ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə50/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

138-Cİ ƏSAS


Həzrət Peyğəmbərin (s) hədisləri Qurani-kərim kimi xüsusi etibara malik olub, müsəlmanların mühüm fiqhi və əqidəti sənədlərindən sayılır. Təəssüflər olsun ki, Həzrət Peyğəmbər (s) vəfat etdikdən sonra müsəlmanların bir dəstəsi dövrün hökumətinin məcbur etməsi nəticəsində hədis yazmaqdan əl çəkmişdir. Lakin Əhli-beyt (ə) tərəfdarları bir an da olsun belə, hədis yazmaqdan əl çəkməmiş və Rəsuli Əkrəmin (s) vəfatından sonra da hədis yazmağa məşğul olmuşlar. Keçən əsasda qeyd etdiyimiz kimi, Əhli-beyt imamları hədislərin bir qismini Həzrət Peyğəmbərdən (s) əxz etmişlər.

“Rical» kitablarında qeyd olunduğu kimi, tarix boyu Əhli-beyt (ə) məktəbinin şagirdləri müxtəlif və böyük həcmli hədis külliyyatları yazmışlar. Onlar hicri-qəməri tarixinin dördüncü və beşinci əsrlərində Əhli-beytin (ə) öz zamanında olan şagirdlərin vasitəsi ilə yazılmış hədis kitablarından istifadə edərək hal-hazırda şiə məzhəbinin əqidə və əhkam məsələlərində əsas mənbə sayılan böyük hədis toplularını vücuda gətirmişlər. Burada həmin kitablar və onların müəllifləri haqqında qısaca məlumat veririk:

1-”Kafi» (8 cilddə), müəllif: Məhəmməd ibni Yəqub Kuleyni (r. ə.), 329 h.q. tarixində vəfat etmişdir.

2-”Mən la yəhzuruhul-fəqih» (4 cilddə), müəllif: Məhəmməd ibni Əli ibni Babəveyh (Şeyx Səduq), (306-381 h.q.)

3-”Təhzib» (10 cilddə), müəllif: Məhəmməd ibni Həsən Tusi (Şeyx Tusi), (385-460 h.q.)

4-”İstibsar», (4 cilddə), müəllif: Məhəmməd ibni Həsən Tusi, (Şeyx Tusi), (385-460 h.q.)

Bu kitablar şiə tarixində 4-cü əsrdən 5-ci əsrədək yazılıb tənzim olunmuş ikinci hədis toplusundan ibarətdir. Əvvəldə qeyd etdiyimiz kimi, 2-ci və 3-cü əsrlərdə Əhli-beytin (ə) zamanında ilk hədis toplusu “Üsuli ərbəə miət» adı ilə yazılmışdır. Bu hədis mənbəyindən ikinci hədis toplularında istifadə olunmuşdur.

Hədis elmi şiə məzhəbində böyük əhəmiyyət daşıdığından, 11 və 12-ci əsrlərdə də yeni hədis topluları yazılmışdır. Onlardan Məhəmməd Baqir Məclisinin “Biharul-ənvar», Məhəmməd Həsən Hürr Amilinin “Vəsailuş-şiə», Məhəmməd Möhsün Feyz Kaşaninin “Əl-vafi» kitabları məşhur kitablardandır.

Şiələr hər hədisə əməl etmir. Çünki, bizim əqidəmizə əsasən, Quran və sünnət ilə zidd olan hədislərin heç bir dəyəri və etibarı yoxdur. Digər tərəfdən, bir rəvayətin müəyyən bir kitabda olması heç də kitabın müəllifinin həmin əqidədə olmasını çatdırmır. Şiə alimlərinin nəzərində hədislər “səhih», “həsən», “müvəssəq» və “zəif» olaraq bir neçə növə bölünür. Onların hər birinin özünə məxsus hökmü vardır. (Bu haqda “dirayət» elmində ətraflı məlumat verilir.)

139-CU ƏSAS


Keçən fəsildə şiə məzhəbinin istinad etdiyi dörd mənbə, yəni Qurani-kərim, sünnət, ağıl və icmanı qeyd etdik. Bu dörd mənbədən “Üsul» elmində qeyd olunduğu kimi, dini və şər”i hökmlərin müəyyən qaydalarla çıxarılmasına “ictihad» deyilir.

İslam dini sonuncu ilahi şəriət sayıldığı və ondan sonra ayrı bir şəriətin gəlmədiyi üçün bəşəriyyətin fərdi və ictimai zəminələrdə bütün ehtiyaclarını təmin etməli və yaranan suallarına cavab verməlidir. Həzrət Peyğəmbərin (s) əsrində yaşayan müsəlmanlar da İslam dininin bu kimi xüsusiyyətini nəzərə alaraq, Peyğəmbərin (s) rəftar və davranışını özləri üçün nümunə götürmüş və həyatın bütün sahələrində Allahın və Peyğəmbərin (s) əmrlərinə yetirmişlər.

Digər tərəfdən, sual və hadisələr heç də Peyğəmbərin (s) dövranında baş verənlərlə bitməyib, həm də günlər ötdükcə hər bir insanın qarşısına yeni hökm tələb edən hadisələr çıxır. Bu iki mətləbi nəzərə almaqla, tarix boyu ictihad qapısının fəqihlər üçün açıq olmasının zəruri olması məlum olur. Görəsən, belə bir kamil din, yeni hadisələr və suallar qarşısında sükut edərək, bəşəriyyəti tarixin çətinliklərində özbaşına qoyub vəzifələrini yerinə yetirməsində sərgərdan qoyarmı?

“Üsul» alimləri ictihadı “mütləq» və “xüsusi məzhəbdə» olaraq iki qismə bölmüşlər. Məsələn, Əbu Hənifəyə aid olan müəyyən qanunlar çərçivəsində ictihad edən şəxsin ictihadı (əməli) xüsusi və müəyyən məzhəbdə olan ictihad sayılır. Lakin heç kəsin yoluna əsaslanmadan, Allah hökmünü yalnız şəriət dəlillərindən əldə edən şəxsin əməli isə mütləq ictihad sayılır. Bu halda onun ictihadının başqa şəxsin ictihadı ilə uyğun gəlib-gəlməməsi nəzərə alınmır.

Çox təəssüflər olsun ki, hicri qəməri tarixi ilə 665-ci ildən ictihad qapısı sünnü alimlərinin üzünə bağlandı,375 beləliklə də ictihad sabit yol və çərçivə əsasında qalıb onları müxtəlif çətinliklərə saldı. Əlbəttə bu iş, onların ilahi hökmləri azad və həqiqət əsasında çıxararaq ictihad etməsinin qarşısını aldı.

Şiə fəqihləri Quran, sünnət, ağıl və icma əsasında ictihad edir və bu yolda (dini məarif və hökmləri başa düşmək üçün) yalnız şəriət dəlillərinə tabe olmağa çalışırlar. Buna görə də şiə fəqihləri (müctehidlər) tarix boyu özlərinin davamlı və canlı ictihadları ilə müxtəlif şəraitlərə uyğun olan hərtərəfli bir fiqhi vücuda gətirmiş və misilsiz elm əsərləri yaratmışlar. Şiə məzhəbinin canlı və hərtərəfli olmasının əsas səbəbi, bu məzhəbdə ilk dəfə vəfat etmiş müctehidə təqlid etməyin qadağan olunması və zaman və cəmiyyətin tələbi ilə yayaqlaşan diri müctehidə təqlid etməyin vacib olmasıdır.

Şiə fiqhi (dini hökmləri) bir çox məsələlərdə sair müsəlman məzhəblərinin hökmləri ilə müvafiqdir. Mərhum Şeyx Tusinin yazdığı “Əl-xilaf» kitabı buna canlı sübutdur. Çünki şiə fiqhinin Hənəfi, Şafei, Maliki, Hənbəli və ya onlardan qabaqkı məzhəblər ilə uyğun gəlməyən hökmləri çox azdır. Amma bununla yanaşı, şiə məzhəbinin dini hökmlər bölməsində bir sıra özünəməxsus hökmləri vardır ki, gələcəkdə onların bəzisinə işarə edəcəyik. Çünki bəziləri bu hökmlərin şər”i əsasa malik olmadığını və ya onların Quran və sünnətin əksinə olmasını güman etmişlər.

140-CI ƏSAS


Həzrət Peyğəmbərin (s) sünnəti o Həzrətin səhabələrindən bir dəstəsinin vasitəsi ilə gələcək nəsillər üçün yazılmış və nəql olunmuşdur. O Həzrətin danışıqları da əməl və sükutu kimi ilahi höccət sayılır və onlara itaət etmək lazımdır. Səhabələrdən biri etibarlı sayılan şərtlər daxilində o Həzrətdən bir əməl nəql edərsə, hamı tərəfindən qəbul olunur və hamı ona əməl etməlidir.

Həmçinin səhabələr vasitəsi ilə Qurani-kərimin mənası və ya Həzrət Peyğəmbərin (s) dövranında baş verən hadisə nəql olunsa, qeyd olunmuş şərtlər daxilində şiə məzhəbi tərəfindən qəbul olunur. Lakin bir səhabə ayə və sünnətdən özünün şəxsi istinbat və ictihadını nəql edərsə, yaxud onun nəql etdiyinin Peyğəmbərin (s) sözü, yoxsa onun öz şəxsi ictihadı olması məlum olmazsa, belə halda o, höccət sayılmayacaqdır. Çünki bir müctehidin nəzəri digər müctehid üçün dəlil sayılmır. Buna görə də səhabənin nəzərinə əməl etdikdə, onun şəxsi ictihadı olması ilə, Peyğəmbərin (s) sünnətindən nəql olunması arasında fərq qoyulmalıdır. Şiələr də yalnız Peyğəmbərin (s) sünnətini nəql edən səhabənin sözünə əməl edirlər.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin