İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


DOSTLUĞUN SƏRHƏDDİ VƏ SƏMİMİYYƏT ÖLÇÜSÜ



Yüklə 3,86 Mb.
səhifə76/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   127

DOSTLUĞUN SƏRHƏDDİ VƏ SƏMİMİYYƏT ÖLÇÜSÜ


Bu nəsihətlərin məqsədlərindən biri də bizi qəflət yuxusundan oyatmaqdır. Çünki bir çox hallarda biz bu işlərdən qəflətdə qalırıq. Amma çoxları bu məsələlərdən xəbərdardır. Bu nəsihətlərin əksəriyyətinin qayəsi düzgün təsəvvür olunsa, hər kəs anlayar ki, məsələ Əmirəl-mö’mininin (ə) buyurduğu kimidir və heç bir dəlilə ehtiyac qalmaz. İnsanlar gözəl bilirlər ki, əmanətə xəyanət etmək olmaz. Əmanətə xəyanət çirkin bir işdir və bu həqiqəti hamı başa düşür. Demək, bu nəsihətlərdə əsas məqsəd bizim bu məsələlərə çox vaxt diqqətsiz olmağımız və ya onlara münasibətdə ifrata və təfritə varmağımızdır. Məsələn, Həzrət (ə) buyurur ki, dostun varlığı insan üçün bir zərurətdir. İnsan özünə dostlar seçməli və onlarda həm dünyəvi, həm də dini işlərində istifadə etməlidir. Bu dostlarla səmimi olmaq lazımdır. Bə’ziləri bu məsələyə münasibətdə ifrata düçar olurlar, bə’ziləri isə təfrit yolunu gedir, dostluq məsələlərinə bir o qədər də ciddi yanaşmırlar. Bə’ziləri dostluqda sərhəd tanımır, bütün sirlərini açır. Onların dostluq rabitələri bir o qədər də möhkəm olmadığından daim qorxu hiss edirlər.

Çox vaxt hansısa hadisələr ucbatından bu dostluqlar puça çıxıb gedir. Dostluğun düşmənçiliyə çevrildiyi hallar da olur. Belə hallarda dosta açılmış sirlər onun əlində vasitəyə çevrilir. Demək, sirrini açan şəxs uyğun dostluğun möhkəmliyini və səmimiliyini düzgün qiymətləndirməmişdir, ağlına gəlməmişdir ki, bir gün bu dostluq düşmənçiliyə çevrilə bilər. Bəli, dostluq düşmənçiliyə çevrilən vaxt tərəflər bir-birlərinin sirrindən silah kimi istifadə edə bilərlər. Ona görə də dost seçimində diqqətli olmaq tapşırılır, hətta buyurulur ki, bə’zi sirlərinizi dosta da açmayın. İnsan ehtiyatlı olmalı, sirlərini hər adama e’tibar etməməlidir. Uzun müddət dostluqdan, dosta inandıqdan, onun vəfadarlığına əmin olduqdan sonra yalnız bə’zi sirləri ona açmaq olar. Hansı ki, çoxları dostluğun başlanğıcında hələ qarşı tərəfin səmimiyyətinə əmin olmamış öz sirlərini açır. Bu məsələ olduqca incə bir nöqtədir. Təəssüf ki, çox vaxt bu məsələdən qəflətdə qalırıq. Yalnız onun mənfi nəticələri ilə qarşılaşdıqdan sonra peşimançılıq çəkirik. Bir şəxslə dost olan zaman bu dostluğun şirinliyinə xatir bütün sirləri faş etmək yanlış addımdır. Elə bilməyin ki, sirlərin açılması dostluğun şərtlərindəndir. Belə bir təsəvvür əqlə ziddir. Uzaqgörən insan heç vaxt belə bir hərəkətə yol verə bilməz. Eləcə də, dostluğu bildirmək üçün düzgün me’yar seçmək lazımdır. Məhəbbət və dostluq həmin me’yarlara görə qiymətləndirilməlidir. Hətta məhəbbəti bildirməyin də həddi, ölçüsü var. Əgər məhəbbəti ölçü-biçisiz açıqlamaq düzgün deyilsə, demək, sirlərin açılması kökündən yanlışdır və bu addım insanın həyatını puça çıxara bilər.

Aydındır ki, bu qaydalara riayət olunması düşmənçilik zamanı da zəruridir. Düşmənçiliyi bildirərkən insan qəlbindəki bütün kin-küdurəti açıqlamamalı, hansısa bir hədd gözləməlidir. Çünki bu halda qarşı tərəfin düşmənçiliyi elə güclənə bilər ki, təkrar dostluq üçün zərrəcə imkan qalmaz.

Bir sözlə, heç vaxt dosta məhəbbəti və düşmənə nifrəti ölçü-biçisiz açıqlamamalıyıq. İnsan həmişə öz məhəbbətinin və nifrətinin bir hissəsini qəlbində saxlamalıdır ki, gözlənilməz vəziyyət, peşimanlıq yarandıqda tutduğu mövqedən geri çəkilə bilsin. İstənilən bir dəlillə düşmənçiliyə başladığınız vaxt ifrata varmayın ki, təkrar dostluğa yer qalsın. Bütün hallarda ehtiyatlı olmaq lazımdır. Dostla elə rəftar etməyin ki, bir gün bu münasibətlər pozulsa, o sizin sirlərinizdən istifadə edib, zərər vura bilsin. Demək, istər dostluğa, istər düşmənçiliyə münasibətdə hədd gözlənilməli və münasibətlər dəyişəcəyi təqdirdə yeni mərəhələyə keçmək üçün hazırlıqlı olmalıyıq.

Əmirəl-mö’minin (ə) buyurur: “Qardaşından qırılmaq, uzaqlaşmaq istəyəndə geriyə dönməyə yer qoy ki, bir gün həqiqət aşkar olsa, dostluğa qayıtmaq mümkün olsun.”

Təsəvvür edin ki, bir şəxslə uzun müddətdir dostsunuz. Amma elə bir məqam gəlib çatıb ki, onun təqvasız olduğu üzə çıxıb, artıq bu şəxslə dostluğu davam etdirmək fikrində deyilsiniz. Beləcə, qəlbinizdən dostluq hisslərini çıxarır və dostluq rabitələrini qırırsınız. Bə’zən də iki nəfərin dostluğu yalnız dünya işləri üzərində qurulur. Ona görə də onlar maddi zərər qorxusu olduqda bu dostluğu dərhal pozurlar. Həzrət Əli (ə) buyurur ki, dostunuzdan ayrılmaq istədiyiniz vaxt elə rəftar etməyin ki, yenidən dostlaşmaq mümkünsüz olsun. Geriyə dönüb dostluğu bərpa etmək üçün yol qoymaq lazımdır. Dostdan ayrılarkən dostluq körpülərini uçurmayın. Olsun ki, bir gün bu körpülərlə əvvəlki dostluğa qayıtmaq istəyəsiniz. Az olmur ki, insan pozulmuş dostluğu bərpa etmək istəyir. Ona görə də bütün dostluq və məhəbbət yollarını birdəfəlik bağlamayın.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin