Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә


ÜÇÜNCÜ FӘSİL SİYASİ COĞRAFİYA VӘ GEOPOLİTOLOGİYA



Yüklə 1,05 Mb.
səhifə9/17
tarix09.07.2018
ölçüsü1,05 Mb.
#56126
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

ÜÇÜNCÜ FӘSİL




SİYASİ COĞRAFİYA VӘ GEOPOLİTOLOGİYA

ÖN SÖZ


Coğrafiya elmində atmosfera (ərazi) və yer kürəsinin üst səthinin quruluş və xüsusiyyətləri haqda söhbət açılır.

Müxtəlif şaxələrə bölünən coğrafiya elminin bir qolunu da, siyasi coğrafiya təşkil edir.

Siyasi coğrafiya1 (geopolitologiya) insanın fəza, ətraf mühit və oradakı ünsürlərlə qarşılıqlı siyasi münasibətlərinə deyilir. Bir əsrlik tarixə malik olan siyasi coğrafiya müstəqil elm halında yalnız 1897-ci ildən fəaliyyət göstərərək, ali elm ocaqlarında müzakirə olunmağa başlanmışdır.

Məşhur alman coğrafiyaşünası Fridrik Ratzel (1844-1904) ilk dəfə olaraq təlif etdiyi kitabı "Siyasi coğrafiya" adı altında nəşr etmişdir.

Elmin bu şaxəsi ilə əlaqəli olan mövzular qədim zamanlardan bəri ictimai və siyasi filosof və mütəfəkkirlərin əsərlərində dəfələrlə öz əksini tapmışdır. Belə ki siyasi coğrafiyanı tarixi baxımdan, siyasət və coğrafiya elmləri ilə eyni dövrə aid etmək olar və bütün bunları nəzərə alaraq, Aristoteli (e.ə - 322-381) ilk siyasi coğrafişünas hesab etməliyik. O, özünün “Siyasət” adlı kitabında böyük cəmiyyət və əraziyə malik və müəyyən hədəfi olan nümunəvi bir dövlətə işarə etmişdir. Orada nümunənin cəmiyyət, ərazi və dövlətin qüdrət və zəifliyi ilə əlaqəli olan rabitəsini açıqlayır. Həmçinin dövlətin cəmiyyətlə ərazi arasında olan qarşılıqlı əlaqəyə işarə edərək asiya, avropa və yunanlıların siyasi davranışlarına təsir göstərən siyasi və psixoloji xüsusiyyətləri tərif etmişdir.

Təqribən üç əsr sonra rum-yunan coğrafiyaşünası Strabon (miladi - 24-63) özünün on yeddi cildlik kitabında siyasi coğrafiya məsələlərini araşdırmış və Rum imperatorluğu kimi böyük siyasi qurumu idarə etmək üçün lazım olan alimlərə işarə etmişdir. O da Aristotel kimi qatı milliyyətçi olduğu üçün öz ölkəsinin abu-həvasını və mövcud şəraiti hakimiyyət üçün hər şeydən daha münasib hesab edirdi.

İslam zühur etdikdən sonra bəzi müsəlman alim və coğrafiyaşünasları da siyasi coğrafiya məsələləri ətrafında geniş araşdırmalar aparmışlar. Onların arasında daha çox şöhrət tapmış İbni Xəldun, təbii mühit ilə siyasi rəftarlar arasında əlaqə yaratmış və özünün dövlət barədə irəli sürdüyü məşhur nəzəriyyəsini onu üzərində qurmuşdur. İbni Xəldun "Әsəbiyyət"2 (və ya təəssübkeşlik) xüsusiyyətini dövlət və siyasi qurumu meydana gətirən hərəkətəgətirici qüvvə və səhra həyatından mütəəssir olduğunu hesab edir. O, belə bir əqidədə olmuşdur ki: "Hər bir dövlət təəssübkeşlik əsasında meydana gəlir və mövcud olduğu dövrdə bu beş mərhələni keçməli olur:

1-Yaranış və zəfər;

2-Qüdrətin mərkəzləşdirilməsi;

3-Asudəlik (maddi məsələlərə diqqət və onların inkişafı);

4-Yüksək həyat tərzi və ondan razılıq hissi;

5-İsraf, hərc-mərclik və dövlətin süqutu;

İbni Xəldundan sonra Baden, Monteskyu (1689-1755) kimi avropa alimləri də coğrafi amillərin insanın siyasi rəftar və davranışlarına və dövlətin qüdrət və qəbul etdiyi qərarlara təsir göstərdiyinə işarə etmişlər.

XİX əsrin ortalarında Berlin universitetinin coğrafiya müəllimlərindən biri olan Karl Reyter İbni Xəldunun irəli sürdüyü nəzəriyyəyə oxşar (bəlkədə ondan mütəəsir olaraq) “Dövlətin əsası” nəzəriyyəsini irəli sürmüşdür.

Fridrix Ratzel özünün “Siyasi coğrafiya” adlı məşhur əsərini təlif edib bu elmin bünövrəsini qoyanadək, XİX əsrin son illərinə qədər bu kimi pərakəndə nəzəriyyələrin verilməsi davam etmişdir. Məhz bu səbəbdən o, Siyasi coğrafiya elminin əsas banisi hesab olunur. Ratzel "Qanuni dövlət"1 nəzəriyyəsini irəli sürməklə, ölkənin qüdrətinin nədən ibarət olduğunu, mövqeiyyətlə mühit və dövlət ünsürləri arasında olan əlaqəni tərif etmişdir.

Ratzeldən daha sonra Siyasi coğrafiyada, bir çox hallarda təbii amillərin, coğrafi mühit və mövqeyyətin dövlətlərin qüdrətinə qoyduğu təsir, habelə hökmüranlıq və hegemonluq barədə söhbət açılmağa başlamışdır. Avropa dövlətləri, coğrafiyaşünas və siyasətçilər xüsusi olaraq siyasi coğrafiyaya bu istiqamətdən nəzər salmışlar. Buna görə də XX əsrin birinci yarısında siyasi coğrafiyaya aid olan mövzular, bu sahənin beynəlmiləl əlaqələr və dövlətlərin hegemonluğunda tanınan geopolotologiyaya doğru istiqamətlənməyə başlamışdır. Həmçinin geopolitoloji2 və geostrateji3 sahələrində İ və İİ dünya müharibələrinə, hegemon dövlətlər arasında gedən soyuq müharibələrə və nüvə rəqabətləri kimi mühüm hadisələrə təsir göstərən məşhur nəzəriyyələr, məhz bu dövrdə irəli sürülmüşdür. İİ Dünya Müharibəsindən sonra geopolitoloji və siyasi coğrafi mövqeiyyətə böyük zərbə dəymişdir.

Müharibə başa çatdıqdan sonra, sərhdələrin müəyyənləşdirilməsi, ərazi ixtilafların aradan qaldırılması və bu kimi məsələlərin həll olunması üçün Bumen və Conson (ABŞ), Domarton (Fransa), Ohbluyi (İngiltərə), Rumer (Polşa) və Seviç (Serbiya) kimi məşhur alimlərdən istifadə olunsa da, elmin bu sahəsinə qarşı olan tərzi-təfəkkür onun mövqeyyətinin yaxşılaşmasına imkan verməmişdir. Lakin baş verən sonrakı hadisələr, siyasi coğrafiya və geopolitologiyanın yenidən meydana gəlməsinə səbəb olmuşdur. XX 60-70-ci illərində Amerika və Avropa coğrafiyaşünasları və beynəlmiləl siyasət mütəxəssislərinin göstərdikləri səy və fəaliyyətlər nəticəsində, yeni ərsəyə qədəm qoymuş, 80-90-cı illərdə isə daha da inkişaf etmişdir.

Mövzu baxımından da siyasi coğrafiyanın məfhum və fəlsəfəsinədə baş verən dəyişiklər ona yeni istiqamət bəxş edib siyasi təhlil və nəticələri diqqət mərkəzinə çevirdi. Geopolitologiya da artıq bir elm kimi yeni mərhələyə qədəm qoyub, inkişaf etdi. Siyasi coğrafiya ilə çiyin-çiyinə, iqtisadi və mədəni baxışlarla siyasi məclislərə və ali elm ocaqlarına daxil oldu və tez bir zamanda çox geniş bir ədəbiyyata malik olmağa başladı.

Bu günlər siyasi coğrafiya və onun bəhrəsi olan geopolitologiya tək nəzəri baxımdan deyil, bəlkə əməli baxımdan da böyük əhəmiyyət kəsb edərək, bir çox məsələlərin həllini öz üzərinə götürmüşdür. Bu sahələrdə aparılan mütaliə və araşdırmalar, dövlət məsələlərinin həlli, konstitusiyaların yazılması, idarəetmə orqanının nizama salınması, milli təhlükəsizliyin təmin olunması, beynəlmiləl əlaqələrin yaradılması, sülh və müharibə məsələləri, milli strategiya, daxili siyasət, diplomatiya, xarici siyasət və bu kimi məsələlərdə geniş istifadə olunur.

Həm geopolitologiya, həm də siyasi coğrafiya özü-özlüyündə böyük əhəmiyyət kəsb etdiyi üçün onlar haqda ayrı-ayrılıqda söhbət açmağı daha məqsədə uyğun hesab edirik.


(3-1) SİYASİ COĞRAFİYA


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin