132-Cİ ƏSAS
Keçən söhbətimizdən dini rəhbərləri üçün əzadarlıq və ya bayram məclislərinin təşkil olunmasının fəlsəfəsi aydın oldu. Onların çətinlik və müsibətlərini xatırladan məclislər qurmaq, həqiqətdə onlara bir növ məhəbbət izhar edilməsi sayılır. Yəqub peyğəmbər uzun illər boyu əziz övladı Yusif üçün ağlayıb, göz yaşı axıtmışdır. Bu da onun öz övladına qarşı atalıq məhəbbəti və istəyindən irəli gəlirdi. Müsəlmanlar Həzrət Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) matəm günlərində məclis quraraq ağlayıb göz yaşı tökməklə, onlara olan məhəbbətini bildirirlər. Onlar bu işdə Həzrət Yəquba təqlid edirlər.
Dünyadan getmiş əzizlər üçün matəm məclisi qurulması “Ühüd” döyüşündən sonra yadigar qalmışdır. Həzrət Rəsuli Əkrəm (s) ənsar qadınlarının “Ühüd” döyüşündə şəhid olanlar üçün ağladıqlarını eşitdikdə öz əziz əmisini xatırladaraq belə buyurdu:
º†ËÓ†‰ˆˆ„ÊsÓ†ÕÓÂtGÓ:Ó†‰«“†»ÓË«“„ÈÓ†‰ÓÁÔ†;
“Lakin Həmzə üçün ağlayan yoxdur.»356
Səhabələr o Həzrətin əmisi üçün əza məclisi qurmaq istədiyini gördükdə dərhal həyat yoldaşlarına göstəriş verdilər ki, Peyğəmbərin (s) əmisi üçün əza məclisi qursunlar. Beləliklə də əza məclisi quruldu. Peyğəmbər (s) onların bu işindən razı qalaraq onlara dua edib buyurdu:
º†—ÓÕÂÓ†«‹Ô†«˘ÓÊtg«“—Ó†;
“Allah-taala Ənsara (Mədinədə Peyğəmbərə və sair müsəlmanlara sığınacaq verən müsəlmanlara) rəhmət etsin!»
Daha sonra ənsar başçılarından qadınların evlərinə getməsinə göstəriş verməsini istədi.357
Haqq yolunda şəhid olanlar üçün əza məclisi qurmağın ayrı bir fəlsəfəsi də (faydası) vardır. O da bu cür məclislər vasitəsi ilə onları yad edib, getdikləri yolu qoruyub saxlamaqdan ibarətdir. Çünki onlar din yolunda fədakarlıq edib, zillətə və alçaqlığa boyun əymişlər.
“Qızıl qana bulaşmaq zillətli yaşayışdan üstündür»-şüarı onların həmişəki məntiqi olmuşdur. Hər Aşura günündə bu məntiq yenidən dirçəlir və bütün xalqlar və millətlər Hüseyin (ə) məktəbindən ibrət dərsi alır.
133-CÜ ƏSAS
Ağıllı insanlar öz əcdadlarından yadigar qalmış abidələr və s. şeylərə böyük əhəmiyyət verib, onları milli-mədəni (miras) kimi qoruyub saxlayırlar. Hətta bu yolda külli miqdarda pul xərcləyir və onların tələf olmasının qarşısını alırlar. Çünki bu əşyalar onların yeni dövranını qədim zamanlarla əlaqələndirən, millətlərin tərəqqi və inkişaf yolunu aydınlaşdıran bir amil sayılır. Bu kimi qədim abidələr ilahi peyğəmbərlərə və övliyalara məxsus olduqda, qeyd olunanlardan əlavə, onların vasitəsi ilə xalqın mənəviyyat, iman və dininin qorunub möhkəmlənməsində mühüm amil sayılır. Bu abidələri məhv edib aradan aparmaq, bir müddətdən sonra onların pərəstişarları arasında şəkk yaranmasına və hətta onların ümumiyyətlə olub-olmaması haqqında şübhəyə düşmələrinə səbəb olacaqdı. Məsələn, qərblilər hər cəhətdən (adət və ənənə cəhətindən) qərbli olsalar da, məzhəb və dini cəhətdən şərqə yönələrək məsihi dinini qəbul etmişlər. Lakin bir müddət keçdikdən vəziyyət dəyişildi, qərb gənclərinin axtarış hissi get-gedə artdı. Onların arasında Həzrət İsanın (ə) varlığı haqda şübhə yarandı. Həzrət İsa (ə) barəsində qədim bir əsərin olmaması ucbatından o Həzrəti tarixi utopiya kimi güman etdilər. Halbuki müsəlmanlar tarix boyu tam başıucalıqla Həzrət Peyğəmbər (s) və məsum imamlardan qalmış abidələri göz bəbəyi kimi qoruyub saxlamışlar. Onlar on dörd əsr bundan qabaq ilahi bir peyğəmbərin çox ali və mütərəqqi proqramlarla peyğəmbərliyə seçilməsi və misli görünməmiş böyük ictimai bir dəyişiklik və islahat aparmasını deyirlər. Onlar belə ümumdünya ilahi islahatçının varlığında heç vaxt şübhə etmirlər. Çünki onun doğulduğu yer, ibadət və dua etdiyi məkan, peyğəmbərliyə çatdığı və söhbət etdiyi yerlər, İslam dinini şərəflə müdafiə etdiyi ərazilər, həmçinin dünyanın böyük şəxsiyyətlərinə yazdığı məktublar və s. kimi yüzlərlə əlamətin hamısı olduğu kimi qalmış və hamıya məlumdur.
Qeyd olunanlara əsasən, qədim mirasların qorunub-saxlanılmasının ictimai təfəkkürdə necə böyük rol oynaması aydın olur, digər tərəfdən də Quran ayələri və müsəlmanların ənənəsi bu mətləbi təsdiq edir. Qurani-kərimdə sübh və axşam Allahın adı zikr olunan evlərin ucaldılması haqda buyurur:
º†bȆ»ÔÈÔË n†«Ó–ÊÓ†«‹Ô†«ÓÊt† Ô—tbÓŸÓ†ËÓ†ÈÔ–t„Ó—Ó†bÈÁ†«GtÂÔÁÔ†ÈÔGÓ»sÓÕÔ†‰ÓÁÔ†bÈÁÓ«†»Ó«‰t⁄ÔœÔËs†ËÓ «˘Óg«“‰†;†—듉φ‰«“† Ô‰tÁÈÁÂt†
ë“—Ó:φËÓ†‰«“†»ÓÈtŸÏ†ŸÓÊt†–„t—†«‹†ËÓ†«v«“†«‰gsÓ‰«“:†ËÓ†«È «“¡†«‰GsÓ„«“:†ÈÓŒ«“bÔËÊÓ†ÈÓËt«Ά ÓÓ ÓvÓ‰sÓ»Ô†bÈÁ†«‰tvÔ‰Ô˻Ԇ
ËÓ†«˘Ó»tg«“—Ô†;
“Ucalmasında Allahın izni və istəyi olan evlərdə sübh və şam vaxtı Allahın adı zikr və təsbih olunur. (Bu zikr və təsbih edənlər) o kişilərdir ki, ticarət və al-ver onları Allahı yad etmək namaz iqamə etmək və zəkat verməkdən saxlamır və onlar ürəklərin və gözlərin dəyişildiyi gündən qorxurlar.»358
Ayədə zikr olunmuş “»ÈË » (evlər) sözündən məqsədin məscid olmaması aydın bir məsələdir. Çünki, Qurani-kərimdə (»ÈË ) -evlər sözü məscidlər sözünün müqabilində işlədilmişdir. Eləcə də bildiyimiz kimi, (ÂGÃœ†«‰Õ—«Â) Məscidül-həram (»È †«‰‰Á†«‰Õ—«Â) Beytullahil-həram sözü ilə fərqlidir.
Digər tərəfdən, bəzi rəvayətlərə əsasən , ayədə zikr olunmuş evlər kəlməsi peyğəmbərlər, xüsusilə islam Peyğəmbəri (s) və onun pak Əhli-beytinin (ə) evlərindən ibarətdir. Mərhum Süyuti, Əbu Bəkrin belə dediyini nəql edir: Bu ayə Peyğəmbərə (s) nazil olanda biz hamılıqla məsciddə idik. Bir nəfər ayağa qalxaraq soruşdu: Ayədə gəlmiş evlər kimlərə məxsusdur? Həzrət Peyğəmbər (s) onun cavabında buyurdu: Məqsəd peyğəmbərlərin evləridir. Mən ayağa qalxıb soruşdum: Əli və Zəhranın da evləri bu evlərdəndir?
Peyğəmbər (s) cavabımda belə buyurdu:
º†ÊÓŸÓÂt†ËÓ†ÂÊt†«Ób«“÷‰Á«“†;
“Bəli, bu onların daha fəzilətlilərindəndir»359
“»ÈË » -(evlər) sözündən məqsədin nə olması məlum olduqdan sonra, evlərin ucalmasından məqsədin nə olmasını bəyan edirik. Bu haqda iki ehtimal vardır:
1-Evlərin təmiri və uca tikilməsi. Qurani-kərimdə bu söz yalnız həmin mənada işlənmişdir:
º†ËÓ†«–t†ÈÓ—tbÓŸÔ†«»t—«“ÁÈÂÔ†«‰tvÓË«“ŸœÓ†ÂÊÓ†«‰t»ÓÈt †ËÓ†«Gt«“ŸÈ‰Ô;
“O zaman ki, İbrahim İsmail ilə birlikdə Kəbənin divarlarını qaldırırdılar.»360
2-Onlara hörmət qoyub, qorumaq.
Birinci mənaya əsasən, peyğəmbərlərin evləri qabaqcadan tikildiyi üçün məqsəd yeni evlərin tikilməsi deyil, onları dağılıb aradan getməkdən qorumaqdır. Amma ikinci mənaya əsasən, məqsəd onları dağılmaqdan qorumaqdan əlavə, hörmətin aradan getməsinə səbəb olan hər bir çirkinlikdən qorumaqdan ibarətdir.
Deməli Peyğəmbər (s) və onun Əhli-beytinə aid olan evləri qoruyub saxlamaq və bu işi ilahi bir vəzifə saymaq hər bir müsəlmanın şər”i vəzifəsidir.
Əshabi-Kəhfə aid ayədən məlum olur ki, onların gizləndiyi mağara aşkar olduqdan sonra onların xatirəsini əziz tutmaq istəyən iki dəstə arasında ixtilaf yarandı. Onların bir dəstəsi Əshabi-Kəhfin xatirəsini əziz tutmaq üçün onların qəbirləri üzərində xatirə abidəsi, o biri dəstə isə həmin məqsədlə orada məscid tikilməsini təklif etdi. Əgər bu iki təklif İslam dininin əsasları ilə zidd olsaydı, Qurani-kərim onları tam ayrı bir tərzdə zikr edər və ya onların bu təkliflərini tənqid edərdi. Ayədə buyurulur:
º†≈–t†ÈÓ ÓÊ«“GÓŸÔËÊÓ†»ÓÈtÊÓÁÔÂt†«ÓÂt—ÓÁÔÂt†bÓv«“‰ÔË«†«»tÊÔË«†ŸÓ‰ÓÈtÁÂt†»ÔÊtÈ«“ʫΆ—Ó»sÔÁÔÂt†«ÓŸt‰ÓÂÔ†»ÁÂt†v«“‰Ó†«‰sÓ–ÈÊÓ†⁄Ó‰Ó»ÔË«†ŸÓ‰È”
√ÓÂt—ÁÂt†‰ÓÊÓ sÓŒ–ÓÊsÓ†ŸÓ‰ÓÈtÁÂt†ÂÓGtÃœ«Î†;
“(Əshabi-Kəhfin) dəfn olunma yerindən xəbərdar olanlar (onların xatirəsinin hansı yolla əziz tutmaq barədə) ixtilafa qalxdılar. Onlardan bir dəstəsi dedi: Onların (məzarı) üzərində bir bina düzəldək. Rəbbləri onların vəziyyətindən daha çox agahdır Qabaqkı dəstəyə qalib olanlar isə dedilər: Onların (məzarı) üzərində məscid tikəcəyik.»361
Bu iki ayədən, Peyğəmbərin (s) əsrindən indiyədək müsəlmanlar tərəfindən Peyğəmbər (s) və onun Əhli-beyti (ə)-nə aid olan evlərin qorunub saxlanmasının ardıcıl bir ənənə olmasından bu işin yüz faiz dini və islami bir iş olduğu aydınlaşır. Buna görə də peyğəmbərlərə, habelə, Rəsuli Əkrəm (s) və onun Əhli-beytinə aid olan evləri təmir etmək və orada məscid tikmək islami bir iş sayılır.
Dostları ilə paylaş: |