ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə41/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

122-Cİ ƏSAS


Bütün dünya müsəlmanları Allahın yeganəliyinlə, Həzrət Mühəmmədin (s) peyğəmbərliyinə və axirətə inandıqları və bunlar barəsində birgə nəzərə malik olduqları üçün, bəzi əqidə və hökmlərdəki ixtilaflara əsasən, bir-birini təkfir etməməlidirlər. Çünki bir çox ixtilaflı olan əqidəvi məsələlər, müsəlmanlar arasında sonradan yayılmış kəlami (əqidəti) əsaslardandır. Hər bir müsəlman firqəsi də özünəməxsus dəlil və əqidəyə malikdir. Bu cür ixtilaflara əsasən bir firqənin, digərini kafir və ya fasiq hesab etməsi, İslami birliyə öldürücü zərbələr vurur. Bu cür ixtilafların ən yaxşı-yolu məntiqsiz təəssübkeşlikdən uzaq olmaq, elmi müzakirələr keçirməkdən ibarətdir. Qurani-kərim buyurur:

º†È«“†«ÓÈsÔÁÓ«†«‰sÓ–ÈÊÓ†¬ÂÓÊÔË«†«–«“†÷Ó—Ó»t ÔÂt†bȆGÓ»ȉ†«‹†bÓ Ó»ÓÈsÓÊÔË«††ËÓ†‰«“ ÓvÔˉÔË«†‰ÂÓÊt†«Ó‰tvÈ”†«‰ÓÈt„ÔÂÔ†«‰GsÓ‰«“Â

†‰ÓGt Ó†ÂÔƒtÂʫΆ;

“Ey möminlər! Yer üzərində səyahətə çıxdıqda (möminləri kafirlərdən ayırd etmək üçün) diqqət edin və sizlərə salam verən (özünü sizin dininizdə olduğunu deyən) şəxsə “sən mömin deyilsən» (sözünü) deməyin.»298

Həzrət Mühəmməd (s) İslam dininin əsaslarını sadalayaraq buyurur:

º†‰«“† Ó„tbÔ—ÔËÁÔÂt†»–ÓÊt»n†ËÓ†‰«“† ÓgtÁÓœÔË«†ŸÓ‰ÓÈtÁÂt†»g—t„n†;

“Heç bir müsəlman, ayrı bir müsəlmanı bir günahı əncam verdiyi üçün kafir və müşrik adlandırmamalıdır.»299

123-CÜ ƏSAS (BİD”ƏT)

Bid”ət lüğətdə yaradıcının şəxsi səliqə və zövqündən irəli gələn təzə bir işi vücuda gətirməkdir. Allah-taalanın sifətlərindən biri də Onun “Bədi”» (bid”ət kökündən alınıb) olmasıdır. Qurani-kərimdə buyurulur:

º†»ÓœÈŸÔ†«‰GsÓÂÓË«“ †ËÓ†«˘Ó—t÷†;

“(Allah-taala) göyləri və yeri vücuda gətirəndir.»300

Amma bid”ətin şəriət istilahındakı mənası bundan ibarətdir ki, insan şəriətdə olmayan bir işi, ona qondarıb, onu şəriət hökmü kimi tanıtdırsan. Bid”ət üçün deyilən ən qısa məna belədir:

º†«œtŒ«“‰Ô†Â«“†‰ÓÈtGÓ†ÂÊÓ†«‰œsÈÊ†bȆ«‰œsÈÊ†;

“Bid”ət dində olmayan bir işi dinə daxil etməkdir.»

Dində bid”ət qoymaq ən böyük günahlardan sayılır və onun haram iş olmasında heç bir şübhə yoxdur. Rəsuli Əkrəm (s) buyurur:

º†„Ô‰sÔ†ÂÔÕtœÓÀÓ:n†ËÓ†„Ô‰sÔ†»œtŸÓ:n†÷Ó‰«“‰Ó:φËÓ†„Ô‰sÔ†÷Ó‰«“‰Ó:n†bȆ«‰Ês«“—†;

“(Din və şəriətə daxil edilən) hər hansı bir qondarma iş bid”ət, hər bid”ət azğınlıq və hər azğınlıq da cəhənnəmdədir.»301

Bid”ət ilə əlaqədar ən mühüm və zəruri iş budur ki, hər şeydən qabaq onun məna və məfhumunu lazımi şəkildə aydınlaşdırıb, onu sair işlərdən ayırd edək. Bu zəminədə iki mətləbə diqqət yetirmək lazımdır:

1-Bid”ət dində və şəriətdə bir şeyi artırmaq və ya azaltmaqdan ibarətdir. Deməli, din və şəriətdən başqa ayrı sahələrdə edilən yeniliklər bid”ət sayılmaz. Bu şərtlə ki, o sahələrdə baş verən yeniliklər müqəddəs şəriət nəzərindən qadağan və haram işlərdən olmasın. Məsələn: insanlar daim özlərinin geyim və sair işləri ilə əlaqədar bir sıra yeniliklər yaradırlar. Xüsusilə müasir dövrdə idman, istirahət və s. kimi sahələrdə olan bir çox qaydalar dəyişmiş və onların yerinə yeni qaydalar qoyulmuşdur. Bütün bunlar yenilik olduğuna görə bid”ət sayılsa da, müqəddəs şəriətin buyurduğu bid”ətə aid deyildir. Təkcə onların şəriət qanunları və dini göstərişlər ilə zidd olmaması şərtdir, əks halda haram sayılacaqdır. Məsələn: qərb ölkələrinin azğın töhfəsi olan hicabsızlıq, məclislərdə qadınların kişilərlə açıq-saçan şəkildə bir-birinə qarışması və sair bu kimi işlər haram olmaqla yanaşı, bid”ət də sayılır. Çünki bu cür işləri əncam verən şəxslər heç vaxt onları şəriətin göstəriş verdiyi bir iş kimi saymır, həmin işlərin haram olmasından da xəbərdardırlar, lakin dini qanunlara etinasızlıq üzündən bu qanunsuz işləri əncam verirlər. Buna görə də bəzi vaxtlar öz yaramaz işlərindən peşman olub, bir daha belə bir işlər görməyəcəkləri barədə ciddi qərara gəlirlər.

Başqa misal: hər hansı bir millət müəyyən günləri özlərinin şadlıq və bayram günü təyin edərsə bu iş bid”ət deyil, amma onu şəriət hökmü kimi qələmə vermək olmaz. Digər tərəfdən bu işin halal vəya haram olması da nəzərə alınmalıdır. Deməli, bəşəriyyətin müasir incəsənət, idman, texnika sənaye və sair sahələrdə yaratdığı yeniliklər İslam nöqteyi-nəzərindən bid”ət sayılmır. Onlarla əlaqədar olan əsas məsələ, onun halal və ya haram olması məsələsidir ki, bunun da özünəməxsus meyarı vardır.

2-İslam şəriətində hər növ bid”ət, bir işin dini və şəri əməl kimi əncam verilməsindən asılıdır. Yəni müqəddəs şəriətdə heç bir dəlili olmayan bir işi şəriət hökmü kimi əncam vermək, bid”ətdir. Lakin hər hansı bir əməl üçün müqəddəs şəriətdə külli, ümumi və ya xüsusi bir dəlil və ya göstəriş olarsa, onda həmin əməli əncam vermək bid”ət sayılmayacaq. Məhz buna görə də şiə məzhəbinin dahi alimi mərhum Əllamə Məclisi belə deyir:

º†«Ó‰t»œtŸÓ:Ô†bȆ«‰gsÓ—tŸ†Â«“†ÕÓœÓÀÓ†»ÓŸtœÓ†«‰—sÓGÔˉ†º»«“†«ÓÊsÓÁÔ†ÂÊÓ†«‰œÈÊ;†ËÓ†‰ÓÂt†ÈÓ„ÔÊt†bÈÁ†ÊÓgsφŸÓ‰ÈÓ

†«‰ŒÔgÔËg†ËÓ†‰«“†ÈÓ„ÔËÊÔ†œ«“Œ‰«Î†bȆ»ÓŸt÷†«‰tŸÔÂÔË«“ †;

Şəriətdə bidət, dedikdə Rəsuli Əkrəmdən (s) sonra caiz olması haqqında heç bir xüsusi (xas) ya ümumi (külli) dəlil olmayan bir nəzərdə tutulur.»302

Həmçinin məşhur sünnü alimi İbni Həcər Əsqəlani bu haqda belə deyir:

º†«Ó‰t»œtŸÓ:Ԇ«“†«ÓÕtœÓÀÓ†ËÓ†‰ÓÈtGÓ†‰ÓÁÔ†«Ógt‰Ï†bȆ«‰gsÓ—tŸ†Ëӆ«“†„«“ÊÓ†‰ÓÁÔ†«gt‰Ï†ÈӜԉsÔ†ŸÓ‰ÓÈtÁ†«‰gsÓ—tŸÔ†bÓ‰ÓÈtGÓ†»»œtŸÓ:n†;

Bidət (Həzrət Rəsulullahdan (s)) sonra vücuda gəlmiş bir əmələ deyilir ki, onun haqqında şəriətdə heç bir dəlil olmasın. Haqqında dəlil olan əməl isə bidət sayılmır.»303

Bəli, müqəddəs şəriətə aid etdiyimiz əməlin müəyyən bir dəlili və əsası olarsa, belə bir iş heç vaxt bid”ət sayılmır. Çünki şəriətdə olan dəlillər xüsusi (xas) və ümumi (amm) dəlillərə bölünür ki, birinci növdən olan dəlil haqqında izaha ehtiyac duyulmur. Əsas məsələ ümumi dəlillərdən ibarətdir. Çünki çox vaxt İslam tarixində olmayan və sonradan vücuda gələn bir iş müqəddəs şəriətin ümumi göstərişi əsasında həyata keçir. Buna misal o kimi müasir dövrdə bütün ölkələrdə hərbi xidmətə çağırışı qeyd etmək olar. Gənclərin dini vəzifə olaraq hərbi xidmətə çağırılması, yeni bir iş olsa da, dini bir dəlilə əsaslandığı üçün heç vaxt bid”ət sayılmayacaqdır. Çünki Allah-taala buyurur:

º†ËÓ†«ÓŸœsÔË«†‰ÓÁÔÂt†ÂÓ«†«Gt Ó◊ÓŸt ÔÂt†ÂÊt†vÔËsÓ:n†;

(Düşmənlərlə üzləşmək üçün) bacardığınız qədər qüvvə toplayıb hazırlıq görün.»304

Aydın məsələdir ki, bu günkü dünyada gənclərin hərbi xidmətə çağırılaraq hazırlıq işləri görməsi, daim pusquda durmuş din və vətən düşmənləri ilə üzləşmək üçün çox münasib bir yoldur. Müasir dövürdə bu ayəyə əməl etməyin yollarından biri də hərbi xidmətdir.

Qeyd olunanlar bəzilərinin icad etdikləri bir çox şübhələri aradan qaldırır. Məsələn: Dünya müsəlmanları İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) anadan olduğu günü bayram və şənlik keçirir, bəziləri bu işi bid”ət sayırlar. Halbuki, qeyd olunanlara əsasən, bu əmələ bid”ət deyilə bilməz. O Həzrətin anadan olma gününün bayram keçirilməsi haqda heç bir dəlil olmasa da, bu yolla Rəsulullah (s) və onun pak Əhli-beytinə (ə) məhəbbət göstərmək İslam dininin əsaslarındandır və bu kimi bayram şənlikləri onlara olan məhəbbətdən irəli gəlir. Həzrət Mühəmməd (s) bu haqda buyurur:

º†‰«“†ÈÔƒtÂÊt†«ÓÕӜԄÔÂt†ÕÓ sÈ”†«Ó„ÔËÊÓ†«ÓÕÓ»sÓ†«‰ÓÈtÁ†ÂÊt†Â«“‰Á†ËÓ†«Át‰Á†ËÓ†«‰Ês«“G†«ÓÃtÂÓŸÈÊÓ†;

“Mənə məhəbbəti öz malına, övladına və bütün xalqa bəslədiyi məhəbbətdən çox olmayan şəxsin imanı yoxdur.»305

Aydın məsələdir ki, Rəsuli Əkrəm (s) və onun Əhli-beytinin (ə) mövlud günündə şadlıq məclisi keçirənlər bu niyyətlə etmirlər ki, şəriətdə onların bu işi üçün müəyyən göstəriş verilmiş və yaxud bu günkü şadlıq mərasimləri eynilə dini bir göstəriş olmuşdur. Onların niyyəti sadəcə Rəsulullaha (s) və onun Əhli-beytinə (ə) ehtiram göstərməkdir. Bu da Quran və sünnədə (Peyğəmbərin davranışında) çox təkid olunmuş məsələlərdən biridir. Belə ki, buyurulur:

º†vÔ‰t†‰«“†«ÓGt∆Ó‰Ô„ÔÂt†ŸÓ‰ÓÈtÁ†«ÓÃt—«Î†«˙”†«‰tÂÓËÓœsÓ:Ó†bȆ«‰tvÔ—t»È”†;

“(Ey Peyğəmbər! Ümmətə) de ki, sizdən risalətin qarşısında ən yaxın adamlarıma (Əhli-beytimə) məhəbbət göstərməkdən başqa bir şey istəmirəm.»306

Bu dini hökm müsəlmanların fərdi və ictimai həyatında müxtəlif tərzdə icra oluna bilər. Onlardan biri də mövlud günlərində şadlıq mərasimləri təşkil etməkdən ibarətdir. Bu iş də ilahi rəhməti xatırlamaq və bu rəhmət üçün Allah dərgahına şükür etmək sayılır. İslamdan öncə gəlmiş din və şəriətlərdə də belə hallar olmuşdur. Məsələn Qurani-kərimin buyurduğuna əsasən, Həzrət İsa (ə) şadlıq keçirsinlər deyə, Allah-taaladan özü və səhabələri üçün asimani maidə (süfrə) istədi:

º†v«“‰Ó†ŸÈGÈ”†«»tÊÔ†ÂÓ—tÈÓÂÓ†«‰‰sÓÁÔÂsÓ†—Ó»sÓÊ«“†«ÓÊtG‰t†ŸÓ‰ÓÈtÊ«“†Â«“∆œÓ:ΆÂÊÓ†«‰GsÓ«“¡†ÍÓ„ÔËÊÔ†‰ÓÊ«“†ŸÈœ«Î†‰«ÓËsÓ‰Ê«“†ËÓ ¬Œ—Ê«“

†ËÓ†¬ÈÓ:ΆÂÊt„Ó;;;;

“İsa dedi: İlahi, ey Rəbbimiz! Bizə göydən maidə (süfrə) göndər ki, bizim üçün, əvvəlimiz və axırımız üçün bayram olsun və Səndən bir ayə və nişanə olsun...»307

Qeyd etdiyimiz kimi bid”ət heç bir əsas (istər ümumi, istərsə də xüsusi) olmadan dini işlərdə təsərrüf etməkdir. Bunu da bilmək lazımdır ki, Peyğəmbərin buyurduğu “Səqəleyn» hədisinə əsasən, Əhli-beytin (ə) buyurduqları rəvayətlər dini hökmlərin və şəriət qanunlarının əsaslarından sayılır. Buna görə də məsum imamlarımız (ə) bizə müəyyən bir işə göstəriş verib, yaxud da bir işdən çəkindirsə, onlara tabe olmaq vacibdir və onların əmrinə itaət etmək heç vaxt bid”ət sayıla bilməz.

Son söz olaraq qeyd edirik ki, heç bir əsas olmadan din və şəriətdə bid”ət qoymaq, həmişə pislənmiş və haram bir əməldir. Allah-taala buyurur:

º†«‹Ô†«Ó–ÊÓ†‰Ó„ÔÂt†«ÓÂt†ŸÓ‰ÈÓ†«‹† Óbt Ó—ÔËÊÓ†;

“(Bu iftira və töhmətləri deməyə) Allah sizə izn vermişdir, yoxsa Allaha iftira vurursunuz?»308

Buna əsasən, ümumiyyətlə bid”əti pis və yaxşı, haram və caiz olaraq növlərə bölmək düzgün bir iş olmayacaqdır. Lakin bid”ətin lüğətdən mənası baxımından həyatda olan yenilikləri şəriətə mənsub etməmək şəriəti ilə vacib, haram, məkruh, müstəhəb və mübah kimi qismlərə bölmək olar.



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin