İmam Sadiqin (ə) bəyani ilə yaranişİn siRLƏRİ


Yağış yağmasının faydalrı və onda olan hikmətlər



Yüklə 354,21 Kb.
səhifə17/20
tarix30.10.2017
ölçüsü354,21 Kb.
#22877
1   ...   12   13   14   15   16   17   18   19   20

Yağış yağmasının faydalrı və onda olan hikmətlər


Yağışın yağmasının hikməti haqda təfəkkür et. Məsləhət belə olmuşdur ki, yağış hündürlükdən yerə tökülsün. Ki, uca və hündür nöqtələr lazımı qədər suvarsın. Əgər yağış aşağıdan yağsaydı, bə`zi hündür yerlərə yetişməzdi. Nəhayət tarlaların sayı azalardı.

Yağışın yağmağı ilə torpaq dirilir, geniş çöllər və dağların ətəyi çəmənliyə çevrilir. Həm də bu yolla su daşımaq insanların boynundan götürülür.

Həmçinin.belə məsləhət görülmüşdür ki, yağış damla-damla və yavaş-yavaş yağsın və bu yolla torpağı suvarsın. Əgər yağış surətlə yağsaydı, tarlalar məhv olardı. Bəs onun tədriclə yağmağı torpaqda olan toxmaların göyərməsi və onların canlanmas üçün əlverişlidir.

Yağışın başqa faydaları da vardır. O cümlədən:

Yağış torpağı yumşaldır.

Havanı saf və təmiz edir və vəbanı aradan aparır. Ağacların və bitkilərin bəlası adlanan “Yarğanı” məhv edir.

Əgər bir kəs desə: Bə`zi illərdə yağışın şiddətli yağması məgər çoxlu zərərlər əmələ gətirmir? Dolu dənli bitkiləri məhv etmir və ondan əmələ gələn buxar çoxlu xəstəliklər və bəlalar əmələ gətirmir?

Onun cavabında deyilməlidir ki,: Bəzən yağış hədsiz şəkildə yağır. Buda insanın xeyrinədir. Bu işlə o günaha bulaşmaqdan və onda israr etməkdən pəhriz edir. Bu vaxt onun dini və uxrəvi məsləhəti malına dəyən ziyandan çox mühümdür.


Dağların faydası


Ey Müfəzzəl! Daşdan və torpaqdan əmələ gələn dağlara nəzər sal. Qafillər fikirləşirlər ki, onlar artıq və faydasızdırlar. Halbuki, onların çox faydası vardır. Qar dağların başında qalır. Ta onlar ki, ona möhtacdılar ondan faydalanırlar. O vaxt ki, onlar əriyir bulaqlar, çaylar və arxlar su ilə dolur. Nəticədə dağlarda, çöllərdə və səhralarda bitməyən dərman bitkiləri əmələ gəlir.

Həm də dağlarda mağaralar və dərələr olduğuna görə vəhşi heyvanlar və yırtıcılar orda yaşayırlar.

Insanlar dağdan düşmənlərinin müqabilində möhkəm qalalar düzəldirlər.

Onun daşlarından ev tikmək və dəyirman daşı hazırlamaq üçün istifadə edirlər. Həmçinin dağlarda növbənöv mə`dənlər və cəvahirlər gizlənmişdir.

Dağlarda başqa faydalar və mənfəətlər də vardır ki, onun müdəbbiri1 daha yaxşı bilir.

Mə`dənlər və insanın onlardan istifadə etməsi


Ey Müfəzzəl! Mə`dənlər və onlardan xaric olan təbaşir, əhəng, sürmə, alminum, mis, qızıl, gümüş, yaqut, zümrüd, və s.daşlara nəzər sal.

Həmcinin qır, mumya, kükürd, neft və digər əşyalar da xaric olur ki, insanlar öz ehtiyaclarını ödəmək üçün ondan istifadə edirlər.

Insanlar tamahlarına uyğun olaraq, həddən artıq çalışsalar da cəvahir düzəldə bilmədilər. Çünki əgər belə olsaydı, şübhəsiz onların ixracı və istehsalı çoxalardı və hər yerdə bol olardı. Qızıl və gümüş o qədər çoxalardı ki, onların qiyməti insanların yanında çox aşağı düşərdi. Bu yolla alverdə və başqa müamillərdə onlardan güdülən əsas məqsəd aradan gedərdi.

Bununla belə ona bürüncdən, gümüşdən qızıldan və torpaqdan şüşə düzəltmək elmi verildi. Bu iş onun ziyanına deyildi.

Indi bu işdə olan hikmət və tədbirə diqqət et. Allah-Taalaistəyir ki, bəndələri onun geniş xəzinəsini və qüdrətini tapsınlar və bilsinlər ki, əgər Allah istəsə onlara gümüşdən dağlar verə bilər. Lakin bu məsləhət deyil. Çünki işarə olunduğu kimi əgər bu cür olsa cəvahirin qiyməti aradan gedər.

Bunu bil ki, insanların düzəltdiyi bir şey o vaxt qiymətli olar ki, həmin şey az və tapılmayan ola. Ancaq o vaxt ki, çox oldu və hər yerdə tapıldı, onun qədr-qiyməti olmaz. Xülasə bir şeyin qədr-qiyməti onun olmaması və tapılmamasındadır.


Bitkilərin faydaları


Ey Müfəzzəl! Ağac və onun insanın ehtiyaclarını ödəməsi və faydaları haqda fikirləş. Onun meyvələri qidalanmaq üçün, şaxələri yandırmaq üçün, budaqları və onun şirəsi müxtəlif sahələrdə istifadə olunur.

Heç bilirsənmi ki, əgər meyvələr yerin üstündə olsa, bizə nə qədər ziyan dəyər? Bu vaxt qidanın olmasına baxmayaraq, insan odunun, çubuğun və samanın faydalarından məhrum olardı.


Dənli bitkilərin sirri


Ey Müfəzzəl! Tarlaların, dənli bitkilərn çoxluğu haqda təfəkkür et. Bir dən yüz dənə olur. Nə olardı əgər hərdən bir dən verərdi? Bu əkinçilərin ruzusunu tə`min etmək və gələn il üçün toxumun olmasına görədir.

Xurma ağacının da meyvəsi bol olur. Ona görə də onun budağından, yarpağından və həmdə özündən faydalanırlar. Niyə belədir? Bu insanların öz ehtiyaclarını ödəmək üçündür.


Dənlərin örtülməsinin sirri


Paxla, mərci və vələmir kolunun forması haqda fikirləş. Onların dənləri kisələrə və qablara qoyulmuşdur ki, möhkəmlənsin və bəlalardan amanda olsun.

Buğda və onun kimi bitkilər də salxım şəklində möhkəm qabıqların arasında qərar verilmişdir. Dənlərin başına nizə kimi bir şey də qoyulmuşdur ki, quşların onları yeməsinin qarşısını alsın. Və əkinçilərə ziyan dəyməsin. Əgər bir kəs deyə: Məgər quşlar buğdadan yemirlər? Cavabında deyilməlidirki, bəli. Təqdir belədir. Bu bitkilər belə yaradılmışdır ki, quşlar onu viran edə bilməsinlər. Əgər quşlar dənləri açıq-aşkar görsələr, onların ona hücum etməsini mə`nasız olardı. Quşlar özlərinə lazım olan ruzunu onlardan götürür və onun çoxu insan üçün qalır. Çünki insan quşlardan mühümdür, həm də bu işin zəhmətin və əziyyətin insan çəkmişdir.


Ağac və bitkilərin yaranışının hikməti


Ağacların və bitkilərin yaranışına nəzər sal. Ağac da heyvan kimi həmişə qidaya möhtacdır. Amma onun yeməyi götürməsi üçün ağzı və hərkəti yoxdur. Ağacın kökləri yerin dərinliklərinə gedir və qidanı ordan götürüb budaqlarına, yarpaqlarına və meyvələrinə verir. Bəs “yer” bir ana kimi onu bəsləyən və “köklər” qidanı götürmək üçün ona lazım olan ağızdır. Heyvanalrın öz uşaqlarına süd verdiyi kimi köklər də ağacın qidalanmasında böyük rol oynayır. Xeymənin möhkəm dayanması üçün iplərlə yerə bağlandığı kimi ağacın kökləri də yerin altında bir neçə tərəfə paylanmışdır.

Yaradanın hikmətinə diqqət et. Insanlar da xeymələrin möhkəm olması üçün ondan bəhrələnirlər.


Ağacın yarpağının yaranışı və vəsfi.


Indi də ey Müfəzzəl! Yarpağın Yaranışı haqda təfəkkür et. Yarpağın səthi damar kimi şeylərlə örtülmüşdür. Onların bəzisi böyük və uzun, bəzisi isə nazik və zəifdir.

Əgər belə bir işi qurmaq istəsə, bir ilə də ona nail ola bilməz. Həm də bunun üçün bir çox şeyə ehtiyacı olar. Bir halda ki, bahardan bir neçə gün keçməsi kifayətdir ki, hər yer yarpaqla dolu olsun.

Bununla belə zəif, dəqiq və nazik yarpaqların sirrini bilməyin yaxşı olar.

Bu damarlar suyun yarpaqlara yetişməsi üçündür. Necə ki, damarlar qidanı bədənin hər yerinə yetirir. Bu damarlar bundan əlavə yarpağın süst olmasının qarşısını alır. Buna görə də insan parçadan yarpaq düzəldəndə onun hər tərəfinə taxta qoyur ki, süst olmasın. Bil ki, insan təbiətdə gizlənmiş hikmətlərin həqiqətinə yetişə bilməsə də, onun işi bir növ təbiətin bəyan edicisidir.



Yüklə 354,21 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin