30. PİŞNAMAZIN HAQQI
وَأمّا حَقُّ إمَامِكَ فِي صَلاتِكَ فَأَنْ تَعلَمَ أنّهُ قَدْ تَقَلَّدَ السِّفَارَةَ فِيمَا بَيْنَكَ وبَيْنَ اللَّهِ وَالْوِفَادَةَ إلَى رَبكَ، وتَكَلَّمَ عَنْكَ وَلَمْ تَتَكَلَّمْ عَنْهُ، وَدعَا لَكَ وَلَمْ تَدْعُ لَهُ، وَطَلَبَ فِيكَ وَلَمْ تَطْلُبْ فِيهِ، وَكَفَاكَ هَمَّ الْمَقَامِ بَينَ يدي اللهِ وَالمُسَاءَلَةَ لَهُ فِيكَ وَلَمْ تَكْفِهِ ذَلِكَ، فَإنْ كَانَ فِي شَيْءٍ مِنْ ذَلِكَ تَقْصِيرٌ كَانَ بهِ دُونَكَ، وَإنْ كَانَ آثِماً لَمْ تَكُنْ شَرِيكَهُ فِيهِ وَلَمْ يَكُنْ لَهُ عَلَيكَ فَضلٌ، فَوقَى نَفْسَكَ بنَفْسهِ، وَوَقَى صلاتَكَ بصَلاتِهِ، فَتَشْكُرَ لَهُ عَلَى ذلِكَ. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.
"Camaat namazında, sənin pişnamazının haqqı budur ki, biləsən, o, Allaha tərəf seyr etməyi Allahla sənin aranda öz öhdəsinə götürmüşdür. O, bu məqamda sənin tərfindən söz danışır və sən onun tərəfindən danışmırsan. O səndən ötrü dua edir, amma sən ondan ötrü dua etmirsən. O səndən ötrü Allahdan istəyir, amma sən ondan ötrü istəmirsən. Allah-taalanın dərgahında dayanmaq və sənin tərəfidən istəmək kimi əhəmiyyətli və məs`uliyyətli bir işi öz öhdəsinə almışdır. Sən isə ona görə bir şeylə kifayətlənməyib, öhdənə bir şey almırsan. Əgər bu işdə bir eyb qarşıya çıxsa, sən yox, o cavabdehdir. O, özünü sənə, namazını isə sənin namazına sipər qərar verib. Bəs buna görə də, ona təşəkkür etməlisən. Allah tərəfindən başqa heç bir güc-qüvvət yoxdur!"
İmam Səccad (əleyhissalam)-ın buyurduqlarının xülasəsi budur:
Namaz qılan bilməlidir ki, pişnamaz, Allahla onun arasında vasitə olub, onun tərəfindən söz danışır, dua edir və dua məqamında onun tərəfindən təvazökarlıq və razi-niyaza dözür. Əgər onun namazında qüsur və naqislik olarsa, imam camaat cavab verər, günahında da, heç kəs şərik deyildir.
Pişnamazın, arxasında durub namaz qılanın heç bir üstünlüyü yoxdur, bəlkə də, pişnamaz, Allah dərgahında sənin namazını qoruyandır.
Bu fəsildə bəhs, namazın əslindən yox, pişnamazdan gedir. Mehrabda duran pişnamaz, bütün namaz qılanları Şeytanla döyüşə və mübarizəyə cəm etmişdir. Həmçinin, pişnamaz, bütün namaz qılanları, Allahın feyz və rəhmətini qazanmağın qaynağına cəlb etmiş, qəlb karivanını Allaha tərəf çəkib, onların hamısının tərəfindən ən nəhayət təvazökarlıq və pişnamazlığı ilə dövlətli və kasıbı bir yerə cəm etmişdir. Padşah-rəiyyət, ağ-qara, alim-cahil, dövlətli-kasıb, hamısını bir sıraya düzüb, təkəbbürü aradan aparmışdır.
CAMAAT NAMAZININ HİKMƏT VƏ TƏ`SİRLƏRİ
Allah-taala, insanların kamal yolunu seyr edib, mö`minlərin ibadətin bərəkət və tə`sirlərindən bəhrələnmələrindən ötrü bə`zi ibadətləri birlikdə və xüsusi vaxtda qərar vermişdir. Camaat namazının tə`sirləri aşağadakılardan ibarətdir:
Birinci: Hamının namazda eyni halda rukuya, səcdəyə gedib təşəhhüdü demsilə, Allah-taalanın əzəmət və camalının insanların qəlbinə nüfuzu.
İkinci: Müsəlmanların camaat namazı vasitəsilə şövkət və əzəmətlərin cilvələnməsi.
Üçüncü:Bir sıra işlərin nəzmini tanıyıb pişnamaza iqtida etməklə, işlərin yola düşməsi.
Dördüncü: Beş vaxt camaat namazının vasitəsilə ictimai bağlılıq, ülfət və qardaşlığın vücuda gəlməsi.
Beşinci: Camaat namazı qılınması sayəsində, namaz qılanların bir-birinə şəhadət vermələri və alış verişdə inanıb e`timad etmələri.
Altıncı: Camaat namazının ilk vaxda bərpa olunmasına görə Allaha yaxın olub, duaların qəbul olunması.
Yeddinci: Camaat namazında insan bütün maddi aləmə olan meyillərindən ayrılıb, "Təkbiratul-ehram" deməklə, Allahdan başqa hər şeyi arxada qoyub, yalnız, Allaha təvəccö etməsi.
Səkkizinci: Camaat namazları səbəb olur ki, məscid və ibadətgahlar düzəldilsin. Bu da, həm zahiri, həm də batini düzəlişdir.
Doqquzuncu: Namaz qılanların bir-birindən xəbərdar olması, camaat namazı sayəsində qardaşlıq və ülfətin möhkəmlənməsi.
Onuncu: Müxtəlif şəxslərin bir yerə toplanması, kasıb-dövlətli, qara-ağ, ağa-nökər, alim-cahil hamısı bir sırada dururlar. Camaat namazı, insanlar arasında millətçilik və ayrı-seçkiliyi aradan qaldıran ən yaxşı amildir.
Ayrı-seçkilik və ictimai təbəqələşmə, camaat namazında iştirak etməklə aradan qalxır. Müsəlmanları camaat namazına rəğbətləndirən rəvayətlər arasında bu, tə`sirlərin çoxusu açılıb şərh edilmişdir. Bu rəvayətlərdən bə`zilərini nəql etməklə, camaat namazının savabı ilə tanış olaq.
Dostları ilə paylaş: |