Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(7-2 )İSLAM DÜNYASINDA BÖHRANLAR



Yüklə 1,11 Mb.
səhifə17/23
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#54797
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

(7-2 )İSLAM DÜNYASINDA BÖHRANLAR


Təssüflər olsun ki, Islam dünyası bir çox böhran məntəqələrinə malikdir və onları, həmcivar və daxili azlıq olaraq iki qrupa bölmək olar.

1. SӘRHӘDYANI VӘ MӘNTӘQӘDӘN KӘNAR BÖHRANLAR


Bu böhranlar, Islam dünyasının sərhədləri və islam dünyası ərazisinin qeyri-islam dünyası ilə toqquşduğu ‒ xüsusilə mədəni ‒ sahədə baş vermişdir. Әslində, Islam dünyası ilə qeyri-islam dünyasının toqquşma nöqtələri, böhranlı məntəqələrə çevrilmişdir. Sözü gedən böhranlar əsasən bunlardır:

1. Avropanın cənub-şərqi (Bosniya və Herseqovina);

2. Kəşmir;

3. Qafqaz (Azərbaycan və Ermənistan);

4. Fələstin;


  1. Filippin.


2. DAXİLİ VӘ YA MӘNTӘQӘDAXİLİ BÖHRANLAR


Bu böhranlar, Islam dünyasının daxilində müşahidə olunur və iqtisadi, ictimai, siyasi, məzhəbi və s. kimi müxtəlif köklərə, səbəblərə malikdir.

Bu böhranlar da iki qrupa ‒ ölkədaxili və ölkələrarası ‒ bölünür.



1. Ölkədaxili böhranlar

Bu böhranlar iki formada ‒ millətlə millət və dövlətlə millət arasında ‒ yaranır və böhranın mövzusu hakimiyyətin ələ keçirilməsi, siyasi sistemin dəyişilməsi, yeni hökumətin qurulması, hökumətin islahı, məzhəbi çəkişmələr, tayfa, icma, yer çəkişmələri və s. olur.

Bu böhranlara misal olaraq Pakistan, Әfqanıstan, Iraq, Türkiyə, Tacikistan, Indoneziya, Әlcəzair, Somali, Livan və s. ölkələri göstərmək olar.

2. Ölkələrarası böhranlar

Bu böhranlar mülayim ya güclü, qısa və ya uzunmüddətli, iki və ya bir neçə müsəlman ölkəsi arasında olur. Səbəbi, sərhəd ixtilafları və yeraltı sərvətlər, milli məsələlər, mənafelərin toqquşması, rəqabət və ümumiyyətlə, geopolitik proseslərdir. Bu növ böhranlara Yəmən və Әrəbistan, Suriya və Iraq, Iraq və Iran, Iraq və Küveyt, Iran və Әfqanıstan, Sudan və Misir, Tükiyə və Suriya, Iran və BӘӘ, Qatar və Әrəbistan, Әrəbistan və Iraq və s. ölkləri aid etmək olar.

Әlbətdə, Islam dünyasının məntəqədaxili və daxili böhranlarının mənbəyi, tamamilə onun daxilində deyil. Bə’zi vaxtlarda Islam dünyasında mövcud olan şərait, kənar müdaxiləçi ölkələr və ya dünya güclüləri tərəfindən istifadə edilir. Belə ki, Fars körfəzi geostrateji məkanında Amerikanın müdaxiləçi qüvvələri, məntəqə böhranının genişlənməsinə səbəb olur. Çünki Amerikanın milli mənafeyi, məntəqədə bu cür böhranların olması ilə qorunur.

Islam dünyasının sərhədyani və daxili böhranları çox olduğu üçün ‒ onları araşdırmaq müəyyən zaman və imkan tələb edir ‒ indi onlara toxunmağa vaxt yoxdur. Buna görə də, Islam dünyasının yalnız mədəni-dini ərazisinin digər ölkələrlə toqquşma nöqtələrində olan sərhədyani böhranların qısa bəyanı ilə kifayətlənəcəyik. Bu səbəbdən də Fələstin, Kəşmir, Bosniya və Herseqovina, Filippin və Qafqaz kimi məntəqə böhranlarını, qısa şəkildə araşdıracağıq.



(7-2-1) FӘLӘSTİN BÖHRANI


Aralıq dənizinin şərqində, Asiya qitəsinin qərbində yerləşən və Asiya ilə Afrika qitələrinin kəsişdiyi məntəqə, Fələstin adlanır. Onun kənarında, dünyanın strateji su yollarında olan Süveyş kanalı yerləşir. Bu kanal, Qırmızı və Aralıq dənizləri vasitəsilə, Hind və Atlantik okeanlarını, bir-birinə birləşdirir.

Fələstin diyarı, dünyanın üç böyük dininin ‒ yə’ni islam, xristianlıq və yəhudilik ‒ ardıcıllarının müqəddəs torpağıdır. Әrazinin məhdudluğu, əhalinin çoxluğu və mədəni cəhətdən parçalanmaları, həmin diyarın xüsusiyyətlərindən biridir. Fələstin torpağı, şirin və acı tarixi xatirələri və müxtəlif dinlərin şəfqət, hiss və din bağlılıqlarını yada salır.

Strateji coğrafi mövqe, uzun tarix və dünyanın böyük dinlərinin ardıcıllarının xatirələri və hissləri, Fələstin sakinlərinin mədəni və dini fərqləri, dünya qüdrətlərinin mübarizəsi və onların məntəqəyə baxışı hamısı birlikdə, Fələstin məntəqəsində böhranlı şəraitin yaranmasın səbəb olmuşdur. Bu da özünü, müsəlman və yəhudi qəsbkar sakinlər arasında təzad və qarşıdurmada göstərir. Bu məntəqə, dünyanın ən mühüm böhran ocaqlarından biridir və yerli, ikitərəfli, beynəlxalq sə’ylərə baxmayaraq, hələ də, bu böhran səngiləşmiş və əksinə, zaman ötdükcə daha da dərinləşir.

FӘLӘSTİNİN QISA TARİXİ


Deyilənlərə görə, b.e. 3500 iləvvəl, sam tayfaları Әrəbistandan şimala, Iraq, Misir, Suriya və Livan torpaqlarına doğru mühacirət etməyə başladılar və onlardan «Kən᾽anilər» adı ilə tanınanlar, indiki Fələstində yaşamağa başladılar. Bu qövm, e.ə. II minillikdə (4000 min il bundan əvvəl), Kən᾽aniyə adlı dövlət qurdular. E.ə. 1225-ci ildə, Həzrət Musa (ə.s.)-ın rəhbərliyi ilə Bəni-Israil xalqı, Fələstini özü üçün yaşayış yeri seçdi. Misirdən başlanan bu hicrət, həmin xalqın bu torpaqlara və ya «və᾽d olunmuş yerlərə» ikinci səfəri idi1. Iki ayrı döyüşçü qəbilələrindən təşkil olunmuş bu xalq, Şaulun rəhbərliyi ilə bir padşahlıqda birləşdilər və bu hökumət sonralar, Davud (ə)-ın oğlu Süleyman» (ə) Ibrani (Israil) dövlətini və ilk mə᾽bədi Yerusəlim şəhərində, e.ə. X əsrdə yaratdı. Süleyman (ə)-ın şahlığı, təqribən 200 il çəkdi və onun vəfatından sonra, dövlət «Israil» və «Cuda» adlı iki hissəyə parçalandı. E.ə. 721-ci ildə, aşurilər Israili tutaraq, dağıtdılar və e.ə. 586-cı ildə həmin bəlanı Cudanın başına gətirdilər. Onlar Davud (ə)-ın Yerusəlimdə tikdirdiyi israillilərin ilk mə᾽bədini dağıtdılar və oranın bir çox sakinlərini Babilə sürgün edildilər. Babil, e.ə. 589-cu ildə Iran şahı Kirin tərəfindən işğal olundu. Israilli və buddist əsirlər, azad edildilər. Beləliklə, 40000 nəfər yenə öz torpaqlarına qayıdaraq, ikinci mə᾽bədi düzəltdilər. Bu tarixdən başlayaraq, Fələstin torpağı növbə ilə makedoniyalılar və melevkilərin hakimiyyəti altına keçdi.

E.ə. 63-cü ildə, Romalıların nəzarəti altına düşdü. Yəhudilər 64 və 135-ci miladi illərində, üsyan etdilər. Nəticədə, romalılar onların mə᾽bədini dağıtdaraq, qətillərə, qul əsir almağa və yəhudilərin sürgününə başladılar. Həmin dövrdən təqribən 1800-ci ilə qədər, yəhudilər dağınıq halında yaşadılar. Әlbətdə, Fələstində az sayda yəhudi yaşayırdı və 1914-cü ilə qədər Fələstin sakinlərinin yalnız 10%-ni yəhudilər təşkil edirdi.

Digər tərəfdən milladdan təqribən 1000 il əvvəl Fələstin adlı başqa bir xalq məntəqəyə gələrək, Kən᾽anilərin yerini tutdular və israillilərin dağınıq olduğu dövrlərdə ‒ ola bilsin ki, orada əhli yox idi ‒ digər Fələstin xalqları və ərəblər, məntəqəyə daxil oldular. Belə ki, hazırkı əsrin əvvəllərinə (XX əsr nəzərdə tutulur-tərc.) qədər, Fələstin əhalisinin əksəriyyətini, ərəblər təşkil edirdi. Digər tərəfdən, IV əsrdə Roma dövlətinin parçalanması ilə Fələstin torpağı, Şərqi Roma imperiyasının ərazisi kimi tanındı. Həmin dövrdə əhalinin çoxunu, xristianlar təşkil edirdi. Lakin həmin ərazilər, Islamın şimala doğru yayılmağa başladığı ilk dövrlərdən ‒ yə᾽ni VII əsrin ortalarından ‒ müsəlmanların ixtiyarına keçdi. Bundan əlavə, Islam peyğəmbəri həzrəti Məhəmməd (s)-ın Yerusəlimdəki «Məscidül-Әqsa» (Әqsa məscidindən)-dan me᾽raca getməsi, bu məkanı müsəlmanların müqəddəs yerləri sırasına daxil etdi.

Bütün yuxarıdakılara əsasən, Fələstin torpağı Islam, xristianlıq və yəhudi dinlərinin ardıcılları üçün müqəddəs məkan və diqqət mərkəzinə çevrildi. II Dünya Müharibəsinədək, orada müsəlmanlar hakimlik edirdi. Lakin dağınıq halda yaşayan yəhudilər, «və᾽d olunmuş torpaq»-la bağlı tarixi inam və dini baxışları əsasında, həmişə bu əraziyə qayıtmaq arzusu ilə yaşayırlar. Onların daxilində siyasi ideya formalaşmışdı və bu ideyaya kömək edən amillərdən biri, yəhudilərin avropa ölkələrindəki vəziyyəti idi. Avropada onlar təhqirlərə, əziyyətlərə mə᾽ruz qalır və məhrumiyyət içində yaşayırdılar. Yəhudilər, avropa xristianları tərəfindən də sıxışdırılır, didərgin və dağınıq xalq kimi, müxtəlif şəhərlərdə yaşayırdılar. Məsələn, 1391-ci ildə Ispaniya yəhudiləri (70 min nəfərə yaxın) ölümlə xristianlığı qəbul etmək arasında birini seçmək məcburiyyətində qaldılar. Bu səbəbdən də, şərqə doğru ‒ Şərqi Avropa və Rusiyaya qaçdılar. XIX əsrin axırlarında rus çarı da, yəhudiləri sıxışdıraraq, onların kütləfi qətlə yetirməyə başladı. Bunun ardınca təqribən 2,5 milyon yəhudi 1800-1914-ci illərdə Şərqi və Mərkəzi Avropadan qaçdılar və əksəriyyəti, Şimali Amerikaya getdi. Bu didərginlik və᾽d olunmuş yerlərə və ya «Sion»a qayıtmaq arzusunu yəhudilər arasında gücləndirərək, «yəhudi dövləti»-nin qurulması kimi siyasi ideyanı doğurdu. Yəhudi millətçilik hərəkatı ilk dəfə bir rus fiziki tərəfindən 1882-ci ildə müstəqil dövlət qurmaq, sami və ərəb xalqlarından müstəqil və qarşıdurma fikri ilə bir jurnalda çap olunaraq irəli sürüldü. O, Fələstin torpaqlarını yəhudi dövləti qurmuq üçün münasib yer kimi təklif etdi. Millətçilik fikrinin yaranması və yəhudilərin siyasiləşməsi, Teodor Hertselin 1895-ci ildə «Yəhudi dövləti» adlı kitab çap etməyi üçün zəmin yaratdı və o, 1897-ci ildə Isveçrədə, «Dünya sionist konfransını» təşkil etdi. Bu konfransın son qətnaməsində sionizmin hədəfinin, yəhudi xalqı üçün Fələstində vətən yaratmaq olduğu vurğulandırdı.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin