ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə5/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   2   3   4   5   6   7   8   9   ...   56

19-CU ƏSAS

İnsaniyyətin əsl meyarı hesab olunan əxlaqi dəyərlər əbədi və həmişəlikdir. Zamanın keçməsi və müəyyən ictimai dəyişikliklər onların aradan getməsinə və ya dəyişməsinə səbəb ola bilməz. Məsələn, əhdə vəfalı qalmaq və ya ehsan və yaxşılıq etmək əbədi və həmişəlik canlı qalan məsələlərdəndir, nə qədər ki, yer üzündə insan vardır, bunlar da onunla birgə olacaq və bu əxlaqi qanun heç vaxt qüvvədən düşməyəcəkdir. Həmçinin, onların əksi olan xəyanət etmək və əhdə vəfasız qalmağın pis və bəyənilən iş olmasıda bu qəbildəndir.

Beləliklə, əql nöqteyi-nəzərindən bəşərin ictimai həyatında bir sıra əsaslar vardır ki, onlar insanın pak fitrəti və təbiəti ilə qarışmış, əbədi və həmişəlikdir.

Bəli, bu əxlaq normalarının kənarında bir sıra adət-ənənələr də tapılır ki, onlar zaman və məkanın təsirini qəbul etmiş və onlarda əxlaqın əbədi əsasları ilə heç bir rabitəsi olmayan dəyişikliklər baş vermişdir.

Qurani-kərim əql və əxlaqın əbədi prinsiplərinin bir neçəsinə işarə edərək buyurur:

“Yaxşılığın əvəzi ancaq yaxşılıqdır.”29

“Yaxşı iş görənləri məzəmmət etməyə heç bir əsas yoxdur.”30

“Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz.”31

“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara ehsan edib əl tutmağı əmr edir, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir.”32

20-Cİ ƏSAS


İnsanın bu dünyadakı əməlləri ya yaxşılıq, ya da pislikdir. Dünyada baş verən bir sıra hadisələr onun gördüyü işlərin nəticəsi olur. Bu bir həqiqətdir ki, vəhy onu açıqlamış, bəşər elmi də müəyyən bir həddə ondan agah olmuşdur. Qurani-kərimdə bu məsələ ilə əlaqədar bir çox ayə vardır. Biz iki ayəni qeyd etməklə kifayətlənirik:

“Əgər qəryələrin (abadlıqlların) əhalisi iman gətirib təqvalı olsaydılar (pis işlərdən çəkinsəydilər), sözsüz ki, göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq. Lakin onlar (Allahın ayə və nişanələrini) təkzib etdilər. Biz də onları, kəsb etdikləri günahlara görə məhv etdik.”33

Həzrət Nuh (ə) öz ümmətinə başa salır ki, pis işlərdən və günahlardan çəkinməklə bərəkət qapılarını öz üzünüzə açıb və nemətlərin çoxalması üçün şərait yarada bilərsiniz və bu iki iş arasında müəyyən rabitə vardır. Qurani-kərim buyurur:

“Və (öz qövmümə) dedim ki: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki, O, (günahları) bağışlayandır. (Belə olduqda) O, sizə göydən bol yağış göndərər, mal-dövlət və oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar əmələ gətirər və çaylar axıdar.”



21-Cİ ƏSAS


Xalqların və millətlərin inkişaf etməsi və ya geridə qalmasının xarici amillərdən əlavə, digər səbəbləri də vardır. Bu səbəblər onların əqidələrində, əxlaq və davranışında mühüm rol oynayır. Bu əsasın Allahın insan üçün təyin etdiyi müqəddərat ilə heç bir ziddiyyəti yoxdur. Çünki, o, Allahın təyin etdiyi ümumi müqəddəratın zahir olduğu yer və onun ayrılmaz bir hissəsi sayılır. Yəni Allahın ümumi iradəsi ümmətlərin öz əqidə və davranışlarına əsaslanaraq onların müqəddəratını müəyyənləşdirir. Məsələn: İctimai əlaqələrini ədalət üzərində quran bir millət yaxşı və asayişdə yaşayacaq, əks təqdirdə isə pis və acınacaqlı taleyə düçar olacaqlar. Quran terminində bu əsas “ilahi sünnətlər” adlandırılır:

“Onlara, ilahi əzabdan qorxudan bir peyğəmbər gəldikdə bu, ancaq onların nifrətini artırdı. Bu isə onların yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl ancaq onun öz sahibinin ziyanına tamam olar. Məgər onlar Allahın qayda-qanunu üzrə əvvəlkilərin düçar olduqları müsibətləri gözləyirlər? Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!”34

“Əgər möminsinizsə, siz ən üstün insanlarsınız. Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk.”35

22-Cİ ƏSAS


Bəşər tarixinin çox aydın və parlaq bir gələcəyi vardır. Doğrudur, bəşər çətinliklərdə bərkiyir, amma bu vəziyyət həmişəlik deyil, bəşər tarixi ədalətin hökm sürəcəyi aydınlığa doğru hərəkət edir. Quran ifadəsi ilə desək, yer üzünün hakimləri Allahın saleh bəndələri olacaq:

º†ËÓ†‰ÓvÓœt†„Ó Ó»tÊ«“†bȆ«‰GsÓ»ÔË—†ÂÊt†»ÓŸtœ†«‰Gs„t—†«ÊsÓ†«‰tŸÓ—t÷Ó†ÈÓ—ÀÔÁ«“†ŸÓ»«“œÈÓ†«‰gs«“‰ÕÔËÊÓ†;

“Biz Zikrdən sonra, Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.”36

Həmçinin buyurur:

ºËÓŸtœÓ «‹Ô†«‰sÓ–ÈÊÓ†¬ÂÓÊÔË«†ÂÊt„ÔÂt†ËÓŸÓÂ‰ÔË«†«‰gs«“‰Õ«“ †‰ÓÈÓGt ÓŒt‰bÓÊsÓÁÔÂt†bȆ«˘Ó—t÷†„Ó«“†«Gt ÓŒt‰ÓbÓ†«‰sÓ–ÈÊÓ†

ÂÊt†vÓ»t‰ÁÂt†;

“Allah sizin aranızda iman gətirib yaxşı işlər görənlərə, onların özlərini-əvvəlkilər kimi-yer üzünün varisləri edəcəyini vəd etmişdir.”37

Beləliklə, tarix boyu haqq ilə batil arasındakı barışmaz mübarizədə, qələbə (çox çəkməsinə baxmayaraq) haqq ilədir:

º†»Ó‰t†ÊÓvt–bÔ†»«‰tÕÓvs†ŸÓ‰ÓȆ«‰t»«“◊‰†bÓÈÓœtÂÓ⁄ÔÁÔ†bÓ«–«“†ÁÔËÓ†G«“Ávφ;

“Xeyr, Biz haqı batilin başına vurub onu yox edərik, batil də dərhal heç olar.”38



23-CÜ ƏSAS


Quran baxımından insan xüsusi kəramətə və hörmətə malikdir. O, mələklərin səcdəgahı qərar verilmişdir. Qurani-kərim buyurur:

º†ËÓ†‰ÓvÓœt†„Ó—sÓÂtÊ«“†»ÓÊȆ¬œÓÂÓ†ËÓ ÕÓÂÓ‰tÊ«“ÁÔÂt†bȆ«‰t»Ó—s†ËÓ†«‰t»ÓÕt—†ËÓ†—ÓGÓvtÊ«“ÁÔÂt†ÂÊÓ†«‰◊sÓÈs»«“ †ËÓ†bÓ÷sÓ‰tÊ«“ÁÔÂt†ŸÓ‰È”†

„ÓÀÈ—n†ÂÂsÓÊt†ŒÓ‰ÓvtÊ«“† Óbt÷ȉ«Î†;

“Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları suda və quruda yerləşdirdik. Özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.”39

İnsanın əsas hissəsini təşkil edən nəfsin aludəliklərdən pak olması və hörmətinin qorunub saxlanması ilə yanaşı, İslamda, bu kəramətin hər hansı bir əməl ilə aradan aparılması qadağan olunmuşdur. Yəni zalımcasına hökmranlıq etmək və ləyaqətsiz şəxslərin hökmranlığı altında yaşamağı qəbul etmək kəskin şəkildə qadağan olunmuşdur. Həzrət Əmirəl-möminin Əli (ə) buyurur:

º†ËÓ†‰«“† Ó„ÔÊt†ŸÓ»tœÓ†⁄ÓÈt—„Ó†ËÓ†vÓœt†ÃÓŸÓ‰Ó„Ó†«‹Ô†ÕÔ—t«Î†;

“Başqasının qulu olma, həqiqətən Allah səni azad yaratmışdır.”40

Həmçinin o Həzrət yenə buyurur:

º†«ÊsÓ†«‹Ó† Ó»«“—Ó„Ó†ËÓ† ÓŸ«“‰È”†bÓËt÷†«‰È”†«‰tÂÔËÂÊ†„‰t†gÈ∆n†«†˙”†«–‰«‰†ÊbGÁ†;

“Allah taala imanlı şəxslərin bütün işlərini onların özlərinə həvalə etmişdir, (onu həmin işləri görüb görməməsində azad və ixtiyar sahibi etmişdir), yalnız ona, özünü zəlil və xar etməsinə icazə verməmişdir.”41

Aydındır ki, ilahi hökumətləri qəbul etməyin bu qanun və əsasla qətiyyən ziddiyyəti yoxdur. (Bunun izahı gələcək bəhslərdə deyiləcək).


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin