Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


ZƏHMƏTLƏ VƏ ZƏHMƏTSİZ RUZİ



Yüklə 21,47 Mb.
səhifə76/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   72   73   74   75   76   77   78   79   ...   111

ZƏHMƏTLƏ VƏ ZƏHMƏTSİZ RUZİ


İmam Sadiq (əleyhissalam) buyurur: "Ruzi, iki qismə bölünür: Bir qismi, tələb etməsədə sahibinə çatar. İkinci qismət isə tələb etmək və ardınca getməyə bağlıdır. İnsanın qismətinə düşən ruzi tələb etməsədə, ona yetişəcək. Ancaq, insanın tələb etdiyi ruzini yaxşı olar ki, halal yolla özü qazansın. Əgər min ruzini haram yolla qazanıb türsə, ruzisi sayılır ancaq, qiyamətdə onunla haram yolla qazandığına rə hesab çəkiləcək!”2

Nəql olunan rəvayət, İmam Səccad (əleyhissalam)-ın ruzini haram yolla yox, halal yolla qazanılması barəsində buyurduqlarının təkmilidir. Həzrət buyurmuşdu: İmkan var ki, sənin haram yolla qazandığın ruzi, varislərin əlinə keçsin və onlar o maldan xeyirxahlıqla bəhrələnsinlər ancaq, qiyamətdə acı nəticəsi sənə çatacaq.

Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: "Qiyamət nü ən böyük srət budur ki, birisi qeyri-şər`i yolla mal-dövlət ğsın və bu mal başqasına irs çatmaqla, başqası onu Allah yolunda xərcləsin. O kişi Behiştə gedər. Ancaq malı qazanan Cəhənnəmə düşər!"3

Bəli! Bu ən böyük xəsarətdir ki, sənin haram yolla qazandığın mal, dünyada başqasının əlinə düşsün və o da bunu halal yolda sərf etsin. İkinci şəxs, həm dünyada, həm də Axirətdə bəhrə aparır. Bədbəxt o şəxsdir ki, həm dünyada əziyyətlə haram qazanır, həm də axirətdə onun əzabına düçar olur!


36. TƏLƏBKARIN HAQQI



وَأمّا حَقُّ الغَرِيمِ الطَّالِب لَكَ فَإنْ كُنْتَ مُوسِرًا أَوفَيتَهُ وَكَفَيتَهُ وَأَغْنَيتَهُ وَلَمْ ترْدُدْهُ وتَمْطُلْهُ فَإنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ - قَالَ – «مَطَلُ الغَنِيَّ ظُلْمٌ». وَإنْ كُنْتَ مُعْسِرًا أَرْضَيتَهُ بحُسْنِ القَوْلِ وَطَلَبتَ إلَيهِ طَلَباً جَمِيلاً وَرَدَدتَهُ عَنْ نفْسِكَ ردًّا لَطِيفًا، وَلَمْ تَجْمَعَ عَلَيْهِ ذهَابَ مَالِهِ وَسُوءَ مُعَامَلَتِهِ فَإنَّ ذلِكَ لؤمٌ. ولا قُوَّةَ إلاّ باللهِ.

"Tələbkarın sənin boynun da haqqı budur ki, əgər imkanın varsa, onun haqqını ver, işini youna qoy, ehtiyacını ödə və onu gecikdirib məətəl qoyma. Çünki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: "İmkanı olub borcunu verməmək zülmdür." Əgər yoxundursa, onu yaxşı dillə xoşhal et, aramlıqla ondan möhlət istə və onu xoşluqla özündən qaytar (səndən inciyib getməsin). Malını ondan alıb onunla pis rəftar etmə. Çünki, bu alçaqlıqdır! Allahdan başqa h bir güc-qüvvət yoxdur! "

İmam Səccad (əleyhissalam) kitabın bu qismətində tələbkarın haqqında xülasə olaraq belə buyurur:

1.Borclu öz borcunu ödəməyə imkanı varsa, tə`xirə salmadan borcunu ödəməlidir. Tələbkarla elə rəftar eləsin ki, onu özündən incitməsin. Əgər elə etməsə, özünün alçaqlığını nişan vermişdir. Çünki, həm qarşı tərəfin malını almış, həm də onunla dava-dalaş edir. Belə şəxs məzəmmətə layiqdir.

İnsanın həyatının xüsusiyyətlərindən biri budur ki, enişli-yoxuşludur. İnsan bə`zən dövlətli, bə`zən fəqir və möhtac olur. Hər iki halda çalışmalıdır ki, möhkəm iradə ilə özünü saxlasın. Nə dövlətli vaxtı tüğyan etsin və nə də möhtac olan vaxtı şəxsiyyətini sındırsın. Müqəddəs İslam məktəbinin ən mühüm məsələlərindən biri də borc vermək, başqalarına kömək və borcunu qaytara bilməyənlərə möhlət verməkdir. Bu barədə Qur`ani-Kərimdə çoxlu ayə zikr olunub və bu məsələnin əhəmiyyətini açıqlayır. İndi də bu ayələrdən bə`zilərinə işarə edək.



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin