ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ


İSLAMDA MƏRİFƏT YOLLARI 1-Cİ ƏSAS



Yüklə 5,11 Mb.
səhifə2/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   2   3   4   5   6   7   8   9   ...   56

İSLAMDA MƏRİFƏT YOLLARI




1-Cİ ƏSAS


İslam dünyanı və dini həqiqətləri tanıyıb bu barədə mərifət kəsb etmək üçün üç vasitədən faydalanmış və hər birini də özünün xüsusi çərçivəsində mötəbər saymışdır. Bu vasitələr aşağıdakılardan ibarətdir:

1-Hissiyyat; Bunun ən mühümü eşitmə və görmə hisləridir.

2-Əql və düşüncə; Bu yolla məhdud çərçivədə olan qanunlar əsasında həqiqətlər kəşf edilir.

3-Vəhy: Vəhy-yüksək məqama malik olan seçilmiş insanların maddi aləmin fövqündə olan qeyb aləmi ilə əlaqə saxlaması üçün bir vasitədir.

Birinci və ikinci yol ümumi yönə malikdir. Yəni bütün insanlar dünyanı tanıyıb mərifət kəsb etməkdə bu iki yoldan istifadə edə bilərlər. Həmçinin bu iki yol din və şəriətin başa düşülməsində də böyük rol ifa edir. Üçüncü yol isə Allah-taalanın xüsusi lütf və mərhəmətinin şamil olduğu şəxslərə aiddir. Bunun ən bariz nümunəsi ilahi peyğəmbərlərdir.

Hissiyyat vasitəsi yalnız beş duyğudan ibarətdir.2 Əql və düşüncə də məhdud yerlərdə istifadə olunur. Amma vəhyin miqyası daha geniş olub müxtəlif sahələrdə-istər əqidədə, istərsə də təklif və vəzifələrdə təsir edicidir.

Quranın müxtəlif ayələrində həmin vasitələr barəsində söz açılmışdır. Biz onların yalnız ikisini xatırlatmaqla kifayətlənirik.

Hissiyyat və əql haqqında buyurulur:

º†ËÓ†«‹Ô†√ÓŒt—ÓÃÓ„ÔÂt†ÂÊt†»Ô◊ÔËÊ†√ÔÂsÓÁ«“ ÔÔÂt†‰«“† ÔŸt‰ÓÂÔËÊÓ gÓÈt∆«Î†ËÓ†ÃÓŸÓ‰Ó†‰Ó„ÔÂt†«‰GsÓÂtŸÓ†ËÓ†«˘Ó»tg«“—Ó†ËÓ†«˘Óbt∆œÓ:Ó†

‰ÓŸÓ‰sÓ„ÔÂt† Ógt„Ô—ÔËÊÓ†;

“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxardıb sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükür edəsiniz!”3

“Əf”idə kəlməsi ərəb dilində “fuad”ın cəm formasıdır. “Qulaq” və “göz” ifadələrindən başa düşülür ki, “əf”idə kəlməsi ilə insanın əql və düşüncəsi nəzərdə tutulur. Ayənin sonundakı “bəlkə şükür edəsiniz” cümləsindən aydın olur ki, insan bu üç qüvvənin hər birindən bəhrələnmişdir. Ona görə ki, “şükr”-ün mənası hər bir nemətin münasib yerində işlədilməsidir.

Vəhy haqqında isə belə buyurulur:

“Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişi (cinsindən olan) peyğəmbərlər göndərmişdik. Əgər bir şeyi bilmirsinizsə, zikr əhlindən soruşun.”4

Dini əqidəsi olan bir insan həm varlıq aləmi və həm də məzhəbin tanınmasında hissiyyatdan faydalanır. Lakin çox vaxt hiss yolu ilə olan idrak, əql və təfəkkürün hakim olub mühakimə yürütməsinə şərait yaradır. Eləcə də, Allah, Onun sifətləri və işləri barəsində mərifət kəsb edilməsində təfəkkür və idrakdan istifadə olunur. Bu üç yolun hər birinin vasitəsi ilə əldə olunan nəticə öz növbəsində qənaətbəxş və həqiqətin kəşf olunmasında mötəbər sayılmışdır.


2-Cİ ƏSAS


İlahi peyğəmbərlər insanları iki şeyə dəvət etmişlər:

1-Əqidə.


2-Əməl.

Əqidənin həddi-hüdudu Allaha, Onun cəlal və cəmal sifətlərinə, eləcə də əf”alına (yəni işlərinə) inanmaqdır. Əməl dedikdə isə məqsəd hökmlər, dini mükəlləfiyyət və vəzifələrdir ki, insan Allahın əmri ilə özünün fərdi və ictimai yaşayışını onun əsasında qurub möhkəmlətməlidir.

Əqidə haqqında nəzərə çarpan əsas məsələ “elm” və “yəqin”-dir. Şübhəsiz ki, insanın öz məqsədinə çatması üçün yeganə dəlili “elm” və “yəqin”-dir. Məhz bu səbəbdən də hər bir müsəlman öz əqidələrində yəqin həddinə çatmalı və başqalarına təqlid etməməlidir.

Dini hökm və mükəlləfiyyət ilə əlaqədar əsas məsələ budur ki, insanın yaşayışı onların əsasında həyata keçirilməlidir. Burada insan yəqindən əlavə, şəriət sahibinin bəyan etdiyi qanunlara da əsaslanmalıdır. Dinin praktiki hökmlərində cameüş-şərait müctehidə (yəni şəriət hökmlərini Quran ayələri və hədislərdən əldə etməkdə lazım olan bütün şərtlərə malik olan müctehid-müt.) müraciət edib ona təqlid etmək, şəriətin vacib etdiyi həmin yollardan biridir. Gələcəkdə bu mövzu ilə əlaqədar geniş söhbət edəcəyik.



3-CÜ ƏSAS

Biz əqidə üsullarını və dini mükəlləfiyyətləri göstərən hökmləri isbat etmək üçün mötəbər mənbələrdən istifadə edirik. Əql və vəhy bu bölümün əsas mənbələrindən hesab olunur. Vəhy dedikdə məqsəd, Allahın nazil etdiyi müqəddəs kitab (Qurani-kərim) və sənəd baxımından İslam Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan mötəbər hədislərdir. Sonrakı bəhslərdə izah edəcəyimiz kimi, Əhli-beyt (əleyimus-salam)-dan nəql olunan bütün hədislər də “sünnə hesab olunur və ilahi höccət sayılan mötəbər sənədlərdən biridir.

Əql vəhyin, vəhy də əqlin höccət və mötəbər dəlil olmasını təsdiq edir. Əgər əqlin hökmünə əsaslanıb vəhyin höccət olmasını isbat ediriksə, elə vəhy də əqlin, xüsusi şərtlər daxilində höccət olmasını təsdiq edir.

Qurani-kərim bir çox yerdə əqlin mühakimə yürütməsini irəli çəkir və bütün insanları, varlıqların yaradılışında dərindən fikirləşib təfəkkür etməyə dəvət edir. Hətta Quranın özü də öz dəvətinin doğruluğunu isbat etmək üçün əqlə istinad edir. Heç bir səmavi kitab Qurani-kərim qədər dəlil və bürhan anlamından istifadə etməmişdir. Quranda mərifət və əqidə haqqında olan ayə və dəlillər həddindən artıq çoxdur.

Əhli-beyt (ə) da əqlin (düzgün hökm verməyə səlahiyyətli olduğu yerdə) höccət olmasını təsdiq etmişlər. İmam Kazim (ə) vəhyi “zahiri höccət”, əqli isə “batini höccət” adlandırmışdır.5


4-CÜ ƏSAS

Vəhy mötəbər (zahiri) dəlil olduğu kimi, eləcə də əql Allah tərəfindən insanların daxilində işıqlandırılan bir nurdur. Heç vaxt bu iki ilahi höccət arasında ziddiyyət yaranmaz. Əgər zahirdə müəyyən qədər ziddiyyət görünsə, deməli o halda ya bizim din barəsində əldə etdiyimiz mətləb düzgün deyil, ya da əqli dəlilin müqəddimələrində hansısa səhvə yol vermişik. Çünki, hikmət sahibi olan Allah heç vaxt insanları bir-birinin ziddinə olan iki yola dəvət etməz.

Əql ilə vəhy arasında həqiqi ziddiyyət təsəvvür olunmadığı kimi, elm ilə vəhy arasında da qətiyyən ziddiyyət ola bilməz. Əgər bəzi hallarda onların arasında ixtilaf görsək, yenə də hökm edib deməliyik ki, ya bizim din barəsində əldə etdiyimiz mətləb düzgün deyil, ya da elmimiz yəqin mərhələsinə çatmamışdır. Əksər hallarda bu kimi ziddiyyət elmin yəqin mərhələsinə çatmamasından irəli gəlir. Yəni müəyyən fərziyyələr qəti elm surətində aşkar olmadığı zaman ziddiyyət vücuda gələ bilər.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin