Ii yarımil. Coğrafiya. I mövzu TƏSƏRRÜfat sahəLƏRİn yerləŞMƏSİNİn xəRİTƏLƏRƏ Əsasən təHLİLİ
Dünyada hər zaman müxtəlif miqyasda müharibələr baş verib. Hesablamalara görə, 1945-ci ildən bəri dünyada cəmi 26 müharibəsiz gün olub. Müharibələrin başvermə səbəbləri müxtəlifdir: ərazi iddiası, hakimiyyət uğrunda mübarizə, ticarət yollarına nəzarət, təbii ehtiyatlara sahib olmaq və s. Hazırda nəhəng ölkələrin siyasi maraqları, dinlərarası mübarizələrin kəskinləşməsi baş verən müharibələrin əsas səbəblərindəndir. Müharibələr insanların həyat və təsərrüfat fəaliyyətinə, ölkə və ya regionların inkişafına mənfi təsir göstərir. Siyasi münasibətlər gərginləşir, təsərrüfat sahələri dağılır, demoqrafik problemlər yaranır, ətraf mühit korlanır. Müharibə və “qaynar nöqtələr”in coğrafiyası Yer kürəsinin hər tərəfini əhatə edir. Dünyada baş verən hərbi-siyasi münaqişələr birdən-birə yaranmır. Münaqişələr, adətən, bir neçə mərhələdən keçir: Münaqişə tərəfləri arasında sülhün bərpası üçüncü tərəfin vasitəçiliyi ilə həyata keçirilir. Vasitəçilər münaqişə tərəflərini danışıqlar prosesinə cəlb edir, onlar üçün məqbul olan müddəaları müzakirə edir, ölkələrin beynəlxalq təhlükəsizlik prinsiplərinə əməl etməsini tələb edirlər. Üçüncü tərəf münaqişənin başlanğıc mərhələsində bu tələbləri irəli sürdükdə və nəzarət etdikdə ziddiyyətlərin hərbi yollarının qarşısını almaq mümkündür. Dövlətlər arasında münaqişələrin həlli müxtəlif diplomatik vasitələrlə: danışıqlar, təhqiqat, monitorinq, məhkəmə və s. yolla həyata keçirilir. Bu tədbirlərin həyata keçirilməsində ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq təşkilatların fəaliyyəti daha səmərəlidir. Beynəlxalq təşkilatlar müxtəlif təzyiqlər etməklə münaqişənin həlli yolunda daha çox uğur qazana bilir. Ən mühüm beynəlxalq hərbi və siyasi təşkilatlara müvafiq olaraq NATO ilə ATƏT aiddir. Yüklə 0,82 Mb. Dostları ilə paylaş: |