Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


FӘLӘSTİNDӘ SİONİST REJİMİNİN QURULMASI



Yüklə 1,11 Mb.
səhifə18/23
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#54797
1   ...   15   16   17   18   19   20   21   22   23

FӘLӘSTİNDӘ SİONİST REJİMİNİN QURULMASI


I Dünya Müharibəsi dünyada qüvvələrin xüsusi düzülüş formasını doğurdu. O cümlədən, Osmanlı imperiyası Almaniya ilə əlbir olaraq Ingiltərə, Fransa və Rusiyaya qarşı çıxırdı. Bu minvalla, məntəqədə yerləşən qüdrətli «Ingiltərənin dövlət xadimlərini inandırmaq» kimi sionizmin siyasi ideyasının yaranması üçün yəhudi rəhbərlərinin göstərdikləri sə᾽ylər müvəffəqiyyət qazanaraq, yəhudi dövlətinin yaranması üçün lazımi siyasi şəraiti meydana gətirdi.

1910-1917-ci illərdə Ingiltərənin Misirdəki ali komissarı Mak Haun ilə Məkkədəki Şərif Hüseyn arasında müsbət əlaqələr yarandı. Britaniya fürsətdən istifadə etdi. Әrəbləri, onlara böyük zülmlər etmiş Osmanlı dövlətinə qarşı çıxamağa təhrik etmək üçün özünü, ərəbləri himayə etməyə borclu olduğu kimi göstərdi. Lakin həmin dövrdə Ingiltərə üç məntəqəni bu öhdəçilikdən istisna etdi. Həmin məntəqələrdən biri, Fələstin idi. Bunun özü, həmin məntəqədə qeyri-ərəb dövlətinin yaradılması üçün planın hazırlanmasından xəbər verir.

Ingiltərə bir tərəfdən ərəbləri Osmanlıya qarşı təhrik edirdi. Digər tərəfdən də 1916-cı ildə «Says Piko» müqaviləsi, Anadolu yarımadası və Halal Xəsib (Meopotamiyadan Aralıq dənizinin sahilinədək) məntəqələrinin ‒ bunlar, Osmanlı dövlətinin ərazisi idi ‒ avropalıların nüfuz dairəsinə keçməsinə səbəb oldu. Adı çəkilən müqaviləyə əsasən, Fələstinin əksər hissəsini, beynəlxalq bir təşkilatın idarə etməsi qərara alındı. Bu hadisənin ardınca və I Dünya Müharibəsinin sonunda, Ingiltərə dövləti 1917-ci ilin noyabrında «Balfor bəyannaməsi»-ni e᾽lan etdi. Həmin bəyannaməyə əsasən, Fələstində yəhudilər üçün vətən yaradılmasına razılıq verilmişdi və Ingiltərə, bu hədəfin həyata keçməsi üçün sə᾽y göstərməyi və bununla yanaşı, digər qeyri-yəhudilərin dini və vətəndaşlıq hüquqlarını qorumağı özünə borc bilirdi.

Ingiltərə bu hərəkətlə, qeyri-müsəlman dövləti yaratdı. Onun itaətindən istifadə edərək, Orta Şərqdə özü üçün möhkəm dayaq nöqtəsi yaratmağa müvəffəq oldu. Həmçinin, Avropa-Hindistan strateji və dəniz şəbəkəsi daxilində Süveyş kanalının təhlükəsizliyini tə᾽min etməyi bacardı.

Yəhudilər, Britaniyanın bu hərəkətini yaxşı qarşıladılar. Hertsel demişdi: «Yəhudilər Fələstində, Avropanın Asiya əleyhinə istehkamının bir hissəsini və bərabəliyə qarşı, mədəniyyət bazası yaratmışdırlar».

1920-ci ilin «San-Remo konfransı»-nın qərarlarına əsasən Fələstin, Iraq ətrafı və Iordaniya ərazilərinə nəzarət Ingilətərəyə, Suriya və Livana nəzarət isə Fransaya tapşırıldı. I Dünya Müharibəsindən sonra yaradılmış Birləşmiş millətlər liqası, həmin məntəqələrin qəyyumluq hüququnu Ingiltərəyə və Fransaya verdi. 1922-ci ildə rəsmi olaraq Ingiltərəyə verilmiş bu qəyyumluq, həmin ölkəyə yəhudilər üçün vətən yaratmaq, onların mühacirətini asanlaşdırmaq və onları Iordan çayının qərb sahilində sıx yaşayışa həvəsləndirmək vəzifəsini tapşırmışdı. Həmçinin ərəb və ingilis dilləri ilə yanaşı, ivrit dilinin də rəsmiləşməsi qərara alındı.

Әslində «Balfor bəyannaməsi»-nin icrası olan bu hərəkətlər, I Dünya Müharibəsinin sonunda əhalinin 90%-i ərəb olan Fələstinin dəyişilməsi və yəhudi mühacirlərinin sayının artmasına gətirib çıxardı. Belə ki, 1931-ci ilə qədər 174 min yəhudi Fələstinə daxil oldu və əhalinin 28%-ni yəhudilər təşkil etdi.

II Dünya Müharibəsi və Hitlerin Almaniyada yəhudilərə qarşı zülmü, mühacirətlərin sür᾽ətini artırdı. Belə ki, 1946-cı ildə ‒ yə᾽ni Israilin tə᾽sisindən 2 il öncə ‒ Fələstin yəhudilərinin sayı 583 min nəfərə ‒ yə᾽ni 1922-ci ildəkindən 7 dəfə çox‒ çatdı və bu, Fələstin əhalisinin 31%-i demək idi. Әlbətdə, ərəblərin və yəhudilərin əhali rəqabəti artıq başlamışdı və bu da, əhalinin nisbətinə tə᾽sir edirdi. Mühacir yəhudilər coğrafi baxımdan, dini əqidələrinə yaxın yerlərdə və Yerusəlmdə daha az yerləşirdilər. Onlar daha çox, əlverişli əkinçilik sahələri olan sahil torpaqlarına köçürdülər. Yəhudilər xüsusi agentliklər vasitəsilə və ya təkbaşına, xüsusilə Beyrut və ya Dəməşqdə yaşayan böyük torpaq sahibləri olan ərəblərdən torpaq alaraq, tədriclə həmin torpaqlarda işləyən, müsəlman və ərəb kəndlilərini oradan çıxardılar. Mühacir və yerli yəhudilər, əksəriyyətin sosialist olması üzündən müştərək əkin sahələri və kəndlər ‒ bunlar «kibutes» adlanırdı ‒ yaratdılar. Yəhudilər ingilislərin qəyyumluq dövrünün sonunadək, Fələstinin əkin üçün yararlı sahələrinin yalnız 13%-nə sahib idilər. Ingiltərənin qəyyumluğunda olan Fələstinin ərazisi 26320 km, uzunluğu 225 km və eni 75 km idi. Yəhudilərin əməlləri, millət yaratma və dövlət qurma prosesinin ilk mərhələsi olan mühacirətlər ‒ bu hərəkətlər, məntəqənin qəyyumu olan Ingiltərə tərəfindən himayə olunurdu ‒ «Balfor bəyannaməsi»-nə əsasən, Fələstin ərəbləri və müsəlmanları arasında güclü narahatlığa səbəb olub, yəhudilər və Britaniyalı istismarçılarla əlaqələrdə, gərginlik yaratdı və qiyamlar əmələ gəldi. Bu qiyamlara, 1936-1939-cu illərdə Izzüddin Qəssamın başçılığı ilə olan qiyamları, misal göstərmək olar. Bu üsyanlar ərzində 3-5 min nəfər öldürülmüş, 110 nəfər e᾽dam edilmiş və 6000 nəfər həbs olunmuşdur. Bu hadisələrdən sonra Ingilis dövləti, münaqişə edən tərəflərə ‒ ərəblərə və yəhudilərə ‒ bir-birinə zidd və᾽dlər vermək siyasətinə başladı. Lakin müvəffəqiyyət qazana bilmədi. Hər iki tərəf, bu siyasətin üstünü açmışdı və bu da onların, xüsusilə ərəblərin və müsəlmanların, ingilislərə qarşı e᾽timadsızlığına səbəb olmuşdu.

II Dünya Müharibəsinin gedişində Ingiltərə, I Dünya Müharibəsindəki siyasətinin müttəhidlər tərəfindən istifadə ediləcəyin və ərəblərin, özlərinə qarşı təhrik ediləcəklərindən ehtiyat edirdilər. Elə buna görə də, zahirdə ərəbləri himayə etdiyini göstərməyə çalışdı və Fələstini, yəhudi dövlətinə çevirmək fikrində olmadığını, açıqcasına e᾽lan etdi. Әrəbləri öz istəklərinə zidd olaraq, belə bir dövlətə tabe etdirmək olmazdı. Bu siyasət, II Dünya Müharibəsinin təzyiqləri, Süveyş kanalının və Orta Şərqin neft quyularının əldən çıxmasının qorxusu altında, ortaya atılmış hiylə idi. Təəssüflər olsun ki, ərəblər yenə də Ingiltərənin himayəsinə aldandılar. Bəlkə də həmin günlərdə, dünyaya hakim kəsilmiş siyasi-strateji proseslər haqqında düzgün anlayışın olmaması, ərəblərin məsələni düzgün dərk etməsi və ingilislərin siyasi oyun planını anlamasına mane olmuşdu. Hər halda, II Dünya Müharibəsi, yəhudilərin nasistlər və Hitler tərəfindən qətliamı, dünyada yəhudilərə qarşı ürək yanğısı və rəhmin yaranmasına ‒ bu da, yəhudi dövlətinin yaranmasını əsaslandırırdı ‒ səbəb oldu. Әrəblər də bu məsələyə reaksiya göstərərək, deyirdilər: «Niyə bu hadisnin zərərini, biz ödəməliyik?»

Tərəflərin Ingiltərə əleyhinə e᾽tiraz etdikləri, Ingiltərənin, məsələnin həllində aciz qaldığı bir şəraitdə, nəzərləri başqa tərəfə yönəldib, özünü bu tələdən xilas etdi. Belə ki, BMT-nin yaranmasından sonra, Ingiltərə bu fürsətdən istifadə etdi və 1947-ci ildə, məsələnin həllini BMT-yə tapşırmağı qərara aldı.

BMT-nin Baş Asambleyası, məsələnin həlli yolunu tapmaq üçün Fələstinlə bağlı 11 nəfərdən ibarət xüsusi komitə yaratdı. Sözü gedən komitə, fasiləsiz olaraq Ingiltərə tərəfindən Fələstinə müstəqillik verilməsi təklifini irəli sürdü. Onların ilkin planı, BMT-nin nəzarəti altında Yerusəlim azad məntəqəsi və Fələstin dövləti idi. 1947-ci ilin noyabrında Baş Asambleya, Fələstinin bölünməsi haqqında qərar çıxardı.

Fələstinin bölünməsinə dair BMT-nin qətnaməsi və Ingiltərənin öz qoşunlarının 1948-ci ilin 15 mayında Fələstindən çıxarması qərarından sonra məntəqədə sakitlik yarada biləcək gücün olmaması üzündən, 1948-1949-cu illərdə ilk ərəb-israil müharibəsi baş verdi və yəhudilər, daha çox torpaq tutmaq məqsədilə, ərəblərin ərazilərinə hücum etdilər. Әrəblər də yəhudi məntəqələrinə qarşı hücuma keçdilər. Bunun ardınca 1948-ci ilin 14 mayında Israil öz müstəqilliyini ‒ müstəqil yəhudi dövləti adı ilə ‒ e᾽lan etdi və müharibənin sonunadək, Fələstin torpaqlarının 77%-nə sahib ola olaraq, Әqəbə körfəzinə də yol tapdı. Nəticədə bir çox fələstinlilər didərgin düşdülər, onların kəndləri boşaldı və dağıldı. Beləliklə, Fələstin dövlətinin ləğvi və Israil dövlətinin yaranması ilə yanaşı, prosesin ilk mərəhələsi həyata keçdi.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin