Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


ӘRӘB-İSRAİL BÖHRANININ GÜCLӘNMӘSİ



Yüklə 1,11 Mb.
səhifə19/23
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#54797
1   ...   15   16   17   18   19   20   21   22   23

ӘRӘB-İSRAİL BÖHRANININ GÜCLӘNMӘSİ


1948-ci ilin (işğalçı Israilin yarandığı il) mayından əvvəl, yuxarı və orta təbəqələrdən olan təqribən 200 min fələstinli məntəqəni tərk etdilər və ərəblərlə israil arasındakı 1949-cu ilin atəşkəsinə qədər, bu rəqəm 700 min nəfərə çatdı. Didərginlərin yarısı Iordaniyaya, qalanı isə Misir, Livan və Suriyaya, daha sonra digər ərəb ölkələrinə sığındılar. Həmin dövrdə, Israil hökuməti yəhudilərin qayıtması və onlara tam vətəndaşlığın verilməsi haqqında, qanun qəbul etdi. Elə həmin ildə (1949) nasistlərin qırğınlarından canlarını qurtarmış, təqribən 250 min yəhudi, Fələstinə gəldilər və sonrakı 3 ildə, mühacirlərin sayı 680 min nəfərə çatdı. Yə᾽ni fələstinli didərgin ərəblərin yeri, onlar qədər yəhudi mühacirlər ilə dolduruldu. Әrəblərin əmlakı zəbt edildi və heç bir təzminat ödənilmədən, mühacir yəhudilər arasında bölüşdürüldü. Yəhudilər fələstinlilərin çıxış yolu açıq qoymuş, geriyə dönmək yollarını isə bağlamışdılar. Işğalçı Israil dövləti də 1948-ci ildən başlayaraq, milli şəxsiyyətə malik olacaq Fələstin ərəb dövlətinin varlığını ‒ keçmişdə və indinin özündə də, ərəblərin və fələstinlilərin, Israil dövlətinin varlığını inkar etdikləri kimi ‒ inkar edirdi.

Bu hadisələr və qarşıdurmalar, ərəblərlə Israil arasındakı ixtilafları gücləndirdi. Hələ də yəhudi mühacirləri ilə fələstinlilər arasında əhali bərabərliyi yox idi. 1948-ci ildə fələstinlilərin sayı 4,4 milyon nəfər, israillilərin sayı daha da az idi. Lakin Amerika və Ingiltərənin himayəsi və daha yüksək texnoloji imkanlara malik olduqları üçün özlərinin strateji üstünlüklərini saxlayırdılar. Әvvəlcə fələstinli didərginlər, ərəb ölkələri tərəfindən himayə edilirdilər. Lakin onları müdafiə etmək üçün ərəblər də lazım olan gücə malik deyildilər. Onlar «Fələstin dövləti» siyasi ideyasının axtarışları ətrafında, tədriclə təşəkkül tapdılar və öz daxillərində fələstin milləçilik ruhunu yaratdılar. Onlar hətta Fələstinin coğrafi şəklini şe᾽rdə, ədəbiyyatda, rəsm əsərlərində, mahnı və musiqidə əks etdirdilər. Məntəqənin savadlı təbəqələrindən sayılan fələstinlilər, 1960-cı ildən başlayaraq siyasi, hərbi, ictimai və s. təşkilatlar yaratmağa başladılar. Bu təşkilatlardan ən mühümü, Fələstin Azadlıq Təşkilatı (FAT.) idi. Həmin təşkilat 1964-cü ildə yaradılmış və Israil əleyhinə siyasi və hərbi əməliyyatlara rəhbərlik etməklə yanaşı, didərgin fələstinlilərin bə᾽zi ictimai məsələləri ilə də məşğul olurdu. Bu təşkilat 1974-cü ildə BMT-də müşahidəçi kimi qəbul edildi.

Fələstinli təşkilatlardan biri də, Fələstin Milli Şurasıdır. Həmin təşkilat parlamentə bənzəyir və müxtəlif qurpları özündə birləşdirir. FAT öz əsasnaməsində, Israilin ləğvi və qeyri-məzhəbi demokratik bir dövlətin qurulmasını istəyirdi. Lakin bir müddət sonra təşkilat daxilində fikir ayrılıqları yarandı. Onun siyasi rəhbərləri ‒ xüsusilə Yasir Әrəfat ‒ 80-cı illərin hadisələri, Israilin hərbi hücumları və didərginlərin sayının artmasından sonra, öz mövqe və hədəflərində dəyişikliklər etdilər. Belə ki, bu dəyişikliklər Israil dövləti ilə bir başa sülh danışıqlarının keçirilməsi və Fələstin Muxtar Dövlətinin yaranması ilə nəticələndi. FAT «Təl-Әviv» razılaşması, 1993-cü ilin 13 sentyabrında Vaşinqtonda, Ağ Evdə 2500 nəfərin hüzurunda imzaladı. Bu razılaşmanın gedişində, Amerika dövləti tə᾽yinedici və vasitəçi rolunu ifa edirdi. Yeri gəlmişkən, bə᾽zi ərəb dövlətləri də bu hadisəyə heç bir reaksiya vermədilər. Әrəfatın bu əməli, muxtar dövlətin yaranması ilə nəticələndi. Prosesin təkmiledici danışıqları, 1377-ci ilin mehr ayında (oktyabr 1998-ci il) Amerikada keçirildi. Bu danışıqlar «Merilənd razılaşması» kimi tanınır. Israilin baş naziri Netanyahu və Fələstin Muxtar Dövlətinin rəisi, Әrəfat təsdiq etdikləri bu müqaviləyə əsasən, aşağıdakı mövzular barəsində razılıq əldə edildi:

1. Məntəqədə terrorizmin məhvi üçün təhlükəsizlik planı;

2. Israil qüvvələrinin 90 gün ərzində, Iordan çayının qərb sahilində 13,1% ərazidən çıxarılması;

3. Qərb sahilindəki ərazilərin 14,2%-nin Fələstin Muxtar Idarəçilərinə verilməsi;

4. Fələstin Milli Bəyannaməsinin, Israillə düşmənçilik bəndlərinin ləğvi;

5. Qəzza bölməsi ilə Qərb sahili arasında iki dəhlizin təhlükəsizliyinin tə᾽mini;

6. Ordunun çıxarılması barədə danışıqların 3-cü mərhələsinin Israil tərəfindən keçirilməsi öhdəçiliyi;

7. 750 fələstinli məhbusun, 3 mərəhələdə azad olunması;

8. Qəzza bölməsində, fələstinlilərə məxsus aeroportun yaradılması.

Әlbətdə təcrübə göstərir ki, Israil dövləti öz və᾽dələrinə az əməl edir və əksər vaxtlarda, öz istəklərini diktə edir. Merilənd razılaşmasının bəndlərini nə qədər yerinə yetirəcəyi bilinmir.

FAT-nın Israilə qarşı mövqeyinin dəyişməsi, Fələstin siyasi cinahları arasında reaksiyalara səbəb oldu. Bunun nəticələrindən biri də, xalq içində güclü dayaqları olan «Intifazə hərəkatı»-nın yaranması oldu. Bu hərəkatın, həmin müqəddəs amal yolunda çoxlu şəhid verməsinə baxmayaraq, Israil rəhbərlərinin narahatçılığına səbəb olmuşdur. Intifazə hərəkatının göstərdiyi təzyiqlərin, Israil dövlətinin FAT-a qarşı mövqeyinə tə᾽sir etdiyi ehtimal olunur. Fələstinin köhnə və yeni təşkilatlarının əksəriyyəti, barışma prosesini və Әrəfatla Israil arasındakı sülh danışıqlarını rədd və pisləyirdilər. Misal üçün Corc Həbəşin rəhbərliyi ilə «Fələstinin azadlığı üçün xalq cəbhəsi» və Nayif Həvatimənin rəhbərlik etdiyi «Fələstinin azadlığı üçün demokratik cəbhə», Israillə razılaşmanı Fələstin millətinin ideyalarına böyük xəyanət kimi qiymətləndirir, rəsmi olaraq FAT-ın Icraiyyə Komitəsindəki nümayəndələrin iste᾽fasını e᾽lan edirdilər. Həmçinin Әbu Nəzala bağlı olan «Fəth hərəkatı»-nın inqilabi şurası da, Yasir Әrəfatı xəyanətkar e᾽lan edərək, terrorla hədələmişdir.

Bundan başqa, yeni yaradılmış ‒ şəhid doktor Fəthi Şəqaqinin rəhbərliyi ilə yaradılmışdır ‒ «Islam cihadı hərəkatı» və Şeyx Әhməd Yasin Ramazanın rəhbərlik etdiyi «Islam müqaviməti hərəkatı» (Həmas) da razılaşmanın gedişi ilə müxalif olduqlarını e᾽lan etmiş və xalqı Israillə Әrəfat arasında yaranmaqda olan müqaviləyə qarşı müqavimət göstərməyə çağırmışlar.

Amerika və Israil dövlətlərinin və FAT-ın nəzərində Fələstin böhranı, Fələstin Muxtar Dövlətinin Israil dövlətinin tərkibində yaranması yolu ilə həll edilə bilər. Bə᾽zi ərəb, qeyri-ərəb və müsəlman dövlətləri də buna ümidvardırlar və ya buna qarşı heç bir reaksiya göstərmirlər. Digər tərəfdən, bə᾽zi ərəb dövlətləri ‒ Suriya və s. ‒ və IIR kimi qeyri-ərəb dövlətləri və bə᾽zi fələstinli təşkilat və qrupların nəzərində, sözü gedən məsələ yalnız Israilin varlığı olmadan həll edilə bilər. Deməli fərq və ixtilaf, Israilin varlığının qəbul edilməsindədir. Onu da bilməliyik ki, 1977-ci ildə Misir prezidenti Әnvər Sadatın Təl-Әvivə səfərindən öncə, fələstin xalqı, eləcədə də ərəb və qeyri-ərəb dövlətləri arasında vahid bir fikir var idi. Yə᾽ni hamı Israilin varlığını qəbul etməkdən imtina edirdilər. Lakin ola bilsin ki, ərəblərlə Israil arasında baş vermiş dörd müharibənin nəticəsi, FAT-ın müharibədəki uğursuzluqlar, 80-cı illərdə Israilin bu təşkilatı dağıtmaq və Amerikanın, ərəb və Islam dövlətlərini Israilin varlığını qəbul etməyə razı salmaq üçün göstərdiyi sə᾽ylər, müsəlmanların və ərəblərin sıralarında fikir ayrılıqlarının yaranmasına səbəb oldu. Bə᾽zilərinin böhranı həll etmək üçün Israilin varlığını qəbul etmək strategiyası və müzakirə yolunu seçmələri, Israil dövlətinin tərkibində muxtar dövlət formasını qəbul etmələri və hətta bu yolda çalışmaları ilə nəticələndi. Bunun əksinə olaraq, digər bir neçə qrup hələ də Israilin inkar və Israil qarşısında mübarizə və müqavimət strategiyası üzərində tə᾽kid edirlər. Onların nəzərində, Israili qəbul etmək və onunla razılığa gəlmək, Fələstin ideyalarına xəyanət və bütün müsəlmanlar üçün ciddi təhlükədir.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin