İmam hüseyn (Ə)-in əxlaqi GÖRÜŞLƏRİ MÜƏLLİF: ƏHMƏd sabiRİ HƏMƏdani



Yüklə 0,94 Mb.
səhifə25/41
tarix10.01.2022
ölçüsü0,94 Mb.
#109177
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
ÖZÜMÜZÜ BEHİŞTƏ DAHA YÜKSƏK QİYMƏTƏ SATAQ!
Bizim dünyamız qaynayıb-coşan və narahat bir bazar kimidir ki, bütün insanlar, qiymətli sərmayələrlə və öz əziz ömürləri ilə orada al-verlə, ticarətlə məşğuldurlar.

Çox dəyərli, lakin məhdud olan qiymətli ömür istər-istəməz bir gün tamam olur, heç bir qüdrət və qüvvə onu artıra bilməz və ya sona çatmasının qarşısını ala bilməz. Çünki hər kəsin ömrü bir təqvim kimidir ki, hər günün keçməsilə ondan bir yarpaq ayrılır və o, unudulmağın və sükunətin əlinə tapşırılır. Nəhayət, onun sonuncu yarpağı ilahi, qaçılmaz, səmavi bir qüdrətin əlilə qoparılır və ömür təqvimi sona yetişir.

Aydındır ki, bu cür iki günlük sərvəti təkrar tapmaq olmaz, qopmalı olan sonuncu yarpağı əsla saxlamaq olmaz.

Şəhidlərin sərvəri özünün mə`nalı xütbələrinin birində belə buyurmuşdur:

“Ey Adəm oğlu, həqiqətən sən zaman məcmuusan, keçən hər gün sənin bir ə`zan və bir hissəndir.”1

Bu fikirdən başa düşmək olar ki, zaman özü də bir ölçü vahididir. Onu cisimlərin dördüncü ölçü vahidi adlandırmaq lazımdır. Bu vəziyyət ömrün sərvəti və onun məhdudiyyətidir, hər an azalır, ondan bir yarpaq ayrılır, unudulmaq və sükunət əlinə tapşırılır və bir gün də (çox da yox) ötüb keçir.

Aydındır ki, belə sərvətə biganə yanaşmaq olmaz. Ondan düzgün faydalanmaq üçün daha çox diqqətli olmaq lazımdır. Çünki, keçib getmiş ömrü ikinci dəfə əldə etmək mümkün deyildir.

Yalnız məsələnin zahirinə baxan, yaradılışın hadisələrinə, onun ali və əsl məqsədlərinə diqqət verməyən, hər yerdə və hər şeydə bu əsasda fikir yürüdən, bu qiymətli sərvətin sahibi olan bir qism insanlar bu nəfis mətahı və ömrün qiymətli gövhərini sərf edib qurtardılar, əvəzində yeməkdən, içməkdən, tez ötüb keçən ləzzətlərdən başqa bir şey almadılar, həsrətdən və qəmdən başqa bir ehtiyatları olmadı.

Xudavəndi-aləm onlar haqqında buyurmuşdur:

“Onlar doğru yol (hidayət) əvəzində əyri yolu (zəlaləti) satın almış kəslərdir. Nəticədə onların ticarətlərinin faydası olmadı və hidayət olunanlardan da olmadılar.”2

Yaradılışın əsl məqsədinə diqqət yetirməyən, onu qeydsiz-şərtsiz məsrəf edən, xeyir və ziyanına e`tinasız olanların əksinə olaraq, çox dəqiq, anları belə hesaba alan, bir qrup zamanşünas adamlar da olmuşlar ki, öz ömrünün bir anını da faydasız, mə`nasız xərcləməmiş, əldən verməmişlər. Hətta onların baxışı və sükutu da daha çox xeyir götürməyə və daha üstün kamilliyə nail olmağa xidmət etmişdir.

Bununla belə onlar da başqaları kimi, bu dünyada müəyyən işlərlə məşğul olmuş, guşənişinliyə, tərki-dünyalığa, inzivaya çəkilməmiş və həyatın hay-küyündən uzaq olmamışlar. Onların da evi, zövcəsi, deyib-danışmağı, oyaqlığı, yatmağı, dərdi-dərmanı, ahı və fəryadı, qəmginliyi və şadlığı olmuşdur, ancaq heç vaxt səhv etməmişlər, öz sevdiklərindən əl çəkməmişlər, əsl məqsədi unutmamışlar. Xudavəndi-aləm onların şə`nində belə buyurmuşdur:

“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən saxlamaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar.”

Çox qiymətli ömrün sərvəti, mətahı və onunla sövdələşənlərin vəziyyəti belədir. Yaxşısı budur ki, bu məsələnin daha yaxşı aydın olması üçün yenə, şəhidlərin sərvəri, cəsurların rəhbərinin evinə baş çəkək və İslamın rəşadətli övladı İmam Hüseyn (əleyhissalam)-dan dəyərli bir mətləb öyrənək, onu dünyanın qaynar bazarının mehvəri sayaq ki, öz əziz ömrümüzün qiymətli sərvətini müft uduzmayaq.

Şəhidlərin sərvəri özünün dürr saçan kəlamlarının birində dünya insanlarına xitab edərək belə buyurmuşdur:

“Sizin (canınız və ömrünüz) üçün behiştdən qiymətli bir şey yoxdur. Elə isə diqqətli olun və onu behiştdən başqa bir şeyə satmayın ki, ziyana düşərsiniz.”1

Şəhidlərin sərvəri başqa bir hədisdə belə buyurmuşdur:

“Hər kəs Allahın ne`mətlərindən və və`dlərindən yalnız dünyadakı həyatla kifayətlənərsə, həqiqətən ən alçaq bir şeyi seçmişdir.”




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin