24-CÜ ƏSAS
İslam, insanın ağıllı tərzdə həyat sürməsinə xüsusi əhəmiyyət verir. Çünki, insanın digər canlılardan üstünlüyünün meyarı, onun ağlı və təfəkkür qüvvəsindən ibarətdir. Məhz buna görə də Qurani-kərim, müxtəlif ayələrdə insanları təfəkkür etməyə dəvət edir, xilqətdə təfəkkür etməyi təfəkkür sahiblərinin səciyyəvi xüsusiyyətlərindən bilir:
º†«Ó‰sÓ–ÈÊÓ†ÈÓ–t„Ô—ÔËÊÓ†«‹Ó†vÈ«“«ΆËÓ†vÔŸÔËœ«Î†ËÓ†ŸÓ‰È”†ÃÔÊÔË»ÁÂt†ËÓ†ÈÓ ÓbÓ„sÓ—ÔËÊÓ bȆŒÓ‰tv†«‰GsÓÂÓË«“ †ËÓ†«˘—t÷†
—Ó»sÓÊ«“†Â«Ó†ŒÓ‰Óvt Ó†Áˆˆ–«“†»«“◊‰«Î†;
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayır, göylərin və yerin yaradılışı haqqında düşünər (və deyərlər:) Ey Rəbbimiz! Sən bunları boş və əbəs yerə yaratmamısan! Sən pak və müqəddəssən!”42
Bu ayəyə əsasən, Qurani-kərim insanların, keçmiş nəsillərə kor-korana təqlid etməsini qadağan edir.
25-Cİ ƏSAS
İslam nöqteyi-nəzərindən insanın iqtisadi, siyasi və s... zəminələrdə olan fərdi azadlığı onun mənəvi tərəqqisi, həmçinin ümumi mənafe və məsələhətinə zidd olmaması ilə şərtlənir. Həqiqətdə İslam dinində Allah tərəfindən insan üçün təyin edilən vəzifə və mükəlləfiyyətlər qoyulması insana müəyyən vəzifələr təyin etməklə onun zati kəramətini qoruyub, ümumi mənafe və məsləhətini təmin etmək, bütpərəstliyin, şərabxorluğun və bu kimi yaramaz işlərin qarşısını almaq, eləcə də insanın hörmət və kəramətini qorumaq məqsədi daşıyır. Bununla da İslam qanunlarının hikmət və fəlsəfəsi tamamilə aydın olur.
Qurani-kərim qisas hökmünün icra olunmasını insan həyatının davam etmə amili hesab edərək buyurur:
ºËÓ†‰Ó„ÔÂt†bȆ«‰tvg«“g†ÕÓÈ«:φȫ“†√ÔˉȆ«˘Ó‰t»«“»;
“Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır.”43
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
º†«ÊsÓ†«‰tÂÔŸtgÈÓ:Ó†«–«“†ŸÓ‰ӆ»Á«“†«‰tŸÓ»tœÔ†G—t«Î†‰ÓÂt†È÷—t†«˙”†Ÿ«“‰Á«†b«–«†ŸÂ‰†»Á«†Ÿ‰«ÊÈ:†ËÓ†‰ÓÂt†È⁄Èt—
†√÷— †»«‰Ÿ«Â:†;
“Hər kəs gizli şəkildə günah edərsə, yalnız özünə ziyan vurur. Amma açıq-aşkarda günah edərsə və ona etiraz edilməsə, bütün xalqa ziyan yetirər.”
İmam Sadiq (ə) bu hədisi nəql etdikdən sonra əlavə edərək buyurdu:
º†–«“‰„Ó†√ÓÊsÓÁÔ†ÈÔ–‰sÔ†»ŸÓÂÓ‰Á†œÈÊÓ†«‹†ËÓ†Èv œÈ†»Á†√ÓÁt‰Ô†Ÿœ«Ë:†«‹†;
“Bu işin səbəbi budur ki, aşkarda günah edən kimsə, öz rəftarı ilə Allah dini və hökmlərinin hörmətini pozur və bununla da Allah düşmənləri bu işdə ona itaət edir.”44
26-CI ƏSAS
İslam nöqteyi-nəzərində fərdi azadlığın nümunə-lərindən biri də dinin qəbul edilməsində məcburiyyətin olmamasıdır. Qurani-kərim buyurur:
“Dində heç bir məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın şəkildə seçil-mişdir.”45
Çünki, İslam, bəyənilmiş din, iman və qəlbə aid olan bir inancdır və heç vaxt zorla qəbul etdirilib qəlblərdə yer tuta bilməz. Əksinə, bir sıra mühüm müqəddimələrin hasil olması ilə eyni zamanda haqq batildən seçilib ayrılır. Bu aydınlıq hasil olarkən, insan təbii olaraq haqqı qəbul edir.
Cihadın islamın ən mühüm vacib məsələlərindən biri olmasına baxmayaraq bunun mənası dinin zorla qəbul etdirilməsi deyildir. Əksinə, cihadda əsas məqsəd, ilahi əhd-peymanların və Allah kəlamının xalqlara çatdırıl-masının qarşısında olan maneələri aradan qaldırmaq, həmçinin cəmiyyəti fəsad və azğınlıqdan təmizləməkdir.
Cəmiyyəti hidayətə doğru yol göstərən nübüvvətin fəlsəfə və hikməti tələb edir ki, cihad etmək istəyənlər ilahi məramların xalqa çatdırılmasında lazımi şəraiti hazırlamaq üçün mütləq yaranan maneələri aradan qaldırsınlar.
Ötən bəhslərdə islamın insan və dünya haqqında olan nəzərləri bəyan olundu. Bu haqda digər nəzəriyyələr də vardır ki, bu barədə münasib yerdə söhbət edəcəyik. İndi isə İslamın əhkam və əqidə zəminəsində olan nəzəriyyələrini bəyan edirik:
İKİNCİ FƏSİL
ƏQİDƏLƏRİN KÜLLİYYATI
TOVHİD VƏ ONUN MƏRTƏBƏLƏRİ
27-Cİ ƏSAS
TOVHİD VƏ ONUN MƏRTƏBƏLƏRİ
Allahın varlığına inanmaq, bütün ilahi dinlərdə olan müştərək bir inamdır. Həm də ilahi dinlərə tabe olan hər hansı bir insanın maddi və materialist əqidəli bir şəxsdən fərqlənməsi məhz bu əsas üzərində qoyulmuşdur.
Qurani-kərim Allahın varlığını aydın və dəlilə ehtiyacı olmayan bir məsələ hesab edərək, bu haqda yol verilən hər növ şəkk-şübhəni yersiz bilir:
º†√ÓbȆ«‹†gÓ„tφb«“◊—†«‰GsÓÂÓË«“ †ËÓ†«˘Ó—t÷†;
“Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə etmək olarmı?”46
Allahın varlığının aydın bir həqiqət olması ilə yanaşı, Qurani-kərim təfəkkür, dəlil və sübut yolu ilə Allahı tanımaq, zehnlərində ehtimal üzrə yarana biləcək şəkk-şübhəni aradan qaldırmaq istəyən şəxslər üçün müxtəlif dəlillər bəyan etmişdir ki, onların ən mühümü aşağıdakılardan ibarətdir:
1-İnsan, xüsusi şəraitlərdə, çətinliyə düşəndə özündən üstün və yüksəkdə olan məxluqlara ehtiyaclı olmasını duyur. Bu, onun daxilindən gələn fitri bir səs olub onu yeganə Allaha doğru çağırır. Qurani-kərim bu barədə buyurur:
º†bÓ√ÓvÂt†ËÓÃtÁÓ„Ó†‰‰œsÈʆÕÓÊÈb«Î†b◊t—Ó:Ó†«‹†«‰sÓ È†bÓ◊Ó—Ó†«‰Ês«“G†ŸÓ‰ÎÈtÁ«“†;
“Batildən haqqa yönələrək üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut.”47
Həmçinin buyurur:
º†bÓ«–«“†—Ó„»ÔË«†bȆ«‰tbÔ‰t„†œÓŸÓËÔ«†«‹Ó†ÂÔŒt‰gÈÊÓ†‰ÓÁÔ†«‰œsÈÊÓ†bÓ‰ÓÂs«“†ÊÓÃs«“ÁÔÂt†«‰È†«‰t»Ó—s†«–«“†ÁÔÂt†ÈÔgt—„ÔËÊÓ†;
“Müşriklər gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) ixlasla, yalnız Allahı çağırıb dua edirlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.”48
2-Quran insanı, təbiət aləmində mütaliələr etməyə, həmçinin Allahın varlığına aşkar dəlil olan qəribə məxluqlar haqda təfəkkür etməyə dəvət edir. Varlıq aləmində hikmətlə yanaşı olan təfəkkür, onun yaradanını qürdət və elm hekayət edir. Qurani-kərim buyurur:
º†«ÊsÓ†bȆŒÓ‰tv†«‰GsÓÂÓË«“ †ËÓ†«˘Ó—t÷†ËÓ†«Œt ‰«“b†«‰sÓÈt‰†ËÓ†«‰ÊsÓÁ«“—†‰Ó¬È« n†‰√ÔˉȆ«˘Ó‰t»«“»†;
“Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca dəqiq nizamla gəlib-getməsində) ağıl sahibləri üçün qəti dəlillər vardır.”49
Bu əsası sübuta yetirən ayələr olduqca çoxdur, biz isə həmin ayə ilə kifayətlənirik.
Aydındır ki, Allah barəsində mərifət kəsb etməyin yolları yalnız yuxarıda qeyd olunan iki dəlillə bitmir; əksinə, Allahın varlığını isbat etmək üçün əlavə dəlillər də vardır ki, ilahiyyat alimləri kəlam kitablarında onu ətraflı şəkildə qeyd etmişlər.
Dostları ilə paylaş: |