Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə16/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   12   13   14   15   16   17   18   19   ...   111

NAMAZIN FƏRDİ TƏ`SİRLƏRİ


Namazın fərdi xüsusiyyətlərindən biri budur ki, gün ərzində özünü beş dəfə Allah dərgahında hiss edən insanın ruhi qüvvəsini, əzmini və qərarını möhkəmləndirir. Nəticədə, müşkülatlar müqabilində dağ kimi dayanır.

Namazın, şəxsdə başqa bir tə`siri də budur ki, insan, özünü maddiyyat aləmindən ayırıb, İlahi səfərə çıxdığına görə qəlbi dünya aləminin kin-küdurətindən təmizlənir və aramlıq mərhələsinə yetişir. Nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) nə vaxt qarşıya çıxan hadisələrin tə`sirindən qəmgin olsaydı, namazın pənahına gedər və çoxlu namaz qılardı. Çünki, namaz, Allahla görüş halıdır. Allahın görüşünə tələsdiyinə görə dərd və qəm ondan ayrılırdı. Həzrət buyurur:

Sizlərdən r kim namaza dursa, Allahla münacat halətində olar və bütün diqqəti Allahadır. Bilir ki, Onunla özü arasında h bir fasilə yoxdur. Dualarını eşidir və nidasına cavab verir. Duasını qəbul edir.1

Namazın şəxsə başqa tə`sirlərindən biri də mal, məqam və dünyanın enişli-yoxuşlu həyatı üzündən insanda olan təkəbbür və qüruru aradan aparır. Bu da insandan ötrü, çalışdığı kamal nöqtəsidir.

İmam Xomeyni (Allah ona rəhmət eləsin) namazda qiyam, ruku və səcdələrin sirri barəsində buyurur:

“Namaz, mö`minin kamal me`racı, təqva əhlinin Allaha yaxın olmaq vasitəsi olduğuna görə biri digərinə müqəddimə olan iki işin möhkəmləndiricisidir. Birinci: Təqvanın həqiqəti sayılan, təkəbbür və özünü böyük sanmaqlıq halətini tərk etmək; İkinci: Me`rac və Allaha yaxınlaşmağın həqiqəti sayılan, "Allahı sevmək" və "haqq tələblik" halətidir. Ona görə də rəvayətdə var:

Namaz, hər bir təqvalı insanın Allaha yaxın olmasının amilidir.”

Qiyam, ruku və səcdə məqamları ilə iki halət hasil olur. "Qiyam" halətində, Haqqın hər işdə əsas və mütləq qüdrətli olduğunu bilərək, “özünü sevməklik" haləti tərk olunur. “Səcdə"də isə “özünü öymək" haləti tərk olunur. Mütləq şəkildə Allahsevər və Allahtələblik haləti vücuda gəlir. Bütün alimlərin məqamları bu üç halətdən ələ gəlir.1

Namazın fərdi tə`sirlərindən biri də insanın özünü islah etməsinə can atması və ən ali şəkildə əxlaqi fəzilətləri ələ gətirməsinə çalışmasıdır. İnsan, öz qəlbini rəzilət tikanlarından islah edir. Ona görə də Qur`ani-Kərim, doğru mö`minləri namazdan ələ gətirdikləri xüsusiyyətlərlə tə`rifləyir. "Mö`minin" surəsində buyurur:

qiqətən, mö`minlər nicat tapmışlar! O kəslər ki, namazlarında müti` olub (Ona) boyun əyərlər!”2

Ayədəki “əfləhə" sözü ərəbcədən, “fələh" və “fəlah" köklərindən olub, əslində, “yarılmaq" və “kəsilmək" mə`nasındadır. Sonradan hər növ qələbə və məqsədə yetişməklərə də aid olunmuşdur. Əslində, qələbə və nicat tapanlar, öz yollarında olan maneləri aradan aparırlar. Yollarını, son məqsədlərinə kimi yararaq irəli gedirlər. Rağib İsfahani özünün “Müfrədatul-Qur`an" kitabında bu mə`nanı şərh edərək yazır: "Fəlah" iki qismdir. Dünyadakı fəlah və axirətdəki fəlah. Dünyadakı fəlah üç şeydə xülasə olur: Əbədilik, ehtiyacsızlıq və izzət. Axirətdəki fəlah isə dörd şeydə olur: 1. Fənasız əbədiyyət; 2. Fəqrsiz ehtiyacsızlıq; 3. Zillətsiz izzət; 4. Cəhlsiz və nadansız elm. Bu ayədə mö`minlər təvazökarlıq sifəti ilə tanıtdırılır.

Ayədə “xaşiin" sözü ərəbcədən, “xuşu" kökündən olub, insanın təvazökar, cismi və ruhi cəhətdən ədəbinə deyilir. Bütün bu halət böyük bir şəxsin yaxud, mühüm bir həqiqətin müqabilində əmələ gəlir. Onun tə`siri insanın bədənində zahir olur. Bu ayə işarə edir ki, mö`minlərin namazı ruhsuz və sözlərdən ibarət olub, mə`nasız deyil, bəlkə də, Allaha elə diqqət edirlər ki, Ondan başqa hər şeydən ayrılırlar.


TƏVAZÖKARLIĞIN AMİLLƏRİ


1. İlk amil budur ki, insan elə bir elmə və mə`rifətə malik olsun ki, dünya onun nəzərində kiçik, Allah isə böyük və əzəmətli cilvələnsin. Əli (əleyhissalam), müttəqi və təqvalı şəxslərin əlamətləri barəsində “Nəhcül-bəlağə”də buyurur:

Allah, onların gözündə böyük cilvələndiyinə görə Ondan başqa nə varsa, hamısı onların yanında kiçikdir.”1

2. Namaz vaxtı müxtəlif işlər barəsində fikirləşməyib, fikrini yalnız, namaza cəm etsin və onun mə`nasına diqqət etsin.

3. Yer seçmək. Yə`ni, namazı elə bir yerdə qılsın ki, çoxlu zər-zibalı olmasın. Ona görə də görürük ki, şəkil, mücəssimə, müqabilində, keçid yolu, açıq qapı ağzında namaz qılmaq məkruhdur.

4. Günahdan çəkinmək, təvazökarlığın yaranmasında tə`sirlidir.

5. Namazın mə`nalarını, hərəkət və zikrlərinin hikmətlərini bilmək.

6. İstər müqəddimə, istərsə də əsl namazda, müstəhəbb işlərə əməl etmək.

7. Bu işin (təvazökarlığı), başqa işlər kimi çoxlu təkrara ehtiyacı olduğunu unutmaq lazım deyil.


NAMAZIN İCTİMAİ TƏ`SİRİ!


Namazın mühüm tə`sirlərindən biri də şəxsin başqalarının müqabilində məs`uliyyət hiss etməsindən ibarət, ictimai tə`siridir. Şübhə yoxdur ki, insan ictimai xüsusiyyətdə yaranmışdır. Dəstə cəm şəklində yaşamağa meyl etmək, insanın fitrətində qərar verilmişdir. İnsan, tənhalıqdan əziyyət çəkir. Onun zindanda tək qalması, ondan ötrü ən çətin əzabdır.

İnsanın iki növ məsuliyyəti var: Fərdi və ictimai məsuliyyəti. Fərdi məs`uliyyəti barəsində Qur`an buyurur: r kəs özünün qazandıqlarının zaminindədir.”2

“Nisa"surəsində buyurur: “Ey insan! Sənə yetişən r bir yaxşılıq Allahdandır, sənə üz verən r bir pislik isə özündəndir." Hər kəsin öz əməlləri və dedikləri müqabilində məs`uliyyəti vardır.

Amma, insanın ictimai məs`uliyyətində, hər hansı bir şəxsdən söhbət getmir. Bəlkə də, cəmiyyət və yaşayış mühiti öndədir. Hər kəsin yaşayış mühitində özünə görə vəzifələri vardır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “«Hamınız sorğu-sual olunacaqsınız!”

Namazın tə`sirlərindən biri də insanda ictimai məs`uliyyətin canlanmasıdır. Ona görə də şəriətdə tək namaz qılmaqla, camaat namazı arasında çox fərq var. Bu iki namaz, savab cəhətdən heç də bərabər deyildir. İslam, camaat namazına çox tövsiyə etmişdir. Ondan da mühüm, həftədə bir dəfə ibadi-siyasi namaz qərar vermişdir. Bu namazda, bütün müsəlmanlar bir sırada durub, cümə gününün xətibindən siyasi məsələləri, cəmiyyətdə baş verən giriftarçılığı eşidir və həll etməyə çalışırlar. Bütün müsəlmanlar cümə namazına durduqda, müsəlmanların cəlal və əzəməti cilvələnir. Bu da səbəb olur ki, kinli düşmənlər müsəlmanların əleyhinə hiylə qura bilməsinlər. Nəticədə, müsəlmanlar müstəqil bir millət olub, özlərinə arxalanır və həmişə şövkət və əzəmətli görünür.

Camaat namazında, camaatın sıx və münəzzəm durması savabdır. Maraqlı budur ki, fəqir, dövlətli, qara, ağ, şərqli, qərbli, bir sırada durur və namazdan sonra bir-birinin əlini sıxıb görüşürlər. Bu yolla, cəmiyyətdə bərabərlik ruhu canlanır. Həmişə insanlara əziyyət verən təbəqələşmə aradan gedir. Məhəbbət və səfa, düşmənçilik və kinələrin yerini tutur. Əhalinin camaat namazında hazır olması səbəb olur ki, camaat bir-birinin əhvalından xəbərdar olsun və günlərin birində onlardan kimsə məscidə gəlməsə, bu işin səbəbi ilə maraqlansınlar. Əgər müşkülü varsa, həll olunmasına çalışırlar. Ümumiyyətlə, namaz, bütün müsəlman millətlərini bir ümmət kimi qərar verir. Nəticədə, müstəqil cəmiyyət yaranır.


NAMAZIN ƏXLAQİ TƏ`SİRLƏRİ


İnsan, vücudundan rəzilət sifətlərini və özündə kök salmış çirkinlikləri özündən uzaqlaşdırmasa, Allaha yaxın ola bilməz. Həmçinin, qəlbin səfalaşmasından ötrü şərait yaratmaq lazımdır. Qur`an buyurur:

nahlardan və küfrdən təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!”1

Namaz, əxlaqi xüsusiyytlərin paklaşmasının vasitəsidir. Namaza davam etmək, insanı xeyirlə tərbiyətləndirir. Qur`an yenə buyurur:

qiqətən, namaz (insanı), çirkin və pis əməllərdən çəkindirir.”2 və onun vücudunda səadət və fəzilətin kökünü qoyur.

Bu ayə də həmin məsələyə işarədir. Buyurur:

Həqiqətən, insan (sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır! O kəslər ki, daim namaz qılarlar.”3

Müfəssirlərdən bir qismi ayədəki, “həlu" sözünü ərəbcədən “həris”, bə`ziləri isə “kəmhövsələ və az taqətli olmaq" kimi mə`nalandırırlar. Beləliklə, birinci təfsirə əsasən belə insanların vücudundakı üç xüsusiyyətə işarə olunur: 1. ris; 2. Əli bağlılıq; 3. Xəsislik. Amma ikinci təfsirə əsasən, iki məsələ: Əli bağlılıqxəsislik mə`nasında götürülür. Çünki, ikinci və üçüncü cümlələr (bu ayədən sonra) “həlu" sözünün təfsiri sayılır.4

Bu ayədə namazın, insanın vücudunda hərislik, tamahkarlıq, səbirsizlik və kəm hövsələsizliyi islah etdiyi bildirilir. Namaz qılanlardır ki, namaz sayəsində özlərini islah edə bilərlər. Çünki, namaz insanın həyatının əvvəl və axırını təfsir edir. Haradan gəlmisən, hara gedirsən və nəyə görə gəlmisən?

Məşhur İslam alimi Nəraqi (Allah ona rəhmət eləsin) özünün “Camius-səadat" kitabında nəql edir: Mövlamız Əmirəl-mö`minin Əli (əleyhissalam)-dan “səcdə” nin mə`nası barəsində soruşurlar. Həzrət buyurur: Onun mə`nası budur: “İlahi! Bizi torpaqdan yaratmısan."Səcdədən baş qaldırmaq yə`ni, “Bizi torpaqdan çıxarmısan." İkinci səcdə işarə edir ki: “Bizi torpağa qaytaracaqsan." Oradan baş qaldırmaq ona işarədir ki: “Bizi yenidən torpaqdan çıxaracaqsan!”5

Elə ki, insan bu ali mə`naya diqqət etsə, sözsüz ki nəfsini islah etməyə çalışacaq.


NAMAZ VƏ KAMALA YETMƏYƏ MANE OLANLAR


Bura qədər namazın əhəmiyyəti, hikməti, ictimai və əxlaqi tə`sirləri barəsində qısa bəhs etdik. İndi də belə bir mövzuya işarə edirik ki, İmam Səccad (əleyhissalam)-ın özü öz əməli ilə namazın haqqını tərəfdarlarına öyrədir. Bə`zən, Həzrətin bə`zi dostları çox namaz qılmağın ona ağır olmasını xəbərdarlıq edirdilər.

Əllamə Məclisi “Biharul-ənvar" kitabında nəql edir ki, İmam Hüseyn (əleyhissalam)-ın qızı Fatimə, Cabir ibni Abdullahın yanına gedib dedi:



Ey Allahın Rəsulunun səhabəsi! Bizim boynumuzda sizin haqqınız var. O cümlədən, o hüquqlardan biri budur ki, əgər bizim birimizi ibadət üzündən həlakətə düşəcəyini görsəniz, ona xəbərdarlıq edib, özünü hifz etməyi tapşırarsınız. Ey Cabir! Bu, Əli ibni Hüseyn (əleyhissalam)-dır ki, səcdənin əsərindən alnı piy bağlayıb, ayaqları vərəm olub və əti bədənində suya dönüb. Ondan istəyin ki, özünü qorusun!

Cabir, Həzrətdən daxil olmaq icazəsi istədi. İçəri girəndə Həzrətin ibadət mehrabında oturduğunu gördü. İmam durub Cabirin yanında oturur və ondan hal-əhval tutur. Cabir soruşur:

Məgər Allah Behişti sizin üçün və Cəhənnəmi düşmənlərinizdən ötrü yaratmamışdırmı? Nəyə görə bu qədər ibadətlə məşğulsan?

Həzrət buyurur: Ey Allahın Rəsulunun səhabəsi! Bilirsən ki, Allah onun keçmiş və gələcək günahlarından keçib, lakin, o, bir an da olsa ibadətindən əl çəkmədi? O qədər ibadət etdi ki, mübarək qədəmləri vərəm oldu. Ona deyiləndə ki: Allah sizin keçmiş və gələcək günahlarınızı bağışlayıb! "Buyurur: Məgər şükr edən bəndə olmayım?

Cabir, xahişinin Həzrətdə heç bir tə`sir qoymadığını anlayır. Ərz edir: Siz o kəslərdənsiniz ki, Allah sizin vasitənizlə bəlaları dəf edir, göyləri və yeri qoruyur.

Həzrət buyurur: Onlarla görüşənə qədər, ata və cəddimə iqtida edəcəyəm!

Cabir: Peyğəmbərlərin övladları arasında Əli ibni Hüseyn kimisini görmədim!1

“Fəqih Tavus" nəql edir: İmam Səccad (əleyhissalam)-ı işa namazından sonra sübhə kimi Kə`bə evini təvaf edib, ibadət etdiyini gördüm. Elə ki, təvaf edənlərin azaldığını və səhnənin xəlvət olduğunu gördü, başını göyə tərəf qaldırıb buyurdu:

Pərvərdigara! Ulduzlar azalıb qürub etdilər. Gözlər yuxuya getdi. Ancaq, Sənin rəhmət qapıların sual edənlərin üzünə açıqdır. Pərvərdigara! Sənin evinin qapısına gəlmişəm ki, mənə rəhm eləyəsən. Məni bağışla və mənə tərəf bax! Cəddim Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) çöhrəsini Qiyamətdə...." Sonra ağladı və ərz etdi: İzzət və cəlalına and olsun! Günah etməklə, Sənin iradənin müxalifində olmaq fikrim yoxdur. Günah görərkən, Sənin əzab-əziyyətinə cahil deyiləm. Sənin əzabına mə`ruz qalmaq istəmirəm. Nəfsim məni aldatmaq istədiyi zaman Sənin rəhmətin bu yerdə mənə kömək edir!

İlahi! Sənin əzabından məni kim azad edə bilər? İlahi! Əgər nicat ipini məndən kəssən, hansı ipdən yapışaram? Vay olsun mənə ki, sabah Qiyamətdə Sənin dərgahında duracağam və yükləri yünl olanlara deyiləcək: Gedin! Yükləri ağır olanlara: Qalın! -deyiləcək. Bilmirəm, yünl yüklülərdən olub keçəcəyəm yoxsa, ağır yüklülərdən olub saxladılacağam? İlahi! Ömrüm nə qədər çox olarsa, xətalarım çoxalar! İndi vaxt yetişib ki, tövbə edəm!" Sonra ağlayıb bu məzmunda şe`r oxuyur:

Ey mənim sonsuz arzum! Məni atəşdə yandırmaq istəyirsən?



Bəs mənim ümidim kimədir? Orada dostluğum necə olacaq?

İlahi! Xətalı əməllərlə dərgahına gəlmişəm!

Ruzigarda cinayəti mənim kimi olan yoxdur!”

Sonra ağlayıb səcdə edir. Yaxşı hal tapmışdı. Tavus deyir: Həzrətin başı üstünə getdim. Mən də ağladım və göz yaşımdan Həzrətin üzünə düşdü. Həzrət buyurdu: Məni Pərvərdigarın zikrindən ayıran kimdir?”

Ərz etdim: Mən Tavusam. Peyğəmbərin övladlarındanam. Nəyə görə belə edirsiniz? Bu halət və ağlamaq nədir? Biz də sizin kimi olmağa məcburuq. Ağacan! Atanız belə edib? Ananız Fatimə və cəddiniz, Allahın Rəsulu bu cür edib?

Həzrət mənə diqqət edib, buyurdu: Ata, ana və dd söhbətini kanara qoy! Allah-taala Behişti, qul və bəşi olsa da, itaət edən bəndələrdən ötrü yaradıb. Atəş və Cəhənnəmi qureyşin ağası da olsa, nahkarlardan ötrü yaradıb. Məgər eşitməmisən ki, Allah-taala buyurur:1

Sur çalındığı n artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub, hal-əhval tutarlar.”2

NAMAZ VƏ GÜNAHIN BAĞIŞLANMASI


Namazın haqqı mövzusunun sonunda İmam Səccad (əleyhissalam) buyurur:

Namazda vücudunu əhatə edib, həlakətinə səbəb olacaq günahlarının bağışlanmasını Allahdan istə!”

Əvvəlcədən işarə olundu ki, namaz, insanı çirkinlik və pis işlərdən saxlayır. İndi də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), namazı günahların bağışlanmasını necə tanıtdırdığına nəzər salaq.

İmam Baqir (əleyhissalam), cəddi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) dilindən nəql edir ki, buyurur:3



"Əgər sizlərdən birinin yətindən çay axsa və min şəxs ndə beş dəfə özünü bu çayda yusa, bədənində bir çirk qalarmı? Ərz etdim: Xeyr! Buyurdu: Namaz, axan çayın məsəli kimidir. Namaz qılanın, iki namazın arasında etdiyi xətalar bağışlanılır! "

Bu bənzətmədə, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) namaz qılan haqqında buyurduqları, şəraitə uyğun hərəkət edərsə, şübhəsizdir və bağışlanar. Əmirəl-mö`minin Əli (əleyhissalam)-da “Nəhcül-bəlağə”də əshabını tövsiyə və sifariş edərək buyurur:

"Namazın əməllərinə öhdədar olun! Namazı qoruyun! Çox namaz qılın və onun vasitəsi ilə Allaha yaxın olun. Çünki, namaz, mö`minlərə müəyyən vaxtlarda yazılmış və vacib buyurulmuşdur. Məgər Cəhənnəm əhlinin, onlardan soruşanda ki, "sizin atəşə düşməyinizə nə səbəb oldu?- cavabını eşitməmisiniz? Cavabları bu olar ki, namaz qılan olmamışıq.

Sonra İmam Əli (əleyhissalam) buyurur: Namaz, insanın nahlarını ağacın yarpağı kimi tökür. Qul, öz qulluğundan azad olduğu kimi namaz qılan da xətalarından bağışlanılar.”1



  1. Yüklə 21,47 Mb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin