İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Təqva - ramazan ayının yeganə məqsədi



Yüklə 391,59 Kb.
səhifə47/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   43   44   45   46   47   48   49   50   ...   226
Təqva - ramazan ayının yeganə məqsədi

Ramazan ayının orucunun ən böyük məqsədlərindən və bəlkə demək olar ki, yeganə məqsədi təqvadır: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız"1. Bu bizim əlimizdədir. İnsanların hər biri özlərini və əgər bacarsalar, digərlərini islah etməlidirlər. Bu yalnız ruhanilərə məxsus deyil. Lakin din alimlərinin, ruhanilərin, xətib və vaizlərin hazırlıqları var, Allah-Taala onlara bu imkanı, nitqi, zehni, ictimai mövqeyi və libası vermişdir. Biz bundan istifadə etməliyik. Ramazan ayında adi məsələlərdən biri də Allah-Taalanın bu aydın sözləridir: "Qədr gecəsi min aydan xeyirlidir. O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır"2. Bir gecə səhərə qədər ilahi salamın timsalıdır; möminlərə, cənnət əhalisinə və Allahın ixlaslı bəndələrinə məxsus olan "Rəhmli Rəbdən salam"3. Bu, istifadə etməmiz üçün bizim ixtiyarımıza qoyulmuşdur. Mənim ramazan ayı barədə demək istədiyim budur. Bu, bütün işlərdə islahın açarıdır; hər şey buradan başlanır. Necə ki, inqilabın özü buradan başlandı: məsciddən, dindən və təqvadan.

Əgər böyük imama baxsanız, bu əzəmətli hərəkətin əsas təməlinin təqva olduğu daha çox məlum olar. İmam təqvanın, zikrin, ilahi dərkin, Allah üçün əməlin və ixlasın timsalı idi. Əgər bu olmasaydı, mümkün olmazdı. Əgər imam o qədər yaxşı, mənəviyyatlı və mərifətli olmasaydı, bu iş belə nəticələnməzdi. Bu, islah üçün müqəddimədir.

Ruhanilərlə görüşdə çıxışından: 1994.




Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin