Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə47/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   43   44   45   46   47   48   49   50   ...   111

CAVANLARIN VƏZİFƏLƏRİ


Rəvayətlərdə müqəddəs İslam dininə mö`təqid olan cavanların vəzifələri mə`lum olur. Onlar həmişə bilməlidirlər ki, ata-analarının onların boynunda böyük haqları vardır. Vəzifələri budur ki, valideynlərinin haqqını tanısınlar, onlara qarşı diqqətsiz olub, qəzəblə baxmasınlar. Valdeynlər öz vəzifələrinə yaxşı əməl etməsələr də, övlad bir vəzifə kimi bunları yerinə yetirməlidir.

İmam Sadiq (əleyhissalam) buyurur:r kim valideynin üzünə hirs və qəzəblə baxsa, onlar övlad haqqında vəzifələrini yerinə yetirməsələr də, Allah övladın namazını qəbul etməz."1

Göründüyü kimi bu hədisdə aşkarcasına bildirilir ki, əgər valdeynin övladına zülm etməsi fərz olunsa da, onu görməməzliyə vurub övladçılıq vəzifəmizi yerinə yetirməliyik.

GÜNAHLARIN TƏ`SİRİ VƏ ATANIN QƏTLİ


Məhəmməd ibni Səhldən rəvayət olunur ki, Müntəsərin xilafəti dövründə günlərin birində gözüm, üstündə şahların şəkli çəkilmiş xalçaya düşdü. Farsca aşağısında yazılmış, yazıya diqqət etdim. O xalçada bir padşahın şəklini gördüm ki, başında tac və altında bu sözlər yazılmışdı: Bu atasının qatili, Xosrov Pərvizin şəklidir. Atasının qətlindən sonra altı aydan çox şahlıq etməmişdir. Ondan başqa şəkilləri də gördüm. Birdən gözüm xalçanın sol tərəfinə düşdü. Padşahın şəklini gördüm ki, altında yazılmışdır. “Bu şəkil Yəzid ibni Vəlid ibni Əbdül Məlik, əmisi oğlu Vəlid ibni Yəzid ibni Əbdül Məlikin qatilinin şəklidir. Şahlıq müddəti altı ay olub. Sonra Müntəsərin şəklinə baxdım. Zehnimə gəldi ki, Müntəsərin də xəlifəliyi altı aydan çox çəkməyəcək. Çünki, o da atasının qatili olub. 1

Bəli, Mütəvəkkil bəni Əbbas xəlifələrindən biri idi. Əmirəlmö`minin Əli (əleyhissalam)-ın müqəddəs vücuduna qarşı kinli olub, onun adını həmişə “Əbu Turab" ləqəbi ilə yad edərdi. Özünün sarayındakı ümumi məclislərindən birində Həzrətin adına hörmətsizlik edib, ona cəsarət edir. Cavan oğlu Müntəsər Əbbasi məclisdə idi. Atasının Əli (əleyhissalam)-a qarşı bu çirkin rəftarından qəzəblənir. Bə`zən ona etiraz edir, bə`zən də sakit dayanırdı. Tainki, günlərin birində böyük şəxsiyyətlərdən təşkil olunmuş ümumi məclisdə, Mütəvəkkil Həzrətin müqəddəs adını çirkinliklə yad edir. Müntəsər çox qəzəblənib atasına e`tiraz edir. Mütəvəkkil hamının gözü önündə oğlu Müntəsəri təhqir edir. Ona bu məzmunda bir ş`er deyir.

Bu cavana bax! Əmisi oğlunun arxasınca hirslənib qəzəblənir. Başın ananın övrətinə olsun!"

İyirmi beş yaşında cavan Müntəsər ümumi məclisdə atasının bu hörmətsizlik və təhqirinə dözə bilməyir. Ona görə də, intiqam almaq fikrinə düşüb atasını öldürmək planı çəkir.


MÜTƏVƏKKİLİN QƏTLİ VƏ BU ÖLÜMÜN TƏ`SİRİ


Müntəsər, atasını qətlə yetirmək fikrinə düşən zaman bu məsələni, Mütəvəkkilin sarayında onun sirrini bilən bir neçə nəfər türk qulamları ilə araya qoyur. Əslində öz planını onların əli ilə həyata keçirir.

Gecələrin birində Mütəvəkkil sarayda özünün xüsusu şərab məclisini təşkil edib, yeyib-içməklə məşğul idi. Gecə yarıdan keçir. Sarayın məclis işlərinə baxan Bəğai Səğir məclisin dağılmasını e`lan edib, xəlifənin istirahət vaxtı olduğunu bildirir. Hamı saraydan çıxır. Sarayda qalan təkcə, Mütəvəkkilin yanında böyük məqamı olan Fətih ibni Xaqan qalır. Bu vaxt türk qulamları sıyrılmış qılıncla xəlifənin otağına həmlə edirlər.

Fətih ibni Xaqan Mütəvəkkilin canını qorumaq üçün özünü onun üstünə atır. Lakin, bu işin faydası olmur. Hər ikisini tikə-tikə edirlər və həmin gecə, qanlı nizələri ilə Müntəsərə xilafət salamı verirlər.

Bu əhvalatda doğrudur ki, Mütəvəkkil (məsu`liyətsiz ata) özü öz qətlinə səbəb olur və həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) bu hədisinə aid olur: Əli (əleyhissalam)-a buyurur: “Ya Əli! Allah lə`nət eləsin o valideynə ki, övladlarının onların üzünə ağ olmasına şərait yaradırlar”.1 Lakin, başqa tərəfdən, atasını qətlə yetirmək günahının tə`siri səbəb olur ki, Müntəsərin ömrü altı aydan çox çəkməsin və həyat qapısı bu dünyada əbədi bağlansın.

Mütəvəkkilin ardıcıl məzəmmətləri səbəb olur ki, inadkarlıq atəşi daha çox şö`lələnsin. Nəticədə, öz övladı vasitəsi ilə onun canını yandırsın. Əli (əleyhissalam) bu barədə buyurur:

Məzəmmət və acıqlanmaqda ifrata varmaq inadkarın atəşini çoxaldır! "2


ATANIN ÖVLADA ŞƏR`İ HAQQI


Mühəqqiq Ərdəbili yazır:Ağıl və rəvayətlər, valideynin üzünə ağ olmağın haram olduğuna dəlalət edir. Ayələr və rəvayətlər, valdeynə itaətin vacib olmasını bildirir." Sonra yazır: Fəqihlər deyirlər: Əgər İmam tərəfindən byə getmək əmri verilməsə və ya kafirlər müsəlmanların ölkələrinə hücum etməyən halda, ata-ana övladlarını döyüşə getməkdən saxlaya bilərlər.1

Şəhid Saninin “Qəvaid" kitabında bu mövzudakı ifadəsi belədir: “Şübhəsiz ki, əcnəbilərə haram və vacib olan hər bir şey valideynə də o cürdür. Ata-ananın bu sahədə xüsusi hökmü vardır.



Birinci: Mübah səfər (övlada), ata-ananın icazəsi olmadan qadağandır.

İkinci: Şübhəli məsələlərdə də olsa, valideyndən itaət vacibdir. Çünki, şübhəli məsələnin tərki müstəhəbdir.

Üçün: Əgər xüsusi hökm olmasa, valideyin övladının cəbhəyə getməsinə mane ola bilər.

Dördün: Əgər iş, namaz qılmaqla, valideynə itaət arasında təzadd olsa, namazı gecikdirib valdeynə itaət etmək vacibdir.

Beşinci: Valideyn bə`zi vaxtlar övladını camaat namazından saxlaya bilər.2

  1. Yüklə 21,47 Mb.

    Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin