İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə91/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   127

MÜQƏDDƏRAT VƏ ŞƏR’İ VƏZİFƏLƏR


Bilməliyik ki, ilahi müqəddəratla yanaşı olan dini vəzifələr özü də bir mövzudur. Məsələn, əgər qonşunuza bir müsibət üz verərsə, öz dini vəzifənizə əsasən, onun köməyinə tələsməlisiniz. «Allah belə istəyib» deyə, başqalarının müsibətinə rahatca tamaşa etmək mövhumatçılıqdır. Ətrafdakı problemlərin həlli ilahi müqəddəratdan fərqli bir məsələdir. Əgər bir məntəqədə zəlzələ baş verirsə, minlərlə insan çətinliyə düçar olursa, onlara yardım əli uzatmaq bizim dini və insani vəzifəmizdir. Zəlzələnin baş verməsinin hikməti isə tamamilə ayrıca bir sualdır.

İnsanın öz başına gələn hadisələrdə də çıxış yolu eynidir. Bə’ziləri çətinliyə düşən kimi şikayətlənməyə başlayır və «Allah bu bəlanı bizim başımıza nə üçün gətirdi» deyə, gileylənirlər. Amma insan əmin olsa ki, ətrafda baş verən bütün hadisələr Allahın hikmətinə əsaslanır, heç vaxt şikayətlənməz. Allah üçün hadisələrin müəyyənləşdirilməsi onları öncə görməkdən daha asandır. Düşünməyin ki, bizim üçün çətin olan işlər Allah üçün də çətindir. Allah-təala üçün heç bir iş çətin deyil: «Bir şeyi istədiyi zaman Allahın buyuruğu yalnız «ol» deməkdir; o da dərhal olar».1 Bütün hallarda alim və qadir Allahın hikmət və tədbirlərinə diqqət problemlərə münasibətdə insanı dözümlü edir və onun nigarançılığını aradan qaldırır. Eləcə də, əlinizə bir ne’mət gəldikdə qürrələnməyin. Çünki dünyanın həm xeyirləri, həm də zərərləri bir imtahandır. «Biz sizi xeyir və şərlə sınağa çəkərik».2 Əgər həm çətinliklər, həm də rahatlıqlar insanın sınaq vasitəsidirsə, demək, əlimizə ne’mət gəldikdə qürrələnib, Allahı unutmamalıyıq. Çətinliklə üzləşdikdə isə təəssüf etməməliyik. Allahın sizə verdiyi ne’mətləri özünüz üçün sərvət hesab edib, şadlanmağa tələsməyin. Onların olub-olmaması əslində fərq etməməlidir. Elə bir mə’nəvi məqama çatmalısınız ki, dünya ne’mətləri sizin halınızı dəyişməsin. Bütün ne’mətlərə və zərərlərə imtahan vasitəsi kimi baxın. Bütün ne’mətlərin Allah tərəfindən verildiyinə inanan insan heç vaxt özünü itirib, qürrələnmir. Eləcə də müxtəlif bəlalar onun imanını sındırıb, küfrə sövq etmir. Unutmamalıyıq ki, çətinliklər də sınaq vasitəsidir.

Belə düşüncə tərzinin faydalarından biri budur ki, insan dünya malı ardınca qaçmır. Belə bir e’tiqadın əxlaqi bəhrəsi isə budur ki, insan ruzi qazanarkən ölçü-biçili hərəkət edir, hər qapını döymür, hər kəsə ağız açmır, bu işdə həd gözləyir. Bu düşüncənin digər bir bəhrəsi odur ki, insan əxlaqi fəzilətlərdən və dini vəzifəsindən uzaq düşmür. Bu cür düşünən insan bütün güc və ağlını var-dövlət qazanmaq üçün sərf etmir. İnsan inananda ki, ruzi yalnız çalışmaqla əldə olunmur və bə’zən özü insanı tapır, artıq bu yolda özünü həlak etmir. Belə bir baxış insanın hərisliyinin qarşısını alır, onu orta yolla getməyə sövq edir.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin