Dünya sənayesinin inkişaf mərhələləri
Hazırda ən yeni sənaye sahələrinin xüsusi çəkisi artmış, ənənəvi saSənayenin bəzi sahələri üzrə üstünlük İEO-lərdən İEOÖ-lərə keçmişdir. Bu, ağır əzi “çirkli” sahələrinin (kimya, qara metallurgiya və s.) rosesi ilə əlaqədardır. İEOÖ-lərdə zəngin xammal və kifayət qədər ucuz işçi qüvəsinin olması hasilat sənayesinin sürətlə inkişafına gətirib çıxarır. Bu ölkələr yüngül sənaye sahələrinin inkişaf sürətinə görə də qabaqcıl mövqedədir. Buna baxmayaraq, sənaye məhsullarının istehsalında İEÖ-lər liderliyi saxlayır. ABŞ Yaponiya, Qərbi Avropa ölkələri sənayenin yüksək səviyyəsinə daha əvvəl çatmış və hazırda da öz üstünlüklərini saxlamaqdadır. Bu ölkələr bahalı və elm tutumlu istehsal sahələrinin məhsulları üzrə ixtisaslaşmışdır.hələrin payı isə azalmışdır.
Maddi istehsalın ikinci mühüm sahəsi kənd təsərrüfatıdır. Kənd təsərrüfatının strukturu (əkinçilik və heyvandarlıq) bilavasitə təbii şəraitdən asılıdır. Günəş istiliyinin bol olduğu ərazilərdə pambıq, çay, çəltik, qəhvə, kakao və bu kimi ixracat istiqamətli bitkilərin becərilməsinə geniş imkanlar vardır. Bu bitkilərin əkin sahələri Misir, Braziliya, Meksika, İndoneziya, Hindistan, Nigeriya və digər tropik ölkələrdə daha çoxdur.
Bu sahə əhalinin ərzaqla təmin olunmasında mühüm rol oynayır. Dünya əhalisinin sayının sürətlə artması kənd təsərrüfatında ekstensiv inkişafdan (yəni sahə vahidinin və işçi qüvvəsinin sayını artırmaqla, ənənəvi avadanlıqları bərpa etməklə məhsul vahidinin artırılması) intensiv inkişafa (yəni elmi-texniki tərəqqinin son nailiyyətlərini tətbiq etməklə məhsul vahidinin artırılması) keçmək zərurəti yaradır.
1930-cu illərdə ABŞ, Kanada və Böyük Britaniyanın kənd təsərrüfatının inkişafında “Yaşıl inqilab” dövrü başladı. “Yaşıl inqilab” yüksək məhsuldarlığa malik olan taxıl şortlarının əldə edilməsini, aqrotexniki qaydaların kənd təsərrüfatına tətbiqini, suvarılan sahələrin genişləndirilməsini, gübrələrin və zərərvericilərə qarşı dərman preparatlarının geniş istifadəsini nəzərdə tutur. Suvarmanın düzgün aparılmaması, eyni zamanda yeraltı suların çirklənməsi bataqlıqlaşma, torpaqların şoranlaşması və s. ekoloji problemlərlə nəticələnir. 1980-ci ildən başlayaraq kənd təsərrüfatının inkişafında “Biotexnoloji inqilab” dövrü başlayır. Biotexnoloji inqilabın əsas məqsədi bitkilərin təbii şəraitdən asılılığını azaltmaqdır.Hazırda kənd təsərrüfatının inkişafında iki istiqamət mövcuddur.
Birinci istiqamət- “orqanik” (üzvi) kənd təsərrüfatı məhsullarının becərilməsidir. Orqanik məhsulları əldə etmək üçün süni gübrələr, pestisid və kimyəvi maddələrdən istifadə olunmur. Bu zaman növbəli əkin sistemi tətbiq olunur. Torpaqlara gübrə kimi bitki tullantıları və mal peyini verilir. Zərərvericilərə qarşı təbii mübarizə üsulları və s. tədbirlər həyata keçirilir. Avropa İttifaqına daxil olan ölkələrdə 1990-cı illərdən etibarən əhalinin “sağlam qida” ilə təmin olunmasında orqanik əkinçilikdən istifadə edilir. Hazırda bu məhsulların əkin sahələri ümumi əkin sahələrinin 2-3%-ni təşkil edir. Onların becərilməsinə daha çox əmək sərf olunur. Bu məhsullar zərərvericilərə qarşı davamsızdır. Orqanik əkinçilikdə məhsuldarlıq aşağıdır. Lakin məhsullar ekoloji cəhətdən təmizdir. Buna görə də məhsulların qiymətləri çox yüksək olur. Hazırda İEÖ-lərin əksəriyyətində orqanik kənd təsərrüfatı məhsullarının becərilməsinə üstünlük verilir. Bu sahədə Almaniya və Avstriya daha çox fərqlənir.
İkinci istiqamət - Genetikası Modifikasiya Olunmuş (GMO) məhsulların istehsalıdır. Bu zaman bitki və heyvanların genləri dəyişdirilərək “yeni orqanizm”lər yaradılır. Həmin orqanizmlər xəstəliklərə, zərərvericilərə, şaxtaya və quraqlığa davamlı olurlar. Belə məhsullar ilk dəfə 1983-cü ildə ABŞ-da soya, qarğıdalı, xiyar, pambıq, kartof, boranı və s. bitkilərin üzərində təcrübələr aparılaraq əldə edilmişdir. 1994-cü ildə isə bu məhsullar satışa çıxarılmışdır. Hazırda GMO məhsullarının əkin sahələri ilkin dövrlə müqayisədə 36 dəfə artırılmışdır.
Dostları ilə paylaş: |