Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(4-1) BEYNӘLXALQ ӘLAQӘLӘR



Yüklə 1,11 Mb.
səhifə3/23
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#54797
1   2   3   4   5   6   7   8   9   ...   23

(4-1) BEYNӘLXALQ ӘLAQӘLӘR


Beynəlxalq əlaqələr, humanitar elmlərin şaxələri və siyasi elmlərin tərkib hissələrindən biri kimi tanınaraq, siyasi vahid, beynəlxalq təşkilat, assosiasiya, ittifaq və qeyri-dövlət təşkilatlarının rəsmi və qeyri-rəsmi əlaqələrinin araşdırılması ilə məşğul olur. Bu səbəbdən, dövlətlərin bir-biri ilə əlaqələri yalnız beynəlxalq əlaqələr səviyyəsində həyata keçmir. Әksinə, ondan üstün formada olub, dövlət və qeyri-dövlət səviyyəsində ölkə, millət və milli dövlətlər arasında müxtəlif sfera və zəminələrdə olan rəsmi və qeyri-rəsmi əlaqələri diqqətlə araşdırır.

II Dünya Müharibəsindən əvvəl beynəlxalq əlaqələrin araşdırılması, beynəlxalq hadisələrin siyasi analiz və təhlilləri formasında, həmçinin, tarixi əsərlərin və qəzetlərin verdiyi məlumatlar əsasında yerinə yetirilirdi və ümumi, əsas qaydaları ələ gətirmək üçün xüsusi quruluş və tərtiblərə malik deyildi. Beynəlxalq hüquqlar da Avropanın beynəlxalq əlaqələrinin tənzim olunmasını nəzərdə tutan qarşılıqlı əlaqə, münasibət və ehtiyaclardan asılı idi. Öz qüdrət və sərvətlərini artırmaq məqsədilə müstəmləkə uğrunda rəqabət arenalarına qoşulan Avropanın milli dövlətləri, Asiya, Afrika və Latın Amerikası qitələrində yeni əraziləri və onların mənfəət və məhsullarını ələ keçirmək üçün öz aralarında münasibətləri tənzimləyən qayda-qanunlara ehtiyaclı idilər. Hal-hazırki beynəlxalq hüquqların bünövrəsi də həmin qayda-qanunlardır ki, Avropa dövlətləri, dünya ölkələri və dənizlərində öz müstəmləkəçi hökmranlıqlarını təsbit etmək üçün icad edilmişdi.

1914-cü ilə qədər və I Dünya Müharibəsi başlamazdan əvvəl, beynəlxalq əlaqələr üzrə olan bütün nəzəriyyəçilər mötəqid idilər ki, dünya sistemi dəyişikliyə uğraya bilməz. Bu səbəbdən beynəlxalq əlaqələrin araşdırılması, yalnız siyasi tarix, beynəlxalq hüquq və siyasi nəzəriyyələrin araşdırılmasını əhatə edirdi. Milli dövlətləri təsir altına salmaq və ya təsir altına düşmək kimi mürəkkəbləşən münasibətlərinin araşdırılmasına isə, heç bir diqqət olunmurdu. I Dünya Müharibəsi (1914-1919) başlayandan sonra dünya sisteminin vəziyyəti tamam dəyişdi. Osmanlı, Çar Rusiyası, Avstriya və s. imperiyalar dəyişikliyə məruz qalaraq parçalandılar. Daha sonra sülh konfransının yaranması ilə dünyada sakitlik icad olundu. Amerika prezidenti Vilsonun dörd maddədən ibarət olan bəyannaməsi, yeni beynəlxalq cəmiyyətin (sistem) təşkil olunmasında təsirli oldu. Bundan sonra beynəlxalq əlaqələr barəsində yeni ideya və fikirlər təqdim olundu ki, onlar da iki qrupa—idealistlər və realistlərə bölürlər. Vilsonun fikirlərini öz ideyalarının mehvəri qərar verən idealistlər, lap əvvəldə qalib idilər. Idealistlər beynəlxalq əlaqələrə optimist münasibət bəsləyir, ümumi tərk-silaha (silahsızlaşdırılma) təkid etmək və beynəlxalq təhlükəsizliyi və sülhü qorumaq üçün dövlətləri birgə həmkarlığa təşviq etməklə, ayrı-ayrı hakimiyyət dairələrinin məhdudlaşdırılmasına və beynəlxalq əlaqələrin genişlənməsinə təkid edirdilər. II Dünya Müharibəsi və birləşmiş millətlər cəmiyyəti ideyası layihəsinin məğlubiyyətə uğraması, idealistləri çıxılmaz vəziyyətdə qoydu. Daha sonra məxsusən, II Dünya Müharibəsinin sonundan 1960-cı ilin əvvəllərinə qədər realizm ideyaları formalaşmağa başladı.

Amerikalı Hans Morqenta və fransalı Raymond Aron kimi məhşur sahibnəzərlər, bu baxışın əsasını qoydular. Morqentanın əqidəsinə görə, dövlətlərin beynəlxalq əlaqələrdəki rəftarlarının meyarı, qüdrət əldə etmək mehvərinə əsaslanır. Realistlər beynəlxalq siyasəti “qüdrət uğrunda çəkişmələr” baxışı altında araşdırır və müharibəni milli mənafe (mənfəət) və hədəflərin həyata keçməsi üçün bir vasitə hesab edirdilər. Həmçinin, mötəqid idilər ki, dövlətlərin qüdrətlərinin artması, qüdrət müvazinətliyinin qorunmasında mühüm amildir.

II Dünya Müharibəsindən sonra beynəlxalq əlaqələr üzrə olan araşdırmalar öz elmi şəklini tapdı. Mühəqqiqlər yeni elmi üsullara çatmaqla, həmişə təkrar olunan sabit rəftar meyarlarını ələ gətirməyə çalışırdılar ki, ümumi xarakter daşıyan qanunlar və ümumi üsullar (əsaslar) əsasında siyasi vahidlərin rəftarlarını aydınlaşdırıb, proqnozlaşdıra bilsinlər. Beynəlxalq əlaqələr elminin genişlənməsi ilə əlaqədar olaraq, indi bu elm sahəsinin alimləri öz təhlil və araşdırmalarında elmi üsullardan bəhrələnməklə yanaşı, riyazi statistikalardan da istifadə edirlər. Bu səbəbdən, bu elm sahəsi humanitar elmlərin başqa sahələri ilə sıx rabitəyə girmişdir ki, onu orta sahəli bir elm hesab edirlər. Beynəlxalq əlaqələr psixologiya, sosiologiya, iqtisadiyyat, hüquq, coğrafiya, siyasət, diplomatika, tarix, incəsənət, ədəbiyyat və s. bu kimi müxtəlif ictimai elmlərlə əlaqədə olaraq, onların elmi nailiyyətlərindən bəhrələnir.

Beynəlxalq əlaqələr elmi, ölkələrin beynəlxalq və xarici siyasəti ilə sıx əlaqədə olsa da, bəzi cəhətlərə görə onlardan fərqlənir. Işarə olunduğu kimi, beynəlxalq əlaqələr ümumi xarakter daşıyaraq, milli dövlətlər arasında bir-birilə mövcud olan bütün rəsmi, qeyri-rəsmi, xüsusi və dövlət səviyyəsində olan əlaqələri diqqət mərkəzində qərar verərək araşdırır. Bu əlaqələr mümkündür ki, geniş spektrlərə malik olan siyasət, iqtisadiyyat, mədəniyyət, müdafiə, təhlükəsizlik, informasiya vasitələrinin müasir texnologiyaya tətbiq edilməsi, pul və bank kimi əlaqə zəminələri olsun.

Beynəlxalq siyasət, dövlət xadimlərinin beynəlxalq səhnələrdəki xarici siyasətlərini araşdırmaqla məşğul olur. Beynəlxalq siyasət, dövlətlərin əks-təsirləri və cəhdlərini, ümumiyyətlə, iki və ya artıq siyasi vahidin qarşılıqlı rəftar və əməllərini rəsmi surətdə diqqət mərkəzində qərar verir. Bu səbəbdən, inqilabçı təşkilatlar, azadlıq hərəkatları, çoxmillətli birliklər və qeyri-dövlət təşkilatları beynəlxalq əlaqələrin araşdırdığı mövzulara aid olmalarına baxmayaraq, beynəlxalq siyasət bəhslərində özlərinə yer tutmurlar.

Xarici siyasət, dövlətlərin cərəyan edən bərabərsəviyyəli rəftarlarına aid olur ki, bu da həmin ölkə və dövlətlərin Xarici Işlər Nazirliyi tərəfindən həyata keçirilir. Әsl həqiqətdə, bir ölkənin xarici siyasəti aşağıdakılardan ibarətdir:

Bir dövlətin xarici mühit (başqa dövlətlər) qarşısındakı rəftar və əməlləri, habelə milli mənafe və hədəflərin əldə edilə bilinəcəyi milli imkanatlara tətbiq olunması və araşdırılması əsasında təşkil olunan daxili şəraitdir. Xarici siyasət birtərəfli bir işdir. Bu həmçinin, bir rəftardır ki, bir dövlət tərəfindən başqa dövlət və beynəlxalq işlərlə əlaqədə təşkil olunur. Mümkündür, xarici siyasət, ölkə rəhbəri, Milli Təhlükəsizlik Nazirliyi və rəhbərlik edən heyətlər vasitəsilə qəbul olunsun. Lakin onun icraedicisi, Xarici Işlər Nazirliyinin dövlət orqanlarıdır.

Beynəlxalq əlaqələr sahəsində geniş mövzu və zəminələr diqqət mərkəzində qərar tutularaq araşdırılır. Dövlət və millətlərin bir qayda olaraq hər gün rabitədə olduqları ən mühüm zəminələrdən bir neçəsi aşağıdakılardan ibarətdir:



  1. Siyasi əlaqələr: Bir dövlətin başqa dövlətlər tərəfindən tanınmasına, yoldaşlıq, dostluq müqavilələrinin bağlanmasına və qarşılıqlı əlaqələrə şamil olur;

  2. Konsulluq əlaqələri: Hər iki tərəf vətəndaşlarının gediş-gəlişlərinin (vizalarının) ləğv olunması haqqında razılaşma müqaviləsi kimi;

  3. Iqtisadi əlaqələr: Iqtisadi həmkarlıq haqqında razılaşma müqaviləsinin imzalanması. Məsələn, birgə neftayırma zavodunun təsis olunması kimi;

  4. Ticarət əlaqələri: Sənaye və xammallardan asılı olmayaraq malların alınması haqqında müqavilələr kimi;

  5. Mədəni əlaqələr: Institut müəllim və tələbəlri haqqındakı razılaşma müqavilələrinin imzalanması kimi;

  6. Hərbi əlaqələr: Bir dövlətin dənizdəki hərbi bazalarının başqa dövlət tərəfindən icarə olunması haqqındakı razılaşma müqaviləsi kimi;

  7. Strateji əlaqələr: Atom silahlandırılmasının və ya atom bombalarının sınaqdan keçirilməsinin məhdudlaşdırılması haqqındakı müqavilə kimi;

  8. Sakit (yaxşı) qonşuluq və dostluq əlaqələri: Sərhəd xəttlərinin təyin olunması və ya təcavüz etməmək haqqında müqavilənin bağlanması kimi;

  9. Kəşfiyyat informasiya əlaqələri: Hərbi, təhlükəsizlik və s. sahələrdə informasiya mübadiləsi haqqında ölkələr arasında bağlanan müqavilə kimi;

  10. Beynəlxalq təşkilatlarla olan əlaqələr: Məntəqə üzrə olan beynəlxalq birlik və konvensiyalara birləşmək və ya onlardan ayrılmaq. Misal olaraq, Dənizlərin Beynəlxalq Hüququ Haqqında Konvensiyasını (1982-ci il) göstərmək olar.

Bu səbəbdən, beynəlxalq əlaqələrin diqqət mərkəzində olan spektri genişdir. Bu cəhətdən beynəlxalq əlaqələr sahəsinin elmi və ixtisaslaşdırılmış vəziyyəti keçmişlə müqayisədə qüvvətlənmiş və bundan sonra da qüvvətlənəcəkdir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin