Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары



Yüklə 1,11 Mb.
səhifə20/23
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#54797
1   ...   15   16   17   18   19   20   21   22   23

ӘRӘB-İSRAİL MÜHARİBӘLӘRİ


FAT rəhbərləri və bə᾽zi ərəb və Islam dövlətləri arasında, Israillə razılığa gəlmək fikrinin yaranmasına müxtəlif amillərin tə᾽sir etdiyi və onlardan birinin Әrəb-Isril müharibələrinin nəticələri olması haqqında söz açıldı.

1. Birinci müharibə 1948-1949-cu illərdə baş verdi və 700 min fələstinlinin didərgin düşməsi ilə nəticələndi. Həmçinin, Israil öz mövqeyini gücləndirdi və bir dövlət kimi, öz varlığını e᾽lan etdi.

2. Ikinci müharibə, 1956-cı ildə baş verdi. Misirin prezidenti Әbdül-Nasir Süveyş kanalını milliləşdirdi. Bunun ardınca Israil, Fransa və Ingiltərə müştərək formada, hücum planı hazırladılar. Bu plana əsasən, Israil Sina səhrasına, Fransa və Ingiltərə kanala hücum etməli idilər. Misirə qarşı edilən bu üçtərəfli hücum dünyanın və xüsusilə, Amerikanın reaksiyasına səbəb oldu. Nəticədə, plan yarımçıq qaldı və qələbə qazanılmadı. Israil dörd aydan sonra Sina səhrasından geri çəkilməyə məcbur oldu.

3. Üçüncü müharibə, 1967-ci ildə baş verdi və 6 gün çəkdi. Bu müharibə BMT qoşunlarının Nasirin xahişi ilə geri çəkilməsi, Israil qoşunlarının sərhəd boyunca hərbi düzülüşü və Misirlə Iordaniya arasında hərbi müqavilə imzalanmasının ardınca baş verdi. Həmin müharibədə, Israil cəld hərəkət edərək, iyunun 5-də Misir, Suriya, Iordaniya və Iraqın hava limanlarına hücum edib, təyyarələrini partlatdı. Adı çəkilən ölkələri, hava qüvvələrindən məhrum edərək, bir neçə saat ərzində səmada üstünlük qazandı. Özünün piyada qüvvələrinin köməyi ilə Qəzza bölməsi, Qərb sahili, Yerusəlim və Colan təpəliklərində müxtəlif məntəqələri tutub, Sina səhrasını işğal etdi. Misir qoşunlarını, Süveyş kanalının o biri tərəfinə qovaraq, Tiran boğazını da ələ keçirdi. Bu müharibə, Israilin nəzarəti altında olan torpaqların sahəsini, 3 dəfə artırmaqla, Israilin ərəblərdən üstün hərbi gücə malik olduğunu göstərdi. Süveyş kanalının və Sina səhrasında iki neft ayırma zavodunun və neft quyularının bağlanması, Port-Səid, Ismailiyyə və Süveyş şəhərlərində problemlərin yaranması və misirli didərgin və qaçqınların artması, Misir qarşısında bir çox iqtisadi çətinliklərin yaranmasına səbəb oldu. Bundan əlavə, Iordaniyanın iqtisadiyyatı dağıldı və çox sayda didərgin, Iordaniya və Suriyaya pənah gətirdi. Həmin müharibə, tamamilə Israilin xeyrinə və ərəblərinə zərərinə başa çatdı.

4. Dördüncü müharibə 1973-cü ildə, Misir və Suriyanın Israilə qarşı qəfil hücumlarının ardınca başladı. Israillilərin başı «Kipur günü» bayramına qarışdığı üçün əvvəlcə hərbi əməliyyatlarda ərəblərə qələbə qazanırdılar. Lakin israillilər cəld özlərinə gələrək, mübarizəyə başladılar və Misirin qüvvələrini Süveyş kanalının, Suriya qoşunlarını isə Colanın arxa tərəfinə qovdular. Bu hadisədən sonra Amerikanın vasitəçiliyi ilə 1974-cü ildə Israil-Misir və Israil-Suriya arasında müharibələrin tərki razılaşması imzalandı. Bu müqaviləyə əsasən, Israil Süveyş kanalı və Sina səhrasının qərbində ensiz bir zolaq, həmçinin Suriyanın Qənitərə şəhərindən geri çəkildi. Әrəb-Israil müharibələri, Orta Şərqdə hərbi rəqabət üçün şərait yaratdı və tərəflərdən hər biri, öz təchizat və hərbi avadanlığını, əsgərlərinin sayını artırmağa sə᾽y edirdi. Orta Şərq güclü ölkələrin, xüsusilə Amerika və SSRI-nin silah sənayesi üçün münasib satış bazarına çevrildi. 1977-ci ilin noyabrında Misirin prezidenti Әnvər Sadat Israil parlamentində sülh haqqında mə᾽ruzə söyləmək üçün Israilə daxil oldu. Bir il sonra, 1978-ci ilin sentyabrında Kemp-Deviddə, Israillə Misir arasında sülh müqaviləsi hazırlandı və 1979-cu ilin martında imzalandı. Bu rüsvayedici müqaviləyə görə, Israil bir neçə mərhələli plan əsasında Sina səhrasını tərk edərək, bu ərzini Misirə təhvil verirdi. Həmçinin, hər iki ölkə bir-birinin hakimiyyət hüququ, ərazi bütövlüyü və siyasi müstəqilliyini rəsmi surətdə tanımaq və bir-birinə hörmət halında razılığa gəldilər. 1982-ci ilin aprelində, yə᾽ni Sadatın öldürülməsindən 6 ay sonra, Israil Sina yarımadasından çıxaraq, onu Misirə təhvil verdi. Kemp-Devid razılaşması, əslində Israil dövlətinin Misir adlı böyük ərəb ölkəsi tərəfindən tanınması və qəbul edilməsinin başlanğıcı idi. Ilk dövrlərdə, ərəb ölkələri buna e᾽tiraz edirdi və hətta, Misiri Әrəb Liqasından ixrac etdilər.

1982-ci ildə Israil tərəfindən Livan və Livanın cənubunda yerləşən fələstinli qaçqınların düşərgələrinə qarşı birtərəfli müharibə başladı. Bu müharibədə, Amerikanın şərti himayəsi ilə 40 min Israil əsgəri, Livanın cənubuna hücum etdi və Beyruta qədər irəlilədi. Həmin hücumda Israilin məqsədi, FAT-ın tam ləğvi, Fələstin dövlətinin təşkili kimi siyasi ideyanın məhv edilməsi, suriyalıların Livandan çıxarılması və Beyrutda oyuncaq xristian hökumətinin qurulması idi. Həmin müharibədə, digər qərb ölkələri iştirak etmirdi və öz qüvvələrinin 1/3-ni itirmiş suriyalılar, atəşkəsi qəbul etməyə məcbur oldular. Tənha qalmış fələstinlilər, özlərinə arxalanmaq və müharibə etmək yolunu seçdilər. Lakin Israilin hərbi təzyiqi çox güclü idi və fələstin partizanları, Beyrutdan çıxmağa məcbur oldular. Həmin hadisədən sonra 1983-cü ildə Israil və Livan hökumətləri müqavilə imzaladılar. Bu müqaviləyə əsasən, Livanın cənubunda Israil üçün təhlükəsizlik məntəqəsi yaradılmalı idi. Lakin bu müqvilənin Livan xalqı və xüsusilə, «Hizbullah» qüvvələri tərəfindən pislənməsinin ardınca, 1984-ci ildə Livan hökuməti onu ləğv etməyə məcbur oldu. Livanın cənubunda şiə Hizbullahın hücumlarının güclənməsinin ardınca, Israil bu məntəqəni boşaltmağa məcbur oldu. FAT öz siyasi idarəsini Tunisə köçürdü və Әrəfat da, ora getdi. Israil, onların Tunisdəki mərkəzlərinə də hücum etdi. Lakin Әrəfat, canını qurtara bildi. Həmin hadisələr və uğursuzluqlar, Livandakı Hizbullah və işğal olunmuş Fələstin ərazilərində Intifazə kimi xalq müqaviməti qruplarına qarşı az diqqət yetirilməsi, Israillə razılığa gəlmək fərziyyəsinin yaranmasına ‒ xüsusilə Amerikanın təhriki ilə ‒ tə᾽sirsiz ötüşmədi və belə görünür ki, bir tərəfdən xalqın yeni imkanlarına arxalanmamaq, digər tərəfdən, Amerikanın Islam dövlətlərini Israili qəbul etməyə həvəsləndirməsi və Amerikanın Israili Orta Şərqdə öz bazası ünvanı ilə gücləndirmək kimi strateji hədəfi, Israil və Әrəfatın razılıq prosesinin yaranması və bə᾽zi məntəqə ölkələrinin razılıqla susmasına tə᾽sir göstərir. Hər halda, bu böhran məntəqədə ciddi şəkildə özünü biruzə verir və Fələstinin muxtariyyat alması planı, böhrana son qoymaq üçün münasib plana bənzəmir. Planın qaranlıq nöqtələri və Israilin ona əməl etməməsi, Fələstin xalqı arasında daxili e᾽tirazların varlığı, Fələstinin siyasi qüvvələri, Islam ölkələri arasında yaranmış ziddiyyət və ixtilafları nəzərə alsaq, sözü gedən plan müvəffəqiyyəsizliyə uğrayacaq. Bu böhran, öz həllini tapmayacaq. Yeganə yol budur ki, məzlum Fələstin xalqı öz itirilmiş hüquqlarını əldə etsin (həmin günün gələcəyi ümidi ilə).



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin