İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


QƏZAVÜ-QƏDƏRİN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ



Yüklə 3,86 Mb.
səhifə90/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   127

QƏZAVÜ-QƏDƏRİN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ


Belə bir sual da yaranır ki, nə üçün Qur’anda və rəvayətlərdə müqəddərat məsələsi üzərində bir bu qədər dayanılmışdır. Məsələn, nə üçün Allah-təala buyurur ki, bütün baş verənlər onun müqəddəratıdır, yazısıdır? «Yer üzərində cərəyan edən və sizin başınıza gələn elə bir iş yoxdur ki, onu biz yaratmamışdan əvvəl bir kitabda yazılmamış olsun».1 Nə üçün digər mövzu və məsələlərdə tə’kidlə buyurulur ki, bu işlər Allah-təala tərəfindən tə’yin olunmuşdur və Onun qəzavü-qədəridir? Yalnız müəyyən işlərin tə’kid olunmasının sirri nədir? Məgər bütün işlər Onun tərəfindən müqəddər olunmamışdırmı?

Cavab budur ki, belə ayə və rəvayətlər insanın tövhid mə’rifətini möhkəmləndirir, onun vahid Allaha inamını sabitləşdirir. İnsanın kamilliyi tələb edir ki, Allahı yaxşı tanımaq lazımdır. İnsan zati tövhidi, ibadət və əməl tövhidini tanıdıqda Allaha daha diqqətli olur. Əməli tövhidin nümunələrindən biri budur ki, bütün işlərin Allah-təalanın əlində olduğuna inanaq. Bu işlərdən nə qədər çox xəbərdar olsaq və bilsək ki, Allahın bütün işlərdə iştirakı var, Onu daim yadda saxlayarıq. Həyatını, ruzisini və müqəddəratını Allahdan asılı bilən insan Allahı unutmur. İnsan Allah-təalanı yaxşı tanıdıqca onun kamilliyi artır. Çünki insanın kamilliyi Allahı, Onun sifətlərini və tədbirlərini tanımasından asılıdır. Allaha mə’rifət kamillik olmaqla yanaşı, əməli tə’sirlərə də malikdir. Ayə və rəvayətlərdəki uyğun bəyanatlar isə həmin bu mə’rifəti gücləndirir. Əmirəl-mö’minin (ə) öz vəsiyyətində rəftar qaydalarını açıqladıqdan sonra buyurur: «Ruzi iki qismdir». Belə bir sual yaranır ki, nə üçün Həzrət (ə) müəyyən əməli göstərişlərdən sonra belə bir mövzuya keçir? «Ruzi iki qismdir: birini sən axtarırsan, biri isə səni axtarır». Bu da qeyd olunur ki, insan bu ruzinin ardınca getməsə, ruzi onun ardınca gələsidir.

Uyğun suala cavab tapmaq üçün bir çox problemlər doğuran gündəlik ehtiyaclarımızı yada salmalıyıq. Əgər diqqətlə baxsaq, görərik ki, müəyyən bir yolla ruzi qazanmaq istəsək də, bə’zən Allah-təala onu başqa yolla yetirir. Hər birimizin həyatında belə hallar baş verir. Çox vaxt Allah-təala bizə ruzini ağlımıza gəlməyən bir yerdən yetirir. Bu gerçəklik bizə xatırladır ki, ruzi əldə edilməsində təkcə özümüzə güvənməyək. Ruzi Allahın əlindədir və ruzidən sarı onun-bunun qapısında üzülməyə dəyməz. Ruzinin əldə edilməsində yalnız öz qüvvəsinə arxalanan insan bir az da hərisləşir və daha çox qan-tər axıdır. Əslində belə bir ruhiyyə dünyapərəstlərə məxsusdur. Onların bütün fikri-zikri daha çox var-dövlət toplamaqdır. Belələri dünya malı ardınca qaça-qaça öz dini vəzifələrindən uzaq düşürlər. Əxlaq qaydalarına əməl etmək, insani münasibətləri qorumaq onların yadına da düşmür. Şübhəsiz ki, belə bir ruhiyyə bütün bəşəriyyət üçün, xüsusi ilə müsəlmanlar və müsəlmanlara rəhbərlik edənlər üçün çox təhlükəlidir. Yalnız var-dövlət toplamaq fikrində olan insan heç vaxt ali hədəflərə çata bilməz. Hətta bir tələbə bu xəstəliyə yoluxsa, təhsilini davam etdirmək fikrindən daşınar. Ruzinin yalnız insan əlində olmadığına və ilahi iradə ilə bağlılığına diqqətin yönəldilməsi səbəbi insanın hərislikdən çəkindirilməsidir. Bu tövsiyyələr insanı tamahkarlıqdan uzaqlaşdırır, onda təvəkkül ruhiyyəsi yaradır. Bu mövzuda xeyli maraqlı nümunə göstərmək olar. Olsun ki, sizlər də bu mövzuda əhvalatlar eşitmiş, maraqlı hadisələrin şahidi olmusunuz. Bəşər tarixində böyük bir zəhmət çəkmədən misilsiz var-dövlətə çatmış insanlar az deyil.

Əlbəttə ki, ruzi təkcə qidadan ibarət deyil. İnsanın bu dünyada və axirət dünyasında istifadə edəcəyi hər şey ruzi adlanır. Ruzinin təkcə şəxsi sə’ylərdən asılı olmadığına inanan adam başqaları ilə münasibətdə ifrata varmır. Orta həddi gözləyir. Çünki o inanır ki, başqalarını sıxma-boğmaya salmaqla, hərislik göstərməklə ruzini artırmaq mümkünsüzdür. Çoxları qan-tər axıtsalar da, heç nə əldə edə bilmir, bə’zən sərmayəni də əldən çıxarırlar. Kimi az zəhmətlə böyük sərvət qazanır, kimi də gecə-gündüz çalışmasından asılı olmayaraq, heç bir şey əldə edə bilmir.

Digər bir tərəfdən vasitələrin də öz rolu var. Məsələn, böyük var-dövlət əldə etmək üçün böyük planlar cızıla bilər, hesablamalar aparırlar. Amma bütün bunlara baxmayaraq, işin sonunda qazanc əvəzinə zərər ortaya çıxar. Sırf özünə güvənib, Allaha təvəkkül etmədən meydana girən insan məğlub olduqda dərin sarsıntı keçirir. Belə bir hal insanın psixoloji durumuna çox zərərlidir. İşin uğursuzluğuna tab gətirməyib, həyatını əldən verənlər də olur. İşdə yalnız özünə güvənənlər zərərə düşdükdə ruhi tarazlıqlarını itirirlər.

Məsələn, insan bir şəxslə ailə həyatı qurmaq üçün min bir plan cızıb, Allaha təvəkkül etmədən illər uzunu zəhmət çəkərsə, nəhayətdə mənfi cavab aldıqda, böyük zərbə alıb, rahatlığını itirər. Amma ruzinin qədərləndiyinə inanan və bu inam əsasında çalışan insan zərərə düşdükdə heç vaxt sınmır. Ümumiyyətlə, Allaha təvəkkül edənlər heç vaxt uğursuzluqdan əzab çəkmirlər. Onlar Allahın məsləhətini üstün tutur və inanırlar ki, bu uğursuzluqda da bir fayda var. Ola bilər ki, uğursuzluğun səbəbi hansısa günah olsun. Dünyada günaha görə uğursuzluğa düçar olan insan həmin günaha görə axirətdə cəzalanmır və qiyamətdə əzab yükü yüngül olur. Axirət əzabının dünya uğursuzluğu ilə əvəzlənməsi Allahın öz bəndəsinə mərhəmətidir. Allah-təala bə’zən müəyyən çətinliklər vasitəsi ilə insanın günahlarını yuyur. Bə’zən isə həyatdakı çətinliklər insanın təkamülünə səbəb olur. Çətinliklə üzləşən insan səbr etsə, onun diqqəti Allaha yönələr və bəndəlik məqamı ucalar. Mö’min insan Allahın razılığını qazanmaq üçün bütün problemlərə səbrlə yanaşır. Müəyyən uğursuzluqlar insanın mə’nəvi məqamını ucaldır. Çətinliyə dözməklə ali məqama çatanların sayı ibadət yolu ilə ali məqama çatanların sayından az deyil. Allah-təala bir çox bəndələrinə çətinliyə səbr müqabilində mə’nəvi məqam əta etmişdir. Qarşımıza çıxan acılı-şirinli hadisələrin arxasında ilahi hikmət dayanır. Allah-təala buyurur ki, başınıza gələn bütün müsibətlər ilahi müqəddəratdır. Yer üzündəki bütün bəlalar, zəlzələlər, daşqınlar, tufanlar və ya çeşidli xəstəliklər əvvəlcədən yazılmışdır. Bəs bunun hikməti nədir? Yoxsa Allah-təala səbəbsiz yerə öz bəndələrinə əziyyət vermək istəyir?

Bütün bu işlərin dəlilləri və hikmətləri vardır. Biz nadanlığımız səbəbindən bu hikmətlərdən xəbərsiz də ola bilərik. Düşünəndə ki, bu işlər Allahın qəzavü-qədəridir, insan rahatlıq tapır, şikayətlənmir və imanını qoruya bilir. Bir çoxları bu nöqtəni nəzərə almadıqlarından imanlarını əldən vermişlər. Şeytan insanda vəsvəsə yaradır ki, varlıq aləmini hikmət sahibi olan Allah xəlq etmişdirsə, nə üçün bir bu qədər müsibətlər baş verir?! Zəif imanlı insanlar bütün bu çətinlikləri Allahın hikmət sahibi olmaması ilə əlaqələndirirlər. Amma hadisələrin mahiyyətinə varanlar dərk edirlər ki, bütün bu işlərin köklü səbəbləri vardır. Olsun ki, insanın dayaz düşüncəsi bu həqiqətləri dərk etməkdə aciz qala. Amma bu həqiqətləri anlamasaq da, inanmalıyıq ki, Allah hikmət sahibidir və bütün baş verən hadisələr səbəbsiz deyil. Belə düşüncə tərzi öz imanını qorumaqda insana yardımçı olur və insan təkamül yolunda irəliləyir. Allah-təala bu e’tiqadın iki əməli nəticəsinə işarə edərək buyurur: «Bu qəzavü-qədər yazıları əlinizdən çıxanlara kədərlənməməyiniz və əlinizə gələnlərə qürrələnməməyiniz üçündür».1 Beləcə, çətinliyə düşdüyünüz vaxt imanınızı qoruyun. Həddən artıq narahat olmayın və bilin ki, hikmət sahibi olan Allah belə məsləhət görmüşdür.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin