وَأمّا حَقُّ الجَارِ فَحِفْظُهُ غَائِبًا وَكَرَامَتُهُ شَاهِدًا ونُصْرَتُهُ وَمَعُونتُهُ فِي الحَالَينِ جَمِيعاً لا تَتَّبعْ لَهُ عَوْرَةً ولا تَبحَثْ لَهُ عَنْ سَوْءَ[ةٍ] لِتَعْرِفَهَا، فَإنْ عَرَفْتَهَا مِنْهُ عَنْ غَيْرِ إرَادَةٍ مِنْكَ وَلا تَكَلُّفٍ كُنْتَ لِمَا عَلِمْتَ حِصْناً حَصِيناً وَسِتْرًا سَتِيرًا، لَوْ بَحَثتِ الأَسِنَّةُ عَنْهُ ضَمِيرًا لَمْ تَتَّصِلْ إلَيْه لانطِوَائِهِ عَلَيهِ. لا تَسْتَمِعْ عَلَيهِ مِنْ حَيْثُ لا يَعْلَمُ. لا تُسَلِّمْهُ عِنْدَ شَديدَةٍ، ولا تَحْسُدْهُ عِنْدَ نِعْمَةٍ. تُقِيلُ عَثْرَتهُ وتَغْفِرْ زَلَّتَهُ. ولا تَدَّخِرْ حِلْمَكَ عَنْهُ إذَا جَهِلَ عَلَيْكَ، ولا تَخرُجْ أَنْ تَكُونَ سُلَّمًا لَهُ. تَرُدُّ عَنهُ لِسَانَ الشَّتِيمَةِ، وَتُبْطِلُ فِيهِ كَيْدَ حَامِلِ النَّصِيحَةِ، وَتُعَاشِرَهُ مُعَاشَرَةً كَرِيمَةً. وَلا حَوْلَ وَلا قُوَّةَ إلا باللهِ.
“Qonşunun haqqı budur ki, olmayan vaxtı onun abır-həyasını qoruyan, olarkən isə hörmətini saxlayan ol. Sirrini axtarmaq niyyətində olmayıb həmişə ona köməkçi ol. Pisliklərini görməməzliyə vur. Əgər qəsd üzündən olmadan onun pis işini bilsən, bildiyini möhkəm qala və nizə ilə də yırtılmayan pərdə içində saxla. Çünki, bu iş dolaşıq və gizlindir. Bilməsədə, onun zərərinə söz danışma. Çətin anlarda onu bada vermə. Qonşunda ne`mət görsən ona həsəd aparma. Xətalarından keçib günahlarını bağışla. Əgər sənə qarşı nadanlıq edərsə, səbrlə müqabilində dayan. Ona qarşı pis söz işlətmə. Əgər kimsə onunla pisləşsə qarşısını al. Onunla möhtərəmcəsinə rəftar et. Allahdan başqa heç bir güc-qüvvət yoxdur "
“CAR" (QONŞU) SÖZÜNÜN LÜĞƏTDƏ MƏ`NASI VƏ İSTİFADƏSİ
Ərəbcədən “car" sözü lüğətdə qonşu mə`nasındadır. Qur`anda Nisa surəsində, yaxın və uzaq qonşulardan ad aparılıb. Çünki, onlar bir-birlərinə yaxındırlar. Qonşulardan Qur`anda “qitə`un mütəcavirat" yə`ni, bir-birinə yaxın kəsiklər ünvanı ilə ad aparılıb.1
Yenədə Qur`anda pənah olmaq məsələsi barəsində buyurur:
“Əgər müşriklərdən kimsə səndən aman istəsə, ona aman ver."2
İcarə və isticarə sözləri, hər ikisi “car" kökündən olub, aman və pənah mə`nasında işlədilir. Sanki qonşu qonşunun pənah və amanındadır. Lüğət ustası Rağib yazır: Qonşunun haqqı ağılca və şəriətcə böyük olduğuna görə hər kimin boynunda böyük haqq olsa və ya başqasının haqqını böyük bilsə, ərəbcə ona "car" deyərlər. Məsələn, ayədə buyurur:
“Mən sizin aman yerinizəm və sizin haqqınızı böyük sanıram “3
Qeyd etdik ki Qur`ani-Kərimdə, yaxın və uzaq qonşulara aşkarcasına işarə olunmuşdur. İndi də Qur`nın bu barədə nəzərinə diqqət edək.
QUR`ANDA QONŞUNUN HÜQUQU
Nisa surəsində oxuyuruq: “Allaha ibadət edin və Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrabaya, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! “4
Yuxarıdıkı ayədə, Allahın, bəndələrin hüquqları barəsində həmçinin, insanlarla birlikdə yaşamağın ədəblərindən bəhs olunmuşdur. Ümumiyyətlə, ayədə on göstərişə işarə olunmuşdur.
Ayədə buyurur: “Yaxın qonşu“. Yaxın qonşudan məqsəd kimdir? Müfəssirlər müxtəlif nəzəriyyələr irəli sürür. Bə`ziləri onları yaxınlıqda olan qohumlar kimi mə`na edirlər. Lakin, bu təfsir, əvvəlki ayələrdə işarə olunmuş qohumları nəzərə alsaq, bu mə`na uzaq nəzrə gəlir. Bəlkədə, ayədə yaxın məkan nəzərdə tutulur. Çünki, ən yaxın qonşuların haqqı və ehtiramı daha böyükdür. Yaxud, o qonşulardır ki, din və məzhəb cəhətdən insana daha yaxındırlar.
Ayənin davamında buyurur: ”Uzaq qonşular”. Uzaqdan məqsəd, məkan cəhətdən uzaq olmaqdır. Çünki, bə`zi rəvayətlərə görə insanın evindən qırx o tərəfə onun qonşusu sayılır. Gələcək bəhslərdə bu rəvayətlərə işarə edəcəyik. Qonşu sözü məhdud mə`nada olub, təkcə yaxın qonşulara deyilir. İslamda, bu sözün mə`nasına genişlik verməkdən ötrü “uzaq qonşu" adından istifadə etməkdən başqa çarəsi yoxdur. Ola bilər “uzaq qonşulardan “məqsəd qeyri-müsəlmanlar"olsun. Çünki, İslamda qonşuluq haqqı təkcə müsəlmanlara yox, müsəlmanlarla yaşayan qeyri müsəlmanlara da aiddir.
Qur`anın, yaxın və uzaq qonşular barəsində nəzərini bildikdən sonra rəvayətlərdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm), mə`sum İmamlardan (əleyhimussalam)-dan bizə çatan mətləblərə qısa da olsa diqqət edək
RƏVAYƏTLƏRDƏ QONŞULARIN HÜQUQLARI
Rəvayət kitablarında qonşunun ehtiramı və insanın həyatda əmin-amanlıqla yaşamasında onun rolu bizə bəyan olmuşdur. Əvvəlcə, “Müstədrəkül-Vəsail" kitabından, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunan geniş bir hədisə diqqət yetirək:
İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:
“Hər kim evinin qapısını, qonşusunun onun mal və namusuna əmin olmadığına xatir bağlasa, qonşusu mö`min deyildir. Peyğəmbərə dedilər: Ya Rəsuləllah! Qonşunun qonşusunun boynunda haqqı nədir? Buyurdu:
Qonşunun qonşusuna ən kiçik haqqı budur ki, əgər ondan borc istəsə, ona borc versin. Əgər kömək istəsə, ona kömək etsin. Bir şeyi istifadə edib qaytarmasını istəsə ona versin. Bəxşiş və hədiyyəyə ehtiyacı varsa, ondan əsirgəməsin. Əgər onu də`vət etsə, onu qəbul etsin. Xəstələnsə, onu yoxlasın. Dünyadan köçsə, dəfnində iştirak etsin. Qonşusuna xeyir və ne`mət çatsa, xoşhal olsun. Əgər ona müsübət baş versə, qəminə şərik olsun. Evini qonşusunun evindən uca tikməklə onun yaşayışına əziyyət etməsin. Ən mühüm budur ki, qonşunun qapısının havasının qarşısını alıb, onun evinə təmiz havanın getməsinin qarşısını almasın. Bazardan aldığı meyvə yaxud, başqa şeydən bilsə ki, qonşusunun yoxudur, ona da versin. Yaxud, aldığı şeyi, qonşunun uşaqlarının görüb dözə bilməyəcəklərini bilsə, üstü örtülü evə aparsın.
Sonra İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurdu: Sizə dediklərimi eşidin! Qonşuların haqqını əda edin! Allah-taala çoxlarına rəhmətini aid edər. Qonşular barəsində, mənə elə tövsiyə buyurmuşdu ki, güman edirdim ki, qonşu irs aparanlardan biridir. "1
Bu geniş həcmli hədisdə, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) başqa mövzulardan mühüm olan üç məsələyə toxunmuşdur:
Birinci: Qonşunun mal və abır-həyasının əhəmiyyəti. Ümumiyyətlə, hər bir insanın evi, əmin-amanlıq yeri sayılır. Əgər bu məhəl əmniyyətini itirsə demək olar ki, insan ən əmin yerini əldən vermişdir. Bu aramlıq hər bir insanın həyatda olan ən böyük haqqı sayılır və heç kimin onu pozmağa ixtiyarı yoxdur. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Əgər qonşu elə öz yaşayış tərzi ilə qonşusunun əmin-amanlığına təhlükə törətsə, belə şəxs mö`min və ləyaqətli insanlar sırısından kənardadır. Ona görə də sual soruşan, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) soruşur: Qonşunun qonşusunun boynunda haqqı nədir? Bu vaxt İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) qonşunun hüquqlarnı necə lazımdırsa bəyan edir.
İkinci: Evlərinizi hündür tikməklə qonşulara əziyyət verməyin. Bildiyimiz kimi İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) peyğəmbərliyi dövründə uca binalardan xəbər yox idi. Ən azı, Hicaz və Məkkədə belə binalar yox idi. Lakin, Peyğəmbərin gətirdiyi din və tə`limlər bütün zamanalara aiddir. O səbəbdən, bəsirət gözü ilə uzaqgörənlik edib, qonşuların evlərindən uca evlər tikib onlara çatan havanın və yollarnın qarşısını almağı nəhy buyurmuşdur. Bu da, İslam dininin qanunlarının ümumi olmasının sirlərindən biri olub, bu dinin son haqq din olmasına dəlildir.
Bu günkü yaşayışın ən böyük müşküllərindən biri həmin, məskən və yaşayış yerini tapmaqdır. Bu müşkül təkcə bizim ölkənin yox, bəlkədə bütün dünyanın müşkülünə çevrilib. Təxminən, demək olar ki, bu müşkül, bu gün həll olunmaz bir məsələyə çevrilib. Qərb mədəniyyəti uca binalarda yaşamaq yolunu seçib və onun da acı nəticələrini dadıblar.
Üçüncü: Qonşu özünə aldığından, əgər qonşusunda olmasa ona da verməlidir. Xüsusilə, kiçik uşaqları bu məsələdə daha çox nəzərə almaq lazımdır. Əgər aldığından bir şey vermək istəməsə, yaxud imkanı olmasa, aldığı şeyi üstüörtülü evinə aparmalıdır ki, qonşusu görməsin. Çünki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Əgər açıq qəlbli olmasanız qonşunuza olan ne`mətə dözə bilməzsiniz. Bu da, İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) qonşunun haqqı barəsində tövsiyə etdiyi mühüm bir psixoloji məsələdir.
Dostları ilə paylaş: |