İmam Sadiq (əleyhissalam) buyurur: “Hər kim qonuşsunun əziyyət çəkməsinə səbəb olsa, Allah dərgahında məl`un və tərk olunmuşdur."1
Əksinə, qonşunun sevindirilməsi günahların bağışlandırılmasına səbəb olur. İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:
“Hər kim dünyadan köçsə və üç qonşusu ondan razı olsa, Allahın rəhmət və bağışlamağına aid olar.2"
Yenə də İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:
“Allaha və qiyamət gününə inanan, qonşusuna əziyyət etməz."2
Başqa hədisdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:
“Qonşunun qonşuya ehtiramı, övladın anaya qarşı olan ehtiramı kimidir. Sözsüz, riayət olunmalıdır”3
QONŞUDAN ŞİKAYƏT
İmam Sadiq (əleyhissalam) buyurur: “Bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) yanına gəlib qonşusundan şikayətlənir. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) üzünü ondan çevirir. Ərəb yenidən gəlib şikayətlənir. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) həzrət Əli (əleyhissalam)-a, Salmana və Miqdada buyurur: Gedin car çəkin ki, Allahın və mələklərin lə`nəti o şəxsə olsun ki, qonşusuna əziyyət edir."4
QONŞULARLA XOŞRƏFTARLIQ
İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: “Yaxşılıq etmək və yaxşı qonşu olmaq, ruzini artırar və şəhərlərin abadlaşmasına səbəb olar.“5
“Fiqhur-Rza" kitabında İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur: “Qonşularına, yoldaşlarına və oturub-durduğun şəxslərə qarşı yaxşı rəftar et. Çünki, Allah-taala, qonşun barəsində səndən sual edəcək. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Allah-taala qonşular barəsində mənə elə sifariş buyurmuşdur ki, güman edirdim ki, qonşum məndən irs aparacaq.“1
QONŞULARINIZDAN MÜĞAYƏT OLUN!
İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:
“Kənarında qonşusu ac olan halda, özü qarnı dolu yatan kəs mö`min deyil!“2
Başqa hədisdə buyurur: “Qonşusunun acından qarnı burulan halda, özü tox yatan kimsə, mənə iman gətirməmişdir. Qonşusu çılpaq olan halda, özü geyimli olan kimsə də mənə iman gətirməmişdir.”3
Həzrət Əli (əleyhissalam) öz nümayəndəsi Osm`an ibni Hənifə məktub yazarkən belə buyurur:
“Məgər mən o halda tox olum ki, ətrafımda qarınları boş, qəlbləri və cigərləri teşnə olanlar olsunlar? “4
Dostları ilə paylaş: |