129-CU ƏSAS (RƏC”ƏT)
“Rəc”ət» ərəb sözü olub, qayıdış mənasını daşıyır. Şiə məzhəbindəki bu sözdən məqsəd, qiyamət günündən qabaq və Həzrət İmam Məhdinin (ə) zühurundan sonra islam ümmətindən bəzi şəxslərin bir daha bu dünyaya qayıtmasıdır. Bu əqidənin ən mühüm dəlili, hər şeydən qabaq Qurani-kərimdir. “Nəml» surəsinin 83-cü ayəsində belə buyurulur:
º†ËÓ†ÈÓËtÂÓ†ÊÓÕtgÔ—Ô†ÂÊt†„Ô‰s†«ÔÂsÓ:n†bÓËtëΆÂÂsÓÊt†ÈÔ„Ó–s»Ô†¬È«“ Ê«“†bÓÁÔÂt†ÈÔËGÓŸÔËÊÓ†;
“Və o gün hər bir ümmətdən, Bizim ayələrimizi təkzib edənlərdən bir dəstəsini məhşur edəcək və onları bir-birinə qovuşanadək saxlayacağıq.» Həmçinin 87-ci ayədə buyurulur:
º†ËÓ†ÈÓËtÂÓ†ÈÔÊtbӌԆbȆ«‰gsÔË—†bÓbÓGŸÓ†ÂÓÊt†bȆ«‰GsÓÂÓË«“ †ËÓ†ÂÓÊt†bȆ«˘Ó—t÷†«˙”†ÂÓÊt†g«“¡Ó†«‹Ô†ËÓ
†„Ô‰sφ«Ó ÓËtÁÔ†œ«“Œ—ÈÊÓ†;
“O gün Allahın istədiyi şəxslərdən başqa, göylərdə və yerdə olanlar (qorxudan can verib) öləcək (və dirildikdən sonra) hamılıqla zillət halında Onun yanında hazır olacaqlar.»
Qeyd olunan ayələrdə iki gündən söz açılmış və birinci gün ikinci günə (bağlayıcı vasitəsi ilə) bağlanmışdır. (Yəni onlar ayrı-ayrı günlərdir-müt.)
Bundan əlavə, birinci gündə təkcə bir dəstənin diri qalacağı, ikinci gündə isə bütün insanların öləcəyindən xəbər verilmişdir. Bütün bunlardan birinci günün ikinci gündən tam fərqli olmasını başa düşürük.
Bir daha qeyd edirik ki, birinci ayədə təkcə müəyyən bir dəstənin diriləcəyindən söz açılır, Bu da heç vaxt qiyamət gününə aid edilə bilməz. Çünki qiyamət günündə bütün insanlar diriləcəkdir. Qurani-kərimdə buyurulur:
º†ËÓ†«Êt†„Ô‰sÔ†ÂÓÊt†bȆ«‰GsÓÂÓË«“ †ËÓ†«˘Ó—t÷†«˙”†¬ Ȇ«‰—sÓÕtˆˆÊÓ†ŸÓ»tœ«Î;;;†ËÓ†„Ô‰sÔÁÔÂt†¬ ÈÁ†ÈÓËtÂÓ†«‰tvÈ«“ÂÓ:†bÓ—tœ«Î†;
“(Qiyamət günü) göylərdə və yerdə olanlar hamılıqla mehriban Allahın hüzuruna gələcək... və onların hamısı qiyamət günü yanız Onun yanında hazır olacaqlar.»334 Ayrı bir ayədə qiyamət günü belə vəsf edilir:
º†ËÓ†ÕÓgÓ—tÊ«“ÁÔÂt†bÓ‰ÓÂt†ÊÔ⁄«“œ—t†ÂÊtÁÔÂt†«ÓÕÓœ«Î†;
“Onları hesab üçün (bir yerə) yığacağıq və bir nəfəri belə (öz başına) qoymayacağıq.»335
Qeyd olunan ayələri bir-biri ilə müqayisə edib məzmunlarında olan bəzi ixtilafları nəzərə almaqla belə nəticəyə gəlirik ki, dünya iki günün intizarındadır: onların birində insanların bəzisi, digərində isə hamısı məhşur olacaqdır. Rəvayətlərə əsasən, birinci gün qiyamətdən qabaq və Həzrət Məhdinin (ə) zühurundan sonraya aiddir.
Bəzi saleh və günahkar şəxslərin qiyamət qabaq bu dünyaya qayıtması heç də təəccüblü bir iş deyil. Çünki keçmiş ümmətlərdə də bə““““““““ziləri öldükdən sonra dirilmiş və müəyyən müddətdən sonra ikinci dəfə vəfat etmişlər.336
Bir dəstənin bu dünyaya qayıtması nə əqlin hökmü ilə, nə də ayə və rəvayətlərlə zidd deyil. Qurani-kərimin buyurduğuna görə, keçmiş ümmətlər arasında da belə hadisələrin baş verməsi müddəamız üçün ən canlı sübutdur və bəzilərinin rəc”əti “tənasüx» kimi təsəvvür etməsinin əsassız olduğunu göstərir. Çünki tənasüx, insanın ruhunun, öldükdən sonra bir daha nütfədən başlayaraq ayrı bir bədənə daxil olması deməkdir. Rəc”ətdə isə bu iki əsassız əqidənin heç biri mövcud deyil. Rəc”ət də eynilə keçmiş ümmətlərdə bəzi şəxslərin və ya qiyamətdə insanların hamısının dirilməsi kimidir və həqiqətdə istisnasız olaraq bütün insanların qiyamətdə dirilməsinin kiçik oxşarı qəbilindədir.
Rəc”ət haqqında daha ətraflı məlumat şiə məzhəbinin təfsir, hədis və etiqadiyyat kitablarında mövcuddur. Bu haqda olan rəvayətlər təvatür həddinə çatmışdır. Otuzdan çox hədis alimi əllidən artıq kitablarında bu əqidəni nəql etmişlər.337
130-CU ƏSAS (SƏHABƏLƏRİN ƏDALƏTİ)
İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) sağlığında ona iman gətirən, onun hüzurunda mərifət kəsb edən səhabələr şiələrin nəzərində xüsusi hörmətə layiqdirlər. Bu məsələdə “Bədr», “Ühüd», “Əhzab» və “Hüneyn» döyüşlərində şəhid olanlarla, Rəsuli Əkrəmin (s) vəfatından sonra sağ qalanlar arasında heç bir fərq yoxdur. Onların hamısı Həzrət Peyğəmbərə (s) iman gətirib, o Həzrətin yanında olduğu üçün, hörmətə layiqdirlər. Müsəlmanlar arasında səhabələrin (Rəsulullahın (s) səhabəsi olduğuna görə) haqqında nalayiq danışan və ya onlara hörmətsizlik edən bir şəxs yoxdur. Hər hansı müsəlman barəsində belə bir söz demək, tamamilə əsassızdır. Lakin bununla yanaşı hər növ təəssübkeşlik, qəzəb və qərəzçilikdən uzaq bir şəraitdə araşdırılmalı mühüm bir məsələ vardır: görəsən, səhabələrin hamısı ədalətli və təqvalı olub, günahlardan uzaq olmuşdurmu? Və ya görəsən səhabələr də tabeinlə (səhabələri görənlər) eyni olmuşlar?
Peyğəmbəri (s) görüb, o Həzrətlə dostluq etməyin iftixarlı bir iş olması aydın bir məsələdir, lakin bu iş heç kəsə günahdan qorunmaq üçün əsas ola bilməz. Eləcə də bunun vasitəsi ilə bütün səhabələrin ədalətli və təqvalı olmasını, hamısının eyni səviyyədə olmasını iddia etmək olmaz. Çünki Qurani-kərimin şəhadətinə əsasən, onların hamısı səhabə olmaq iftixarına nail olmaqla yanaşı, Allah qarşısında imanlı və imansızlıq (nifaq), həmçinin itaət və üsyankarlıq nəzərindən müxtəlif dəstələrə bölünür. Buna əsasən onların hamısının bir səviyyədə olmasını fikirləşmək və istisnasız olaraq hamısının ədalətli və pərhizkar olmasını demək olmaz.
Qurani-kərimdə Peyğəmbər (s) səhabələrinin təriflənməsi haqda heç bir şübhə yoxdur.338 Məsələn: Allah Hüdeybiyyə sülhündə Həzrət Peyğəmbərlə (s) bey”ət edənlərdən razı olmasını bildirərək buyurur:
º†‰ÓvÓœt†—Ó÷ÈÓ†«‹Ô†ÂÊÓ†«‰tÂÔƒtÂÊÈÊÓ†«–t†ÈÔ»«“ÈŸÔËÊÓ„Ó† ÓÕt Ó†«‰gsÓÃÓ—Ó:†;
“Həqiqətən Allah (o) ağac altında səninlə bey”ət edən möminlərdən razıdır.»339
Lakin qeyd etmək lazımdır ki, bu razılıq beyət edilən zaman aid olub vaxt onların ömürlərinin sonunadək ədalətli və günahsız qalmalarına təminat verə bilməz. Çünki bir və ya bir neçə şəxs sonradan ağzın yola düşüb əvəlki yollarını unutsa, onda Allahın əvvəldəki razılığı onlara şamil olmaz və onların əbədi olaraq pərhizkar olması düzgün olmayacaq. Bu cür şəxslər heç vaxt Peyğəmbərdən (s) üstün məqamda olmamışlar, halbuki, Allah-taala o Həzrətə xitabən belə buyurur:
º†‰Ó∆Êt†«Ógt—Ó„t Ó†‰ÓÈÓÕt»Ó◊ÓÊsÓ†ŸÓÂÓ‰Ô„Ó†ËÓ†‰Ó Ó„ÔËÊÓÊsÓ†ÂÊÓ†«‰tŒ«“G—ÈÊÓ†;
“Allaha şərik qoşsan, şübhəsiz, (yaxşı) əməllərin aradan gedəcək və mütləq ziyankarlardan olacaqsan.»340
Deməli, səhabələrin haqqında nazil olan bu kimi ayələr onların yalnız həmin halda qazandığı üstünlüklərə aiddir. Əlbəttə, onların ömürlərinin sonunadək bu üstünlüyü qoruyub saxlayacaqları təqdirdə əbədi səadətə çatacaqlarına heç bir şübhə yoxdur. Buna görə də Quran ayələrində, rəvayətlərdə və ya islam tarixində bəzi səhabələrin azğınlığından, günahkar olmasından xəbər verildikdə, səhabələrin tərifləndiyi bu kimi ayələrlə onları rədd etmək olmaz. Məsələn, Allah-taala Qurani-kərimdə səhabələrdən bəzisini “fasiq» (azğın və günahkar) adlandıraraq buyurur:
º†«Êt†Ã«“¡Ó„ÔÂt†b«“Gvφ»ÊÓ»Ó«¡n†bÓ Ó»ÓÈsÓÊÔË«†;
“(Ey möminlər!) Hərgah fasiq (azğın) bir şəxs sizə xəbər gətirdikdə (onun xəbərini dərhal qəbul etməyib, bu haqda) axtarış aparın.»341
Həmçinin digər ayədə buyurur:
º†«ÓbÓÂÓÊt†„«“ÊÓ†ÂÔƒtÂʫΆ„ÓÂÓÊt†„«“ÊÓ†b«“Gv«Î†‰«“†ÈÓGt ÓËÔËÊÓ;
“Görəsən mömin (şəxs), azğın və fasiq kimidirmi? (Xeyr, onlar) bərabər deyildir!»342
Mötəbər tarixi sənədlərə əsasən, bu ayədə deyilən fasiq şəxs, əvvəllər Peyğəmbərin (s) səhabəsi olmuş və o Həzrətlə (s) birlikdə hicrət etmiş Vəlid ibni Üqbədir. O, sonralar öz imanını qoruyub saxlaya bilməmiş və “Bəni Müstələq» tayfası haqda yalan xəbər gətirdiyi üçün Allah tərəfindən “azğın” şəxs kimi qeyd olunmuşdur.343
Beləliklə, yuxarıda qeyd olunan və onların oxşarı olan sair ayələr344, habelə hədis mənbələrində bəzi azğın səhabələrin haqqında nəql olunmuş rəvayətlər345, eləcə də onların bəzisinin tarix kitablarında qeyd olunan346 tərcümeyi -halına əsasən, heç vaxt Peyğəmbərin (s) sayı yüz mindən artıq olan səhabələrini hamılıqla ədalətli, təqvalı və pərhizkar hesab etmək olmaz. Amma bizim araşdırdığımız məsələ səhabələri lənətləmək deyil, əksinə onların “ədalətli olub-olmaması» məsələsidir. Çox təəssüflər olsun ki, bəziləri bu iki məsələ arasında fərq qoymadan, səhabələrin hamısını ədalətli bilməyənləri onlara lənət göndərənlər kimi qələmə verirlər.
Sözümüzün sonunda bir daha qeyd edirik ki, şiə məzhəbində Həzrət Peyğəmbərin (s) səhabəsi olmaq, bəzi səhabələrin bir sıra (pis) işlərinin araşdırılmasına mane ola bilməz. Bizim əqidəmizə görə, bu, heç vaxt səhabənin ömürlük günahdan təmiz və xətasız qalmasına səbəb ola bilməz. Bu zəminədə istinad etdiyimiz dəlillər, Quran ayələri, mötəbər rəvayətlər, tarixi sənədlər və ağıldan ibarətdir.
Dostları ilə paylaş: |