ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə3/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   2   3   4   5   6   7   8   9   ...   56

5-Cİ ƏSAS


Varlıq aləminə hakim kəsilən qanunlar bizim təsəvvür və təfəkkürümüzdən asılı olmayaraq, ayrıca şəkildə mövcud olan bir əbədi həqiqətdir. Belə ki, əgər insan hər hansı bir yolla müəyyən bir gerçəkliyi həqiqət kimi kəşf etsə, onda deməliyik ki, o, həmişə haqq və əbədidir. Lakin əgər bir gerçəkliyin kəşf olunmasında onun hansısa məlum bir hissəsi həqiqətlə uyğun, digər hissəsi isə səhv olarasa, təkcə həqiqətlə uyğun olan hissə əbədi həqiqət sayılacaq, mühit və şəraitin dəyişilməsi ilə həqiqət başqa şeylə əvəz olunmayacaqdır. Başqa sözlə, həqiqətlərdə olan nisbilik bu mənayadır ki, müəyyən anlayış və idrak haçansa həqiqətin eyni, başqa vaxtda isə səhv olmuş olsun. Təkvini işlər barəsində belə bir məsələ təsəvvür olunmayır. Belə ki, əgər ikini ikiyə vurduqda hasil dörddürsə, onda bu, həmişə belədir. Yox, əgər belə deyilsə, onda deməli heç vaxt belə deyil.

Hər hansı bir məfhum və anlayışın müəyyən bir mərhələdə həqiqət, başqa mərhələdə isə səhv olduğu təsəvvür oluna bilməz. Məfhum və idrakda nisbilik o zaman təsəvvür oluna bilər ki, insanın təsəvvüründən başqa bir şeydə olmasın. Məsələn, əgər hər hansı bir cəmiyyət öz ölkəsinin idarə olunmasında ilahi vəhydən ilham almazsa, onda hansı növ hökuməti seçib ölkənin necə idarə olunmasında tam azaddır. Əgər bir gün müəyyən bir yolu seçirlərsə, bu yol, onların arasında, bu məsələ haqqında fikir birliyi və razılaşma olan vaxta qədər həqiqət olur. Amma əgər bir gün onun əksinə razılaşsalar, onda onlar üçün həqiqət ikinci yol sayılacaqdır. Bu yolların hər biri də öz-özlüyündə həqiqətdir. Lakin zehndən və təsəvvür aləmindən xaricdə olan və özünəməxsus şəkildə təyin olunmuş işlərə gəldikdə isə, onlar idrak mərhələsində düzgün şəkildə olmuş olarsa, əbədi olaraq düzgün və həqiqət, əks halda isə batil və əsassız olacaqdır.




İSLAM BAXIMINDAN VARLIQ

6-CI ƏSAS


“Allahdan başqa” mənasını ifadə edən “kainat” Allahın yaratdığı məxluqlar hesab olunur. Kainat bir an olsun belə, Allahdan ehtiyacsız və müstəqil olmayıb və olmayacaq da. “Kainat Allahın məxluqudur” sözünün mənası budur ki, kainat Onun iradəsi ilə yaranmışdır. Onun, yaranış baxımından Allaha mənsub edilməsinin necəliyi ata-övlad arasındakı münasibət kimi deyildir. Qurani-kərimdə buyurulur:

“O (Allah), nə doğmuş, nə də doğulmuşdur.”6




7-Cİ ƏSAS


Dünyaya hakim olan indiki qayda-qanunlar əbədi və həmişəlik qayda-qanun deyildir. Təkcə Allahın xəbərdar olduğu müəyyən zaman keçdikdən sonra dünyadakı mövcud qayda-qanunlar pozulacaq, “məad” və “axirət aləmi” adlanan yerə məxsus olan qayda-qanunlar zahir olacaq. Bu barədə Qurani-kərimdə belə buyurulur:

“(Qiyamət günü) elə bir gündür ki, yer (kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və bütün insanlar hər şeyə qalib olan tək Allahın hüzurunda duracaqlar.”7 Həmçinin aşağıdakı ayədə buyuruğu bu həqiqətə işarədir:

“Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq.”8


8-Cİ ƏSAS


Dünyanın bütün qanunları səbəb-nəticə qanunu əsasında qurulmuşdur. Varlıqların arasında illiyyət və məluliyyət (səbəb və nəticə) qanunu hökm sürür. Hər hansı bir varlıq başqasına yalnız bu şərtlə təsir edə bilər ki, Allahın bu təsirin gerçəkləşməsinə iradəsi və izni olsun. Allahın hikmətli iradəsi bu əsasda olmuşdur ki, Öz feyzini səbəb və nəticə əsasında həyata keçirsin.

Qurani-kərim yuxarıda qeyd olunan hər iki mətləbi açıqca bəyan etmişdir. Yəni təbii varlıqlar arasında həm səbəb-nəticə qanunu hökm sürür, həm də hər hansı bir səbəbin təsir göstərməsi Allahın iradə və izninə bağlıdır.

Qurani-kərim birinci məsələ barəsində buyurur:

“O, göydən su nazil etdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi.”9

İkinci məsələ barəsində isə belə buyurur:

“Təmiz bir məmləkətin bitkiləri Rəbbinin iznilə çıxar.”10



9-CU ƏSAS


Varlıq dedikdə təkcə maddi təbiət nəzərdə tutulmamalıdır, əksinə dünyanın bir hissəsini təbiətin fövqündə olan şeylər təşkil edir. Bu da Quran terminində “qeyb aləmi” adlandırılır. Maddi varlıqlar bir-birinə məhz Allahın izniylə təsir göstərir. Eləcə də qeybi varlıqlar (ilahi feyz vasitələri) təbiət aləmində məhz Allahın izniylə təsir göstərirlər. Qurani-kərim mələklərin təbiət aləmində baş verən hadisələrə təsir göstərməsini belə bəyan edir:

“And olsun işə (dünya işlərinə) əncam çəkənlərə! (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə).”11

“Allah, Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə gözətçi mələklər göndərir.”12

Qeyd olunan ayələrdən belə nəticə alırıq ki, (istər təbiətdə istərsə də təbiətin fövqündə olan) bütün şeylərə hökm sürən səbəb-nəticə qanunu Allahın izninə bağlıdır.




10-CU ƏSAS

Aləm hidayət olunmuş bir həqiqətdir. Onun bütün varlıqları, malik olduqları mərtəbə, dərəcə və öz qabiliyyətlərinə görə hidayət nurundan bəhrələnirlər. Bu ümumi hidayətin mərtəbə və dərəcələrini təbii, təkvini və qərizəvi (instinktik) hidayət təşkil edir. Qurani-kərimin müxtəlif ayələrində təkvini və ümumi hidayəti xatırladılmışdır. Biz onların birini qeyd etməklə kifayətlənirik:

“Rəbbimiz hər şeyə, onların öz surətini və şəklini verən, sonra onu hidayət edən Allahdır.”13


11-Cİ ƏSAS


Dünyaya hökm sürən qanunlar ən mükəmməl və bəyənilmiş qanunlardır. Ondan da yüksək səviyyədə nizama salınmış, mükəmməl və gözəl bir nizamın təsəvvür olunması qeyri-mümkündür. Qurani-kərim bu barədə buyurur:

“O (Allah), hər şeyin xilqətini gözəl yaratdı.”14

Həmçinin buyurur:

“Yaradanların ən gözəli olan Allah, nə qədər gözəl, nə qədər uludur!”15 (Yəni Allahın gözəl olması, məxluqlarının da gözəl yaratmasını tələb edir.)

Bu əsası sübut edən əqli dəlil budur ki, hər bir failin (iş görənin) işi kamil və nöqsanlı olma baxımından onun özünün sifət və kamalına bağlıdır. Əgər faildə, malik olduğu sifət baxımından heç bir nöqsan olmazsa, onun gördüyü iş də bütün eyb və nöqsanlardan uzaq olmalıdır. Bütün kamal sifətlər Allah taalanın Zatında mükəmməl şəkildə olduğu üçün, Onun işləri də bütün nöqsanlardan uzaq, eləcə də mükəmməl və gözəl olmalıdır.

Bunlardan əlavə, Allahın hikmət sahibi olması Onun məxluqatının gözəl yaranmasına dəlalət edir.

Qeyd etməliyik ki, təbiət aləmində şər adlanan hər hansı bir şeyin, dünyanın gözəl nizam-intizamı ilə heç bir ziddiyyəti yoxdur. Bu mətləbin izahı xaliqiyyətdə (xəlq etməkdə) tovhid bölməsində gələcək.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin