Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары



Yüklə 1,11 Mb.
səhifə2/23
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#54797
1   2   3   4   5   6   7   8   9   ...   23

MÜQӘDDİMӘ


Islamın əziz peyğəmbəri və məsum imamlar (Allahın salamı olsun onlara) Quranın elmi əsaslarını yaşatmaqla, cəmiyyətdə müqəddəs Islam dininin mədəni inqilabının bünövrəsini qoymuş və bu yolda təlim-tərbiyəyə xüsusi yer verərək, üzərlərinə ağır yük götürməyə qadir olan şəxslərə hər bir lazımi köməklik göstərmişlər.

Hal-hazırki dövrdə istemarçı qüvvələr ruhani və dini elm ocaqlarına qarşı qərəzli mövqe tutub, onların inkişafının qarşısını almağa çalışmalarına baxmayaraq, möhkəm iradə ilə bütün maneələrə sinə gəlir və böyük fəxr hissi ilə öz inkişafına davam edirlər.

Bu elmi-mədəni mərkəz, yarandığı ilk gündən müxtəlif nəsillərin ehtiyaclarını aradan qaldırmış, habelə bəşəriyyətin hidayət olunmasında, dost və düşmənləri maraqlandıran suallara cavab verməkdə böyük nailiyyətlər əldə etmişdir.

Belə bir xüsusiyyətə isə o, daha çox uğur və nailiyyətlər əldə etdiyi bir dövrdə nail olmuşdur.

Bu günkü dini-elmi mərkəzlər aşağıdakı xüsusiyyətlərə malikdirlər:

Islamın bütün elmi sahələrinə diqqət yetirərək, bu sahələrin hər birində yorulmaz fəaliyyət göstərir;

Yeni tədris üsullarının tətbiqi və günün tələblərini ödəyən elmi kitabların təlifi, habelə əldə olunan yeniliklərin dinlə olan bağlılıqlarını qoruyub saxlayır;

Bu günkü məsələlərlə (və ya gündəlik) tanışlıq və Quranın elmi əsasları, əqli dəlillərə istinad etməklə, zamanın tələbləri ilə ayaqlaşır.

Belə bir şəraitdə xarici ölkələrdə fəaliyyət göstərən dini-elm ocaqları mütəxəssislərin apardıqları geniş təhqiqatlardan istifadə edərək, yeni tədris üsullarının tətbiqi və dərsliklərin zamanın tələblərinə uyğun olaraq yeni səbkidə dərc olunmasını nəzərdə tutmuşlar.

Nəzərdə tutulan məsələlər isə aşağılardan ibarətdir:



  1. Nəzərdə tutulan hər bir fənnin hədəflərinə riayət olunmalı;

  2. Tələbələrin nəzərdə tutulan mərhələdə elmi səviyyələrinə riayət olunmalı;

  3. Il ərzində tədris olunan kitablarda dərc olunan mətləblərin bir-biri ilə bağlılığına riayət edilməli;

  4. Dərslik kitablarının nəzərdə tutulan səbkidə dərc olunmasına riayət etməli.

Qarşınızdakı kitab, bokalavr tələbələrinin ictimai-siyasi məlumatlarını genişləndirmək üçün nəzərdə tutulmuşdur. Hər şeydən əvvəl kitabın müəllifi doktor Məhəmməd Rza Hafiziniyaya belə bir dəyərli kitab təlif etdiyi üçün öz minnətdarlığımızı bildiririk.

Dərslik kitablarının ictimai-siyasi elmlər bölümü, 2000-ci il (1379-cu hicri şəmsi)

DÖRDÜNCÜ FӘSİL

BEYNӘLXALQ ӘLAQӘLӘRİN ӘSASLARI

GİRİŞ


Dünyamız ayrı-ayrı müstəqil vahidlərə - dövlətlərə bölünmüşdür. Siyasi vahidlərdən hər biri siyasi, fiziki, fəza, iqtisadi, ictimai, mədəni və s. bu kimi cəhətlərdən xüsusi quruluşa malikdir ki, onların qarşılıqlı fəaliyyət və əlaqələri, hakim olan siyasi quruluşlar, nizamlar vasitəsilə idarə olunur.

Yer kürəsi səviyyəsində fəzanın (atmosfera) bölünmə meyarı və milli səviyyələrin inkişafı sabit olmayıb, həmişə xüsusi şərait və amillər vasitəsilə dəyişiklikliyə uğrayır. Həmçinin, siyasi vahidlər də müstəqil dünya dövlətlərinin münasibətlərinə təsir göstərir.

Hal-hazırda, yer kürəsində fəzanın siyasi coğrafiya və ya siyasi təşkilatını 199 müstəqil siyasi vahid təşkil edir. Bu dövlətlər arasından 185 ölkə dünya əhatəli bir təşkilatın, yəni Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olmaqla, onun tərəfindən qəbul olunan nizamnaməyə, siyasət və rəftar metodlarına riayət olunmasını özlərinə vəzifə borcu hesab edirlər. Dünya üsul idarəsində rolu olan bu siyasi vahidlərdən hər biri, beynəlxalq əlaqələr səhnəsində hələ də əsas rolu oynamaqdadırlar.

“Dövlət”, “millət” və ya “milli dövlət” məfhumları əsasında vücuda gələn indiki siyasi vahidlərin tarixi, sülh müqaviləsinin bağlanma tarixinə (1648) qayıdır ki, yalnız ondan sonra beynəlxalq hüquq və dövlət quruluşunun güclənməsinə daha çox diqqət edilmişdir. Adı qeyd olunan sülh müqaviləsi, Avropanın katolik və protestantları arasında gedən otuz illik müharibədən sonra bağlandı. Bu, 1789-cu ildə baş verən Böyük Fransız inqilabından sonra daha da sürətləndi. Napoleon Bonapartın müxtəlif ölkələrə hücum etməsi ilə millətçilik, vətənpərvərlik və nasionalizm ruhiyyəsi güclənərək, milli ordular təşkil olundu. Milli ordular hərbi xidmətə çağırmaq sistemini təsis etməklə, ölkənin quru və su sahələrini müdafiə etmək ruhiyyəsini millətin beyninə yeritdilər. Bu iş, orduya malik olan millətlərin üstün olmasına təsir edərək, milli sərhəd və insan cəmiyyətlərinin parçalanmasını meydana gətirdi.

Başqa tərəfdən də, ölkə və millətlərin ehtiyacları, onlar arasındakı əlaqələri genişləndirirdi. Baxmayaraq ki, bu əlaqələr həmişə sülhsevərlik və xeyirxahlıq səbəbindən deyildi və bəzi vaxtlar onların əlaqələri dəyişikliyə düçar olaraq, soyuqlaşır və ya qanlı və odlu çəkişmələrə çevrilirdi. Millət və dövlətlərin müxtəlif əlaqələrinin genişlənməsi yeni ideyaları vücuda gətirdi və ya keçmiş köhnə ideyaları yenidən formalaşdırıldı. Bu idealardan biri, blok, koalisiya və ittifaqların genişlənməsi, həmçinin milli və beynəlxalq təşkilatların yaranması idi ki, XIX və XX əsrlərdə sürətlə yayıldı. Bu ideyalardan digəri, millətlər arasında ixtilafların meydana gəlməsinin qarşısını almaq məqsədi ilə, vahid dünya dövləti və ya hökumətinin təsis olunması idi. Әlbəttə, bunun da qədim bir kökü var idi, lakin yeni dövrdə başqa bir şəkildə müzakiriyə qoyuldu. Lakin dövlətlərin milli məqsəd, fərz olunmuş milli mənafe və onlar arasında olan əks-təsirlər, beynəlxalq təşkilatları məmur olduqları meyarları həyata keçirməkdə müvəffəq olmağa qoymamışdır. Həmçinin, dünya dövləti ideyası da, nəzəriyyə həddini aşa bilməmiş və arzulanan bir hədəf şəklində qalmaqdadır.

Ümumiyyətlə, dünyaya hakim olan beynəlxalq sistem iki cürdür. Başqa sözlə, dünya iki növ sistemlə üzləşir ki, onların da bir-birinə nisbətdə qarşılıqlı təsirləri vardır. Bu iki sistem hüquqi və geopolitik sistemlərdən ibarətdir. Müxtəlif növləri olan hüquqi sistemlər, hüquq və qarşılıqlı hörmət əsasında dövlətlərin suverenliyinin qorunması və onların idarə olunması əsasında vücuda gəlir. Bu sistemlər yerli, rayon və dünya təşkilatları səviyyələrində təşəkkül taparaq, siyasi təhlükəsizlik, iqtisadi, ixtisaslaşdırılmış və mədəniyyət təşkilat və sistemləri kimi müxtəlif forma və şəkillərdə olurlar. Bu sistemlər rəsmi surətdə, dövlətlərin rəsmi nümayəndələrinin qəbul (təsdiq) etməsi ilə həmçinin, qanunverici orqanlarda təsdiq olunmaqla vücuda gələrək, üzv olan dövlətlər arasında həmkarlıq əlaqələr nümunəsini təşkil edirlər. Həqiqətdə isə beynəlxalq təşkilatlar, bir qrup dövlətlər arasında bağlanan çoxtərəfli müqavilə əsasında vücuda gəlirlər. Bu dövlətlər müştərək hədəflərə çatmaq üçün bir-birlərilə həmkarlıq edirlər.

Beynəlxalq təşkilatlar iki növ - dövlət və qeyri dövlət formasında mövcud olub, sabit rüknlərə malikdirlər. Dövlətlər beynəlxalq təşkilatlarda bərabər hüquq və vəzifələrə malikdirlər. Beynəlxalq hüquqların aşkar üsullarından biri, hakimiyyətin mahiyyəti və onların bərabər olmasından irəli gəlir. Dövlətlərin hüquq bərabərliyinin prinsipi 1975-ci ildə qəbul olunmuş “Beynəlxalq Hüquqi Әsaslar Bəyannaməsi”ndə aşkar şəkildə bəyan olunmuşdur. Adı qeyd olunan əsl budur: “Bütün dövlətlər hakimiyyətə əsaslanan bərabərliyə malikdirlər. Dövlətlər arasında iqtisadi, ictimai, siyasi və s. fərqlər mövcud olsa da hüquq və vəzifələri eynidir və beynəlxalq cəmiyyətin bərabər üzvləri kimi tanınırlar“.

Müxtəlif növləri olan geopolitik sistemlər, dünyanın siyasi vahidlərində güclü və qüdrətli olmağı münasibətlərində inikas etdirirlər. Dövlətlərin əlaqələri, onların gücünün icraçısı olan geopolitik çəki və dünya dövlətləri arasında tutduqları yerə əsasən tənzimlənir. Bu cür sistemlərin görə biləcək işi, siyasi vahidlərin təşkilatlanması onların ən qüdrətlisinin öhdəsindədir ki, bu cür əlaqələrin məhsul və nəticələri də hökmranlıq, hegemonluq, asılılıq, nökərçilik, müstəqilləşdirmə, istismar etmə, bloklaşma, və s. surətlərdə şəffaflaşır. Məzh bu səbəbdən, hər bir dövlət dünya məntəqələri üzrə olan sistemlərdə geopolitik dəyərini artırmaq, qüdrət əldə etməyə çalışır ki, nüfuz dairəsində olan məntəqənin milli təhlükəsizliyini təmin etmə, siyasi iradəsini tətbiqetmə qüdrəti, milli hədəf və ehtiyacları genişləndirsin.


Qütbləşmə və hökmranlıq → Nüfuz dairəsinin genişlənməsi və iradə etmək → milli qüdrət → geopolitik çəki → zəmin və imkanlar əldə etmək
Geopolitik sistemləri dünya, qitə miqyası, müxtəlif yerli, rayon və bir-birilə fərqlənən bir, iki və çox qütblü şəkillərdə təsəvvür etmək olar. Bunlar həmçinin, ierarxiya xidməti, hadisələrin mərkəzdən ətrafda, ya da qütbə tabeçilikdə olanlara doğru cərəyan etməsi xislətinə malikdirlər. Bu sistemlər müvəqqətidirlər, çünki geopolitik vəziyyət və çəkidə dəyişiklik edilməklə, onun üzvləri də dəyişikliyə məruz qalırlar. Bu səbəbdən, sistemlərə hökmranlıq edən hökumətlər arasındakı əlaqələr rəqabət, çəkişmə, daimi həmkarlığın gedişi, bölgə və ya dünya səviyyəsində, həmçinin iqtisadi, hərbi, siyasi, mədəni, informasiya və elm kimi müxtəlif forma və şəkillərdə olur.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin