Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


CAMAAT NAMAZININ ƏHƏMİYƏTİ AŞKARDA OLMASIDIR



Yüklə 21,47 Mb.
səhifə62/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   58   59   60   61   62   63   64   65   ...   111

CAMAAT NAMAZININ ƏHƏMİYƏTİ AŞKARDA OLMASIDIR


İmam Rza (əleyhisalam)-dan nəql olunur ki, buyurur:Camaat namazı o, cəhətdən şəriətdə tə`yin olunub ki, bəndələrin Allah müqabilində ixlası və təslim olması yalnız, pərdəsiz və aşkarda ibadəti ilə təhəqqüq tapır. Bu işin miyyət içində baş verməsi, şərq və qərbdə insanların yalnız, tək Allahları olmasına dəlalətdir. Münafiq və xar olunmuş, dili ilə iqrar etdiyini aşikarda yerinə yetirsin və bununlada, onların İslamda olmaları aşkar olsun. Bunlardan əlavə, camaat namazında insanların bir-birinin əlindən tutub köməklik stərmələri, Allaha pərəstiş və dostluq asanlaşır. Camaat namazı, Allahın nəhy buyurduğu bir çox şeylərdən çəkinilməsinə səbəb olur."

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) camaat namazının fəziləti barəsində buyurur:



"İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: r kəs ndəlik namazlarını camaatla qılsa, onun barəsində xeyirə fikirləşin. “

Bu həmin məsələdir ki, əvvəlcədən işarə etmişdik. O da namaz qılanların bir-birinə e`timad etmələridir. Əvvəlki rəvayətdə İmam Rza (əleyhissalam) buyurur: Ümumiyyətlə, Allah-taala, camaat namazının şəriətdə tə`yin edib ki, bəndəlik və Allaha ibadət insanların gözü önündə aşkarda keçirilsin. Dünyanın şərq və qərbində hamı bu İlahi fərizəni dərk etsinlər.

Həmçinin, İmam (əleyhissalam) həmkarlıq və köməkliyə işarə edərək, buyurur: Camaat namazının bərəkətlərindən biri də, cəmiyyətdə pis və bəyənilməmiş işlərin qarşısı alınır, insanlar arasında yaxşı işlər artır.

Məşhur İslam alimi Hacı mirzə Cavad Mələki Təbrizinin "Əsrarus-salat" kitabından


Camaat namazının şəriətdə tə`yin olunmasının əsas hikməti, Allah qarşısında vəzifələrini yerinə yetirməkdə müsəlmanların birliyinin olmasıdır. Bu birliyin hədsiz dərəcədə faydaları vardır. Bundan əlavə, camaat namazının, nəfslərin kamala yetib, Allah yolunda qüvvət tapması və Onun rəhmətinin cəlb olunmasında böyük rolu vardır. Çünki, əgər onlardan hər birisinə Allahın rəhməti aid olsa, xüsusilə əgər onların birliyi Allaha görə və Onun yolunda olsa, bu rəhmət, ləyaqətləri olmasa da, hamıya aid olar.

Cəmiyyətin qəlblərinin birliyi, az suların bir-biri ilə birləşməsi kimidir. Belə sular birləşərkən, az su hökmündən xaric olub, kür su olur. Bununla da, az nəcasətlə paklıqları aradan getməz.

Ümumiyyətlə, mühüm qəlblərin birliyidir. Bəs hər kəs, qəlbləri Allah yolunda bir-biri ilə bağlı olan cəmiyyətlə namaz qılmağa fürsət tapsa və cammat namazı qılsa, ravayətlərdə camaat namazının fəziləti barəsində nəql olunanlara aid olmasına ümidvar ola bilər. Lakin, hər kim camaata qarşı qəlbində kin-küdurət olan halda camaat namazı qılsa və rəvayətlərdə Allahın camaat namazına verdiyi savaba ümidvar olsa, bilsin ki, bu arzu qürur və özünü aldatmaqdan başqa bir şey deyldir.

Qəlbini paklaşdırıb nəfsini təmizləyən hər bir pişnamazı, sözsüz ki, hamı tanıyıb sevəcəkdir. O da öz növbəsində həmin İlahi məhəbbətin onunla mö`minlar arasında olduğuna xatir, onlara qarşı özlərindən də qabaq məhəbbətli olub, onları çox sevər. Nəticədə, onların camaat namazları İlahi istək üzrə olub, savabı çox olacaqdır.

Lakin, qəlbləri bir-birinə qarşı kin-küdurətdə olub, müxalif niyyətli, zahirdə bir yerə yığışıb camaat namazı qılanlar, biri digərinin pisliyini istəyənlər, Allahın başqasına verdiyi ne`mətə xatir həsəd aparanların namazları heç də güman edilmir ki, bu İlahi feyzə çatsın və belə cəmiyyətin Allah yanında fəziləti olsun. Çünki, ibadətin əsası budur ki, qəlbə müsbət tə`sir qoyub onu nurlandırsın.1

Camaat namazının savabı


Əbi Səid Xidri, İslam Peyğəmbərindən (əlləlləahu əleyhi və alehi və səlləm) nəql edərək buyurur:

"Əsr namazından sonra Cəbrail yetmiş min mələklə nazil olaraq buyurdu: Ya Məhəmməd! Allah-taala salam göndərir və səndən əvvəl heç bir peyğəmbərə vermədiyi iki hədiyyəni sənə bağışlayır. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşur: O iki hədiyyə nədir?

Cavab verir: Birinci: Bir rək`ətvitr" namazı. İkinci: ndəlik beş vaxt namazı camaatla birlikdə qılmaq.

Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşdu: Mənim ümmətim üçün camaat namazında nə savab var? Cəbrail buyurur:

Ya Məməmməd! Camaat namazında iki nəfər olsa , hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə yüz əlli rəkət namazın savabını yazar. Üç nəfər olarsa, Allah-taala onların hər birinə hər bir rəkətə görə iki yüz əlli rəkət namazın savabını yazar. Namaz qılanlarının sayı dörd nəfərə çatarsa, Allah-taala onların hər birinə, hər bir rəkətin müqabilində min iki yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı beş nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə min üç yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı altı nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə iki min dörd yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı yeddi nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə dörd min altı yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı səkkiz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə doqquz min altı yüz rəkət namazın savabını yazar.

Əgər namaz qılanların sayı doqquz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə on doqquz min rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı on nəfərdən çox olarsa, yer və göylərdəki dəryalar mürəkkəb, ağaclar qələm, bütün cin, insan və məlaikələr yazan olsalar, onların namazlarının bir rəkətinin savabını yazmağa qüdrətləri olmaz.

Ya Məhəmməd! Mö`minin "təkbir"lə (Allahu-Əkbərlə) qoşulduğu camaat namazının savabı, ondan ötrü vacib olmayan yetmiş həcc və min ümrədən üstündür.”1

Başqa bir rəvayətdə, ravi İmam Sadiq (əleyhissalam)-dan soruşur: “İki nəfərlə camaat namazı bərpa olurmu? Buyurur: Bəli! İkinci nəfər pişnamazın sağ tərəfində durmalıdır1

Başqa bir hədisdə nəql olunur ki, Cuhni adlı bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və soruşur: Mən səhralıqda yaşayıram. Azandan sonra zövcəm, övladlarım və xidmətçilərimlə birlikdə camaat namazı qılıram. Bu camaat namazı sayılırmı? Həzrət buyurur: Bəli!

Bütün bu rəvayətlərə diqqət etdikdən sonra nəyə görə əmirəl-mö`minin Əli (əleyhissalam)-ın şiələri bu qədər savabı əldən verməlidirlər? Məgər bu, ən pis xəsarət sayılmazmı?



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin