Təqvanın tərifi və şərtləri
Təqva bir insanın hər bir şeyi, bir xalqın dünya və axirəti və bəşərin getməyə məcbur olduğu bu uzun yolun əsl azuqəsidir. Əmirəlmömininin (ə) sözünün əvvəli və sonu təqvadır. Buyurur ki, mənim oğullarım, özünüzdən ehtiyatlı olun; Allah yolunda və ilahi meyarla. Allah təqvası bu deməkdir, Allahdan qorxmaq deyil. Bəzi adamlar təqvanı Allahdan qorxmaq kimi tərcümə edirlər. Allahdan qorxmaq da bir dəyərdir, amma təqva başqa bir şeydir. Təqva odur ki, ehtiyatlı olub, etdiyiniz hər bir əməlin Allah-Taalanın sizin üçün nəzərdə tutduğu məsləhətə uyğun olub-olmamasına diqqət yetirəsiniz. Təqva elə bir şey deyil ki, insan onu bir an tərk edə bilsin. Yol sürüşkən və uçurum dərindir. Əgər tərk etsək, sürüşüb uçurumdan yuvarlanacağıq. Gərək əlimiz bir daşa, ağaca, kola ilişsin və özümüzü yuxarı darta bilək.
"İlahi təqvası olanlara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahı) xatırlayıb düşünər və dərhal (özlərinə gəlib həqiqəti) görərlər".1 Təqvalı insan şeytanın təmasını duyan kimi tez özünə gəlir və diqqətini toplayır; çünki şeytan bizdən uzaqlaşmır. Deməli, birinci tövsiyə təqvadır.
Dostları ilə paylaş: |