ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə53/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   48   49   50   51   52   53   54   55   56

146-CI ƏSAS


İmamiyyə fiqhində əli bağlı halda namaz qılmaq bid”ət və haram sayılır. Əmirəl-möminin Əli (ə) buyurur:

†‰«“†ÈÓÃtÂÓŸÔ†«‰tÂÔGt‰ÂÔ†ÈÓœÓÈtÁ†bȆgÓ‰«“ Á†ËÓ ÁÔËÓ†v«“∆Âφ»ÓÈtÊÓ†ÈÓœÓÈ†«‹†ÈÔgÓ»sÓÁÔ†»√ÓÁt‰†«‰t„Ôbt—†ÂÊÓ†«‰tÂÓÕt»ÔËG

“Allah qarşısında dayanaraq namaz qılan şəxs gərək əllərini bir-birinin üzərinə qoymasın. Çünki, bu, kafir atəşpərəstlərin işidir.»392

Böyük səhabələrdən biri olan Əbu Həmid Saidi, içərilərində Əbu Hüreyrə Dusi, Səhl Saidi, Əbu Üseyd Saidi, Əbu Qütadə, Haris ibni Rəb”i və Məhəmməd ibni Məsləmə kimi səhabələr olanların qarşısında Peyğəmbərin (s) necə namaz qılmasını, onun müxtəlif müstəhəb əməllərini nəql etdi, amma heç bir yerdə əllərin bir-birinin üzərinə qoymasından söz açmamışdır.393

Aydındır ki, o Həzrət həmişə yox, hətta bəzi vaxtlar belə, əllərini bir-birinin üzərinə qoysaydı, Əbu Həmid Saidi hökmən bunu nəql edər və ya onların yadına salardı. Əbu Həmid Saidinin hədisinə oxşar başqa bir hədis Hamid ibni İsanın vasitəsi ilə Həzrət İmam Sadiqdən (ə) nəql olunmuşdur. Bu hədis kitablarda mövcuddur.394

Səhl ibni Sədin hədisindən namazda əllərin bir-birinin üzərinə qoyulmasının Peyğəmbərdən (s) sonra vücuda gəldiyi başa düşülür. Çünki o, öz hədisində belə nəql edir:

º†„«“ÊÓ†«‰Ês«“GÔ†ÈÔƒtÂÓ—ÔËÊÓ†;

“Xalqa bu iş ( namazda əlləri bir-birinin üzərinə qoymaq) sonradan göstəriş verilirdi.»395

Əgər bu iş Həzrət Peyğəmbərin (s) göstərişi olsaydı, onu məchul fel şəklində deyil, o Həzrətin (s) öz dilindən deyərdilər.

147-Cİ ƏSAS


“Təravih» namazı Peyğəmbər (s) sünnəsində daha çox təkid olunmuş müstəhəb bir əməl sayılır. Şiə fiqhində belə deyilir: “Ramazan ayı gecələrində min rəkət namaz qılmaq müstəhəbdir, amma onu camaat namazı şəklində qılmaq bidət sayılır. Onları məsciddə ya çox vaxtlar evdə fürada (tək halda) qılmaq lazımdır.»

Zeyd ibni Sabit Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

“Kişinin müstəhəb namazı öz evində qılması, məsciddəqı lmasından üstün və əfzəldir, amma vacib namazların məsciddə qılınması müstəhəbdir.»396

İmam Baqir (ə) buyurur:

“Müstəhəb namazları camaatla qılmaq olmaz. Çünki bu iş din və şəriətdə bid”ət və azğınlığa səbəb oluronun sonu isə cəhənnəm odudur.»397

Həmçinin İmam Riza (ə) hər bir müsəlmanın əqidə və əməlləri haqqında yazdığı risaləsində müstəhəb namazların camaatla qılınmasının (səhv bir iş və) bir növ bid”ət olmasını qeyd etmişdir.398

Sünnülər arasında adət halına düşdüyü kimi, müstəhəb namazların camaatla qılınma tarixinə nəzər saldıqda, bu əməlin məhz şəxsi bir nəzər olub, sonralar dini və şər”i bir əməl kimi qəbul edildiyi aydın olur. Hətta bəziləri bu əməli “gözəl bid”ət”! adlandırmışdır. Bu barədə ətraflı məlumat almaq üçün aşağıda qeyd olunmuş sünnü kitablarına baxa bilərsiniz.399

148-Cİ ƏSAS

Bütün müsəlman fəqihləri inanırlar ki, müharibədə əldə olunmuş qənimətlər islam mücahidlərinə məxsusdur. Onun təkcə beşdən biri müəyyən yerlərdə işlədilməlidir. Qurani-kərim bu haqda buyurur:

º†ËÓ†«Ÿt‰ÓÂÔË«†«ÓÊsÓ«“†⁄ÓÊÂt ÔÂt†ÂÊt†gÓÈt¡n†bÓ«ÊsÓ†‹†ŒÔÂÔGÓÁÔ†ËÓ†‰‰—sÓGÔˉ†ËÓ†‰–Ȇ«‰tvÔ—t»È”†ËÓ†«‰tÈÓ «“ÂÈ”†ËÓ†«‰tÂÓG«“„ÈÊÓ†

ËÓ†«»tÊ†«‰GsÓ»ȉ†;

“Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun elçisinə (Peyğəmbərə), onun yaxın adamlarına, yetimlərə, yoxsullara və yolda qalanlara məxsusdur...»400

Şiə fəqihləri ilə sünnü fəqihlərinin bu mövzu barəsindəki fikir ayrılığı budur ki, sünnülər qeyd olunmuş qəniməti yalnız müharibə qənimətlərinə aid edir, ondan başqa mənfəətlərdə isə xüms olmasına inanmırlar. Onlar qeyd olunan ayənin yalnız müharibə qənimətlərinə aid olduğunu öz iddiaları üçün dəlil gətirirlər. Lakin bu fikir iki cəhətdən düzgün deyildir:

1-Ərəb dilində insanın ələ gətirdiyi hər bir şey qənimət sayılır və qənimət heç də təkcə müharibə qənimətlərinə aid deyildir. İbni Mənzur bu haqda belə deyir:

º†«Ó‰t⁄ÊÂÔ†«‰bËG†»«‰gsÓÈt¡†ÂÊt†⁄È—ÂÓgÓvsÓ:n;

“Qənimət əziyyət çəkmədən əldə olunan şeyə deyilir.»401

Digər tərəfdən, Qurani-kərim behişt nemətlərini qənimət adlandıraraq buyurmuşdur:

º†bÓŸÊtœÓ†«‹†ÂÓ⁄«“ÊÂÔ†„ÓÀÍ—Ó:Ï;

“Allah yanında çoxlu (böyük) mükafatlar (qənimətlər) vardır.»402

Qeyd etmək lazımdır ki, qənimət sözü “qəramət» sözünün əks mənasını daşıyır. İnsanın bir şeydən bəhrələnmədən müəyyən miqdarda cəriməyə məhkum olunmasına “qəramət», mənfəət qazanmasına isə “qənimət” deyilir. Deməli, ayəni məhz müharibə qəniməti kimi yozmaq düzgün bir iş deyil. Hətta onun “Bədr» döyüşü zamanı alınan qənimətlər haqqında nazil olmasına istinad edərək xumsun təkcə müharibə qənimətlərinə aid edilməsi əsasızdır.

2-Bəzi rəvayətlərə əsasən, Həzrət Peyğəmbər (s) hər növ qazancdan (gəlirdən) xüms verməyi vacib etmişdir. Əbdül-Qeys qəbiləsindən bir dəstə o Həzrətin hüzuruna gələrək dedilər: Bizimlə sizin aranızı kəsən müşriklərdir. Biz yalnız (əmniyyət olan) haram aylarda sizin yanınıza gələ bilirik. Səndən elə göstərişlər istəyirik ki, onlara əməl edib onun vasitəsi ilə behiştə gedək, həmçinin başqalarını da düz yola çağıra bilək.Həzrət Peyğəmbər (s) onları imana dəvət etdikdən sonra imanın izahında belə buyurdu:

º†gÓÁ«“œÓ:Ô†«ÓÊt†‰«“†«‰ˆˆÁÓ†«˙”†«‹Ô†ËÓ†«v«“Ô†«‰gsÓ‰«“:†ËÓ†«È «“¡Ô†«‰GsÓ„«“:†ËÓ† Ÿ◊Ë«†«‰ŒÔÂtGÓ†ÂÊÓ†«‰tÂÓ⁄tÊÓÂ†;

“(İman) Allahın yeganəliyinə şəhadət verib, namaz qılmaq, zəkat vermək və əldə olunan qənimətlərdən xüms (verməkdən ibarətdir).»403

Gördüyünüz kimi, bu hədis xumsun müharibə qənimətlərindən başqa şeylərə də aid olduğunu göstərir. Çünki, Əbdül-Qeys qəbiləsindən olanların dediyinə görə, onlar Peyğəmbərdən uzaq bir yerdə yaşayır və müşriklərin qorxusundan Mədinəyə gələ bilmirdilər.

Bu cür müşriklər tərəfindən mühasirədə olan müsəlmanlar heç vaxt cihadda iştirak edə bilmədiyindən, onun qənimətindən də xums verə bilmədilər.

Həmçinin Əhli-beyt imamlarından (ə) nəql olunmuş rəvayətlər də hər növ gəlir və mənfəətdən xums verilməsinin vacibliyini bəyan etmişdir və bu zəminədə anlaşılmaz bir məsələ qalmamışdır.404

Bunlar şiə məzhəbinin özünə məxsus nəzəriyyələri sayılan bir sıra fiqhi məsələlərdir. Əlbəttə, şiə və sünnü məzhəblərinin fiqhi məsələlərdəki ixtilafı təkcə qeyd olunanlarla bitmir. Misal üçün xums, vəsiyyət və irsə aid olan məsələlərdə də buna oxşar ixtilaflar vardır.405 Amma şiə əhkamının külliyyatı və fiqh elmi tətbiqi surətdə tədris edilməsi, həmçinin Əhli-beytin (ə) məntiqi və möhkəm nəzərlərinə diqqət yetirilməsi, sünnülərilə şiələr arasında olan fasiləni azalda bilər.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin