Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-3-1) TARİXİ KEÇMİŞİN YARANMA PROSESİ VӘ BANİSİ



Yüklə 1,11 Mb.
səhifə14/23
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#54797
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

(6-3-1) TARİXİ KEÇMİŞİN YARANMA PROSESİ VӘ BANİSİ


Sudanın XIX əsrin 80-cı illərin əvvəllərinə qədər şimal və cənub hissələrinə bölündüyünü nəzərə alaraq, üç qrupun zülmündən əziyyət çəkirdi:

1. Bə᾽zi vaxtlarda təbliğatçı geyimi ilə gələn Ingilis istismarçılar;

2. Türk və Misir hakim və mə᾽murları;

3. Qul, acağ şirəsi və sümük satmaqla məşğul olan yerli və məntəqə tacir və əyyanları.

Bu qrupların pis rəftarı, Sudanın müsəlman əhalisinin tədriclə başlanan dağınıq e᾽tiraz və çıxışlarının başlanması və genişlənməsinə səbəb oldu. Bu çıxışlar XIX əsrin 80-cı illərinin əvvəllərindən başlayaraq, geniş bir qiyama çevrildi. Sudan hakimlərinin pozğunluqlarından yaranmış hakimiyyət boşluğu, Xədiv Ismayılın devrilməsi və Xədiv Tofiqin canişinliyi ilə baş verən hakimiyyət dəyişikliyi, Sudan müsəlman əhalisinin 1881-ci ildə sudanlı Mehdinin başçılığı ilə etdikləri qiyamın yaranması üçün xas amillər

idi. Deməli, belə bir iddianı irəli sürmək olar ki, bu hərəkatın yaranma köklərini və səbəblərini, Sudanın daxili vəziyyətində axtarmaq lazımdır. Bu hərəkat ərəb vilayətinin cənubunda başlayaraq, tədriclə Sudanın digər məntəqələrinə də yayıldı.

Bu geniş hərəkatın rəhbəri Məhəmməd Әhməd ibni Abdulla idi. Onun atası qayıqdüzəldən idi. Atası və qardaşı ilə birlikdə bütün Sudanı gəzmiş və həmin ölkə əhalisinin adət-ən᾽ənələrini yaxşı bilirdi. Atasının ölümündən sonra o dəyanətlə Sudanın şimalında dini təhsillə məşğul oldu. Bir müddətdən sonra dərviş libası geyərək, «Səmaniyyə» sektasına üzv oldu. Sudanlı Mehdinin kökü imam Hüseyn ibni Әli ibni Әbu Talib (ə)-a çatır. Deyilənlərə görə, onun yaxın əcdadları Fustat yaxınlığında yaşadıqdan sonra bir müddət Munəyyədə qalmışlar. Sonradan onlardan bə᾽ziləri Nubəyə getmiş və daha sonra Nəqlədə yaşamışlar. Bir müddətdən sonra onun atası, yə᾽ni Abdulla Xartuta köçmüş və orada xarratlıq, qayıq və gəmi düzəltməyə başlamışdır. Nəhayət, Om-Durmanın ətraf kəndlərindən olan Kürdidə vəfat etmişdir.

Abdullanın həyat yoldaşı Aminə 1845-ci ildə bir övlad dünyaya gətirdi. Onun adını Məhəmməd qoydular. Məhəmməd uşaqlıq dövrundə ata və anasını itirdi. Onun dini təhsil alması və çox ədəbli və imanlı olması, ona böyük nüfuz qazandırdı.

O, Xartumun cənubundakı Aba adasını özü üçün yaşayış yeri seçdi və oranı tə᾽lim-tərbiyə mərkəzinə və öz çağırışları üçün bazaya çevirdi. O imam və rəhbər kimi xalqı cəmiyyətdə olan zülm və qarətçilik üzündən yerli hakimlərə qarşı qiyama çağıraraq, ilkin Islama əməl etməyi, bərabərlik, ədalət, qardaşlığı, Islam birliyi və Qur᾽anla, sünnətə əsaslanan Islam dövlətinin yaradılmasını tələb etdi. Bu şüarlarla o, öz ətrafına çoxlu tərəfdar toplaya bildi və öz hərəkatını yaratdı. Belə ki, hökumət qoşunları onu tutmaq üçün adaya gəldikdə, məğlubiyyətə uğradılar və qiyamçıların qələbəsi mö᾽cüzə kimi qələmə verildi.

Kürdəfan əhalisi də hökumətdən narazı idi. Məhəmməd Әhməd oraya getməklə, onları öz ətrafına topladı və özünün minlərlə üzvü olan cəmiyyətini «Әnsar» adlandırdı. Әnsar və onun ardıcılları faktiki olaraq üç qrüpdan təşkil olunmuşdu.

Birinci təbəqə həqiqi xeyirxahlar, yə᾽ni Islamın ilk dövrlərindəki hökumətə uyğun hökumət qurulmasını istəyən şagirdlər idi. Ikinci qrup, Sudanın ərəb hissəsinin cənubunda yaşayan və qayıqçılıqla məşğul olan narazı ərali idi. Üçüncü dəstə, Bəqarə köçərləri və öz muxtariyyətlərini itirmiş, hökumətin onlar üzərində nəzarətinə e᾽tiraz edən Fer qəbiləsi kimi qəbilələr idi. Bu qrup, hərəkatın əsas qüvvəsini təşkil edirdi. Sudanlı Mehdinin inqilabı, təbliğat fəaliyyətinin, onun fikirlərinin yayılmasının və Misir dövlət qüvvələrinin ardıcıl məğlubiyyətinin nəticəsi idi.

Nəhayət, sonra bu hərəkat məzhəbi, siyasi, islahatçı, anti-imperialist bir hərəkata çevrildi. Nəticədə, on minlərlə kəndli və köçəri ərəblərdən təşkil olunmuş nizam-intizamlı bir ordu quruldu və bu hərəkat aqressiv forma aldı.

Bu təşkilat özünün ilk qələbə bayramını Kürdəfanın fəthi ilə qeyd etdi. 1883-cü ildə Hiks döyüşündə qəzəbə qazanmaqla ‒ bu döyüşdə dövlət qoşunlarının Ingilis sərkərdəsi general Hiks öldürüldü ‒ sabit və ümidverici bir formaya düşərək, növbəti qələbələri ilə 1884-cü ilin əvvəlində bütün ölkəni öz hakimiyyəti altına keçirdi. Bu qələbə Ingiltərə siyasətinin dəyişəsinə səbəb oldu. Bu minvalla Ingiltərə sudanlı Mehdi ilə barışmaq və saziş bağlamaq üçün onun qiyamını Misir istilasına qarşı qiyam e᾽lan etdi. Daha sonra Sudanın hökumətini Misir hökumətindən ayıraraq, general Qordonu ali icra hakimi e᾽lan etdi. O, 1984-cü ilin fevralında Xartuma gəldikdən sonra siyasi məhbusları və ödənilməmiş vergiləri əhv edərək, özünü Sudanın ali hakimi, Mehdini isə Kürdəfanın sultanı e᾽lan etdi. Bu mövzu, sudanlı Mehdinin şiddətli qəzəbinə səbəb oldu və o, Xartutu tutmaq qərarına gəldi. Xartuma hücum edərək, oranı mühasirəyə aldı. Nəhayət, 1885-ci ilin yanvarında ingilislərin hərbi hissəsini tutub general Qordon və digər ingilisləri öldürərək, ingilis hökumətinə böyük zərbə vurdu. O paytaxtı Om-Durmana köçürtdü və Xartumun tutulmasından az bir müddət sonra 1885-ci ilin iyununda qısa sürən qəfil bir xəstəlikdən sonra dünyadan köçdü. Hərəkatın rəhbərliyi onun Abdulla adlı dostuna verildi. Sudanlı Mehdi ölümündən öncə ilkin Islam və Peyğəmbər (s)-ın dövründən təqlid edərək, öz yaxın dostlarından üç nəfərə, yə᾽ni Abdulla ibni Məhəmməd, Әli ibni Məhəmməd Hilu və Məhəmməd Şərif ibni Həlidə sıra qaydası ilə «xilafətus-siddiq» (Әbu Bəkr), «xilafətul-faruq» (Ömər) və «xilafətul-kərrar» (Әli (ə)) ləqəblərini vermişdi. Osmanın ləqəbini Mehdi sükusiyyə ‒ Sükusiyyə hərəkatının rəhbərinə versə də, bu fikir qəbul edilmədi və həmin vəzifə boş qaldı.

Sudanlı Mehdinin ölümündən sonra bir-birinə köməklik etməklə qələbə qazanmış üç qrup rəqibə çevrildilər. Birləşmək əvəzinə, qoşunlardan bir-birinə qarşı istifadə etdilər. Әsas rəqabət cənub məntəqəsinin şərifləri - Mehdinin qohumları və Nəqqarə qəbilələri arasında gedirdi. Lakin zahidilər və ruhanilər qrupu ‒ yə᾽ni Mehdinin şagirdləri ‒ xəlifə Әli ibni Məhəmməd Hilunun rəhbərliyi ilə sülh yaratmaq üçün barışdırıcı rolunu ifa edirdilər. Həmin rəqabət nəticəsində Abdullanın hökuməti ciddi böhranla üzləşdi. Qəbilələr tərəfindən rəsmi surətdə qəbul olduğuna baxmayaraq, hökumət və ordunun içində dövlətin ömrüboyunca sürəcək bir ixtilaf yarandı. Elə buna görə də, onun rəhbərliyinə boyun əymədi və Abdulla ciddi problemlərlə üzləşdi.

Bu problemlərdən biri də avropalıların, o cümlədən ingilislərin güclü hücumları idi. Abdullanın səhvlərindən biri, xaricilərə göstərdiyi e᾽timad idi. Ingilislərin keçmiş hökumətinin mə᾽murlarından biri olan avstraliyalı Slatinlə Misirli əsirlər məsələsində hərbi tə᾽lim və intizam sahəsindəki əməkdaşlıq, hərəkat daxilində mənfi reaksiya yaratdı. Həmçinin problemləri həll etmək üçün öz həmqəbilələrinə e᾽timad göstərdi. Bu da daha bir çətinlik yaratdı və daxili ixtilafları bir az da genişləndirib, şəriflərin və Әl-bələd əhalisinin, yə᾽ni hərəkatın əsas qüvvələrinin məğlubiyyətinə səbəb oldu. Tədriclə sudanlı Mehdinin hərəkatından yaranmış dövlət islahatçı xüsusiyyətlərini milli və inqilabi bağlılığını itirərək, totalitar, bərabərsizlik və ədalətsizliklərlə dolu bir dövlətə çevrildi. Xalqın dəstəyini itirməklə, avropalıların hücumları qarşısında zəiflədi. Belə ki, Eritreyə hücum edərkən, Italiya tərəfindən məğlubiyyətə uğradıldı. Bu məcburiyyət, avropa dövlətlərinin yeni dövlətin zəif olmasını anlamalarına səbəb oldu. Onlar dəqiq plan quraraq, 1896-1898-ci illərdə dörd tərəfdən (Italiya şərqdən, Belçika cənubdan, Ingiltərə şimaldan və Fransa qərbdən) birbaşa Mehdinin və Abdullanın dövlətinə qarşı hərbi əməliyyatlara başlayaraq, onların qoşunundan bir neçə min nəfəri öldürməklə, Islam dövlətini məğlub etdilər. Abdullanın qoşunları qərbə istiqamətində Kürdəfana tərəf geri çəkildilər. Fransa və Ingiltərənin qoşunları Abdullanın qüvvələrini tə᾽qib etməkdən əl çəkərək, Sudanı ələ keçirmək üçün mübarizəyə başladılar. Bu rəqabət 1899-cu ilə qədər davam etdi. Afrika səhnəsinə yeni rəqibin ‒ yə᾽ni Almaniyanın ‒ çıxması ilə, bu rəqabət sona çatdı. 1899-cu il müqaviləsinə əsasən, Sudanın şərqi ingilislərə verildi və Ingiltərə ilə Misirin işğalı altına düşüb, «Ingilis və Misir Sudanı» adı ilə tanındı.

Bu müqavilədə ali hökumət, ordu, qanunverici və icra hakimiyyəti, ali baş hakimə tapşırıldı və həmin şəxs, Böyük Britaniya dövlətinin təklifi və Misir Xədivinin təsdiqi ilə tə᾽yin edildi. 1899-cu ildən başlayaraq, müştərək hökumətin sonuna qədər ‒ yə᾽ni 1955-ci ilədək ‒ bütün valilər, Ingiltərə vətəndaşlarından tə᾽yin edilir və Sudana hakimlik edirdilər. Bu minvalla Sudan Böyük Britaniyanın tam müstəqilliyinə çevrildi.

Ingiltərə mehdiçilərin mütəşəkkil müqavimətini qırmaq üçün 1899-cu ilin noyabrında hücuma keçərək, Abdullanı və hərəkatın bə᾽zi rəhbərlərini öldürüb, bə᾽zilərini də əsir tutdu. Sudanlı Mehdinin ardıcılları mütəşəkkillik və pərakəndə halında ictimai yaşayışlarını davam etdirdilər. Әlbəttə, bə᾽zi vaxtlarda kiçik üsyanlar etsələr də, bu üsyanlar ingilislərin fəaliyyətlərinə bir o qədər də tə᾽sir göstərmirdi.

Bu arada, Sudanda şimal və cənub söhbəti ortaya çıxdı. Sudanın işğalında Ingiltərə və Misir, «alimlər hey᾽əti» vasitəsilə xüsusi dini siyasət yeridirdilər. Bu siyasətə əsasən, sudanlı Mehdinin «Ratib» adlı ibadət kitabı və bə᾽zi sektaların fəaliyyəti qadağan edildi. Lakin cənubda dini siyasəti, yalnız Ingiltərə həyata keçirirdi və cənubu, şimalın mədəniyyətindən, siyasət və dinindən ayırmaq məqsədilə planlar cızaraq, müsəlmanları cənubdan çıxartdı. Әrəb dilində danışığı və ərəb geyimləri geyməyi qadağan etməklə bərabər, cənubun «Təbaşir» məntəqəsində fəaliyyət göstərən təşkilatları azad buraxdı. Məsihi missionerlərinin planlı fəaliyyəti bu gün də Sudan və Afrika üçün problemə çevrilmiş məsələlərə zəmin yaratdı.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin