Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə68/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   64   65   66   67   68   69   70   71   ...   111

PİS QONŞU


İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

Pis qonşudan Allaha pənah aparıram. Evində oturub gözləri ilə sənə baxır, qəlbi ilə səni izləyir. Əgər bir şey baş versə və səni xeyirdə görsə, narahat olar. Əgər sənə giriftarçılıq və bəla üz versə, xoşhal olar.”5


EV ALMAMIŞDAN ƏVVƏL QONŞUDAN XƏBƏR TUTMAQ


İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Ev və məskən almamışdan əvvəl, qonşusunda olanlar barəsində soruşun. Yol getməzdən yol yoldaşınızı tə`yin edin.6"

QONŞULUĞUN HƏDDİ


İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

Əmirəlmö`minin Əli (əleyhissalam) buyurur: Məscidin və evin qonşusu, dörd tərəfdən qırx evdir.1

İmam Səccad (əleyhissalam) qonşunun haqqı barəsində buyurur:Evinin dörd tərəfindən qırx ev o tərəfə qonşularındır. Onların haqqına riayət edib onlarla sülh və əmin-amanlıqda yaşamaqdan ötrü Allahdan fürsət dilə!"

33. YOLDAŞLIQ HAQQI



وَأما حَقُّ الصَّاحِب فَأَنْ تَصْحَبَهُ بالفَضلِ مَا وَجَدْتَ إلَيهِ سَبيلاً وإلا فَلا أَقَلَّ مِنَ الإنصَافِ، وَأَنْ تُكْرِمَهُ كَمَا يكْرِمُكَ، وَتحْفَظَهُ كَمَا يحْفَظُكَ، ولا يَسْبقَكَ فِيمَا بَينَكَ وبَينَهُ إلَى مكْرَمَةٍ، فَإنْ سَبَقَكَ كَافَأتَهُ. ولا تُقَصِّرَ بهِ عَمَّا يَسْتَحِقُّ مِنَ الْمَوَدَّةِ. تُلْزِمُ نفْسَكَ نصِيحَتَهُ وَحِيَاطَتَهُ وَمُعَاضَدتَهُ عَلَى طَاعَةِ رَبهِ وَمَعُونتَهُ عَلَى نَفْسِهِ فِيمَا لا يَهُمُّ بهِ مِنْ مَعْصِيةِ رَبهِ، ثُمَّ تَكُونُ [عَلَيْهِ] رَحْمَةً ولا تَكُونُ عَلَيهِ عَذَاباً. ولا قُوَّةَ إلا باللهِ.

Yoldaşının haqqı odur ki, nə qədər mümkünsə, onunla bağışlayan və ehsanla yoldaşlıq et. Əgər mümkün deyilsə, ən azı onun haqqında insafa riayət et. Sənə ehtiram və hörmət etdiyi kimi sən də onun ehtiramını gözlə. Sənin abır-həyanı gözlədiyi kimi sən də onun abır-həyasını gözlə. Çalış ki, heç bir kəramətli işdə səndən qabağa düşməsin. Əgər səndən qabağa düşsə, xeyirli işlə əvəzini çıx. Nə qədər bacarırsansa, yoldaşlığınızı qoruyun. Özünə vacib bil ki, onu qoruyub pənahgahı olasan. Allah-taalaya itaətdə ona kömək ol. Günah iş görməsini qərara almasının qarşısını al. Ondan ötrü rəhmət qaynağı ol və ona əziyyət verən olma! Allahdan başqa heç bir güc-qüvvət yoxdur "

İmam Səccad (əleyhissalam)–ın bu bəhsdəki sözlərinin xülasəsi bunlardır:

Birinci: İmkan olan hala qədər yoldaşın barəsində mərhəmət edib, onunla yaxşı rəftar et və onun haqqında ən azı insafa riayət elə.

İkinci: O sənin ehtiramını gözlədiyi kimi səndə onun ehtiramını gözlə. Xeyir işlərdə səndən öndə getməsin. Əgər səndən qabağa düşüb sənə qarşı yaxşılıq etsə, səndə onun müqabilində yaxşılıqla əvəzini çıx.

Üçünci: Dostluqda, məhəbbətdə, nəsihətdə və Allaha itaət etməkdə əlindən gələni ona köməklik göstər.

Dördün: Həmişə onun günaha düşüb Allahın əmrindən çıxmasının qarşısını al və ona qarşı əziyyət yox, rəhmət ol!

Ərəbcə “söhbət" sözü, yoldaşlıq və həmişə bir yerdə olan yoldaşa deyilir. “Sahib" sözü də yoldaş mə`nasındadır. Məşhur lüğətçi Rağib İsfahani yazır: “Sahib" sözü, o yoldaşlığa deyilir ki, bir-birinin yanında çox olsunlar. Qur`anda buyurur:

(Yusif dedi:) Ey mənim iki zindan yoldaşım! (sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrıayrı tanrılar daha yaxşıdır, yoxsa r şeyə qadir və qalib olan bir Allah?"1 Başqa ayədə buyurur:

Allah Özünə nə yoldaş, nə də övlad türmüşdür.”2 Ayədə yoldaşdan məqsəd, zövcədir. Yenədə buyurur:

Sizin yoldaşınız nə haqq yoldan sapmış, nə də azmışdır3 Ayədə məqsəd, İslam Peyğəmbəridir (səlləlləahu əleyhi və alehi və səlləm).

”Əshab" sözü, sahib sözünün cəmidir. Yoldaşlar və həmrahlar mə`nasındadır. “Əshab" sözü, Qur`anda yetmiş yeddi dəfə işlədilmişdir. Ən çox cənnət, nar və cəhim kəlmələrinə nisbət verilmişdir. Bə`zən də, “Əshabus-səbt”, “Əshabul-Mədyən”, “Əshabul-Kəhf”, “Əshabu-yəmən”, “Əshabul-qubur”, “Əshabul-fil" və sair mə`nalarına nisbət verilimşdir.4

İndi ki, aydın oldu, “sahib" sözü, yoldaş və dost mə`nasındadır, Yusif də zindanda yanında olanları “yoldaş"adlandırır, Qur`an, Peyğəmbəri insanların dostu adlandırır, deyə bilərik ki, “sahib" və ya “müsahib" o şəxsdir ki, insanın yol yoldaşı və həmkarı olsun. Bu yoldaşlıq, qısa müddətli və uzun müddətli ola bilər. Bu yoldaşlıq, insanda qarşı tərəfə görə haqq və hüquq icad edir. Hər bir şəxsin vəzifəsidir ki, bu hüquqlara riayət eləsin.


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin