə.s.)-ın rəhbərliyi ilə Bəni-Israil xalqı, Fələstini özü üçün yaşayış yeri seçdi. Misirdən başlanan bu hicrət, həmin xalqın bu torpaqlara və ya «və᾽d olunmuş yerlərə» ikinci səfəri idi1. Iki ayrı döyüşçü qəbilələrindən təşkil olunmuş bu xalq, Şaulun rəhbərliyi ilə bir padşahlıqda birləşdilər və bu hökumət sonralar, Davud (ə)-ın oğlu Süleyman» (ə) Ibrani (Israil) dövlətini və ilk mə᾽bədi Yerusəlim şəhərində, e.ə. X əsrdə yaratdı. Süleyman (ə)-ın şahlığı, təqribən 200 il çəkdi və onun vəfatından sonra, dövlət «Israil» və «Cuda» adlı iki hissəyə parçalandı. E.ə. 721-ci ildə, aşurilər Israili tutaraq, dağıtdılar və e.ə. 586-cı ildə həmin bəlanı Cudanın başına gətirdilər. Onlar Davud (ə)-ın Yerusəlimdə tikdirdiyi israillilərin ilk mə᾽bədini dağıtdılar və oranın bir çox sakinlərini Babilə sürgün edildilər. Babil, e.ə. 589-cu ildə Iran şahı Kirin tərəfindən işğal olundu. Israilli və buddist əsirlər, azad edildilər. Beləliklə, 40000 nəfər yenə öz torpaqlarına qayıdaraq, ikinci mə᾽bədi düzəltdilər. Bu tarixdən başlayaraq, Fələstin torpağı növbə ilə makedoniyalılar və melevkilərin hakimiyyəti altına keçdi.

E.ə. 63-cü ildə, Romalıların nəzarəti altına düşdü. Yəhudilər 64 və 135-ci miladi illərində, üsyan etdilər. Nəticədə, romalılar onların mə᾽bədini dağıtdaraq, qətillərə, qul əsir almağa və yəhudilərin sürgününə başladılar. Həmin dövrdən təqribən 1800-ci ilə qədər, yəhudilər dağınıq halında yaşadılar. Әlbətdə, Fələstində az sayda yəhudi yaşayırdı və 1914-cü ilə qədər Fələstin sakinlərinin yalnız 10%-ni yəhudilər təşkil edirdi.

Digər tərəfdən milladdan təqribən 1000 il əvvəl Fələstin adlı başqa bir xalq məntəqəyə gələrək, Kən᾽anilərin yerini tutdular və israillilərin dağınıq olduğu dövrlərdə ‒ ola bilsin ki, orada əhli yox idi ‒ digər Fələstin xalqları və ərəblər, məntəqəyə daxil oldular. Belə ki, hazırkı əsrin əvvəllərinə (XX əsr nəzərdə tutulur-tərc.) qədər, Fələstin əhalisinin əksəriyyətini, ərəblər təşkil edirdi. Digər tərəfdən, IV əsrdə Roma dövlətinin parçalanması ilə Fələstin torpağı, Şərqi Roma imperiyasının ərazisi kimi tanındı. Həmin dövrdə əhalinin çoxunu, xristianlar təşkil edirdi. Lakin həmin ərazilər, Islamın şimala doğru yayılmağa başladığı ilk dövrlərdən ‒ yə᾽ni VII əsrin ortalarından ‒ müsəlmanların ixtiyarına keçdi. Bundan əlavə, Islam peyğəmbəri həzrəti Məhəmməd (s)-ın Yerusəlimdəki «Məscidül-Әqsa» (Әqsa məscidindən)-dan me᾽raca getməsi, bu məkanı müsəlmanların müqəddəs yerləri sırasına daxil etdi.

Bütün yuxarıdakılara əsasən, Fələstin torpağı Islam, xristianlıq və yəhudi dinlərinin ardıcılları üçün müqəddəs məkan və diqqət mərkəzinə çevrildi. II Dünya Müharibəsinədək, orada müsəlmanlar hakimlik edirdi. Lakin dağınıq halda yaşayan yəhudilər, «və᾽d olunmuş torpaq»-la bağlı tarixi inam və dini baxışları əsasında, həmişə bu əraziyə qayıtmaq arzusu ilə yaşayırlar. Onların daxilində siyasi ideya formalaşmışdı və bu ideyaya kömək edən amillərdən biri, yəhudilərin avropa ölkələrindəki vəziyyəti idi. Avropada onlar təhqirlərə, əziyyətlərə mə᾽ruz qalır və məhrumiyyət içində yaşayırdılar. Yəhudilər, avropa xristianları tərəfindən də sıxışdırılır, didərgin və dağınıq xalq kimi, müxtəlif şəhərlərdə yaşayırdılar. Məsələn, 1391-ci ildə Ispaniya yəhudiləri (70 min nəfərə yaxın) ölümlə xristianlığı qəbul etmək arasında birini seçmək məcburiyyətində qaldılar. Bu səbəbdən də, şərqə doğru ‒ Şərqi Avropa və Rusiyaya qaçdılar. XIX əsrin axırlarında rus çarı da, yəhudiləri sıxışdıraraq, onların kütləfi qətlə yetirməyə başladı. Bunun ardınca təqribən 2,5 milyon yəhudi 1800-1914-ci illərdə Şərqi və Mərkəzi Avropadan qaçdılar və əksəriyyəti, Şimali Amerikaya getdi. Bu didərginlik və᾽d olunmuş yerlərə və ya «Sion»a qayıtmaq arzusunu yəhudilər arasında gücləndirərək, «yəhudi dövləti»-nin qurulması kimi siyasi ideyanı doğurdu. Yəhudi millətçilik hərəkatı ilk dəfə bir rus fiziki tərəfindən 1882-ci ildə müstəqil dövlət qurmaq, sami və ərəb xalqlarından müstəqil və qarşıdurma fikri ilə bir jurnalda çap olunaraq irəli sürüldü. O, Fələstin torpaqlarını yəhudi dövləti qurmuq üçün münasib yer kimi təklif etdi. Millətçilik fikrinin yaranması və yəhudilərin siyasiləşməsi, Teodor Hertselin 1895-ci ildə «Yəhudi dövləti» adlı kitab çap etməyi üçün zəmin yaratdı və o, 1897-ci ildə Isveçrədə, «Dünya sionist konfransını» təşkil etdi. Bu konfransın son qətnaməsində sionizmin hədəfinin, yəhudi xalqı üçün Fələstində vətən yaratmaq olduğu vurğulandırdı.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin